Məhkəmə qərarları › İş №3(058)-706/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-706/2025

28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-706/2025 28.01.2026 SAMUX RAYON MƏHKƏMƏSİ X14 Əhməd oğlunun sədrliyi, Əhmədli İnal Söhrab oğlunun katibliyi, Samux rayon Polis Şöbəsinin İTB-in sahə rəisi polis leytenantı X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Samux rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux rayon Polis şöbəsindən daxil olmuş 08 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs X3 məxsus 20 manat dəyərində eynəyini sındıraraq ziyan vurmuşdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Samux rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X7 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunmuş protokolun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, Qoşun Quliyevin eynəyini sındırmamışdır. Məhkəmədən onun barəsində tərtib olunmuş protokolun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxs X11 ifadəsində bildirdi ki, Samux Rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin böyük məsləhətçisi vəzifəsində işləyir. O, Qoşun Quliyevi, Şəxs və Vidadi Quliyevi tanıyır. Həmin şəxslər Samux Rayon İcra Hakimiyyətində aralarında olan torpaq mübahisəsi ilə bağlı qəbulda olmuşlar, lakin o, həmin qəbulda iştirak etməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əri Vidadi Quliyev onun qəbulunda olmuş, həmin şəxslərin arasında olan münaqişəni Şəxs ərindən eşitmişdir. O, hadisəyə şahid olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxs X4 ifadəsində bildirdi ki, həmin gün Qoşun Quliyev avtomobil ilə onun qarşısından keçmişdir. O, hadisəni görməmiş, mübahisədən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxs X12 ifadəsində bildirdi ki, hadisə günü o, Samux Rayon İcra Hakimiyyətində olmuş, Qoşun Quliyev onu çöldə gözləmişdir. Onların kənd bələdiyyəsinin sədri Şəxs qardaşıdır və torpaq mübahisəsi vardır. O, Samux Rayon İcra Hakimiyyətinin Başçısına faktlarla sübüt etmiş, İcra Başçısı Bələdiyyəni danlamışdır. Həmin gün günorta nahara yaxın Qoşun Quliyevlə birlikdə qayıtmışlar, o, evə getmiş, yeməyini yediyi zaman Qoşun Quliyev ona zəng edərək, “qapının ağzında mənim üstümə gəldilər, nə istəyirsən sən İlqardan, Etibar qabaqda, Vidadi arxasında məni döydülər, üzüm, başım qan içindədir” demişdir. O, Qoşun Quliyevə zəng edəcəyini demiş və bundan sonra video-görüntü ilə zəng etmişdir. O, Qoşun Quliyevin üzünün, başının qan içində olduğunu görmüşdür. Qoşun Quliyev ona polis şöbəsinə şikayət etməyə gedəcəyini və eynəyinin sındığını demişdir. O, video-görüntü vasitəsi ilə Qoşun Quliyevlə danışarkən sonuncunun eynəyinin şüşəsinin və qulpunun sındığını, eynəyin isə ortadan iki yerə bölündüyünü görmüşdür. İşdə iştirak edən şəxslərin izahatını və şahidlərin ifadələrini dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXMin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan Samux rayon Polis şöbəsinin İstintaq qrupunun baş müstəntiqi, polis mayoru X5 tərəfindən qəbul edilmiş “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin əlamətləri olmadığından cinayət işinin başlanmasının rədd edilməsi və əməlində Azərbaycan Respublikası İXM-nin 232-1ci (özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda) maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Samux RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Həmin qərarın mətnindən görünür ki, X1 əmlakına (eynəyinə) 20 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli əşyaya baxış keçirilməsi və götürlməsi haqqında protokoldan görünür ki, iş üzrə baxış keçirilərkən müəyyən edilmişdir ki, eynəyin çərçivəsi sarı qızılı rəngli 2 (iki) ədəd ağ şüşəlidir. Şüşələr çərçivədədir. Çərçivədə burun tutacaqları sarı rezindəndir. Eynəyin qulaq hissələrinin içi dəmirdən olmaqla, üstü kapron materialdan düzəldilmişdir. Baxış zamanı iştirak etmiş Qoşun Quliyev göstərmişdir ki, hadisə vaxtı qardaşı arvadı Şəxs onun üzünü cırmaqlayarkən eynəyi yerə düşmüş, nəticədə eynəyi sınmışdır. İş materiallarında olan Samux rayon Polis şöbəsi İstintaq Qrupunun “əşyaya baxış keçirilməsi və götürülməsi haqqında protokola əlavə”-dən (fotoşəkillərdən) görünür ki, bir ədəd eynək sınmış vəziyyətdədir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardaddan görünür ki, Azərbaycan Respublikası İXM-nin 99.2-ci maddəsinə əsasən Samux rayonu, Ziyadlı sakini Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32 və 33-cü maddələrinə əsasən Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, yəni 20 (iyirmi) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar