Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-703/2025 11.12.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Samux Rayon Polis Şöbəsindən daхil olmuş inzibati xəta haqqında protokol üzrə materialı işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilən digər sənədləri araşdıraraq hesab edir ki, inzibati xəta haqqında material aidiyyat qaydaları pozulmaqla göndərildiyindən həmin protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmə hərəkətsizlikdə ifadə olunur. İşin məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə edilmiş sorğu nəticəsində müəyyən edilmişdir ki, Şəxs Ağdam rayonu Boyəhmədli kəndində yaşayır. Azərbaycan Respublikası İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həll edilməli məsələni nəzərdən keçirərək belə nəticəyə gəlir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə material aidiyyət qaydalarına riayət edilməklə müvafiq məhkəməyə verilmədiyindən inzibati orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 110, 118-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə material Samux Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-703/2025
Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-703/2025
11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver