Məhkəmə qərarları › İş №3(058)-707/2025

Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-707/2025

18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-707/2025 18.12.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 13 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X1 tərəfindən verilmiş şikayətin mümkünlüyünə dair məsələyə baxaraq m ü ə y y ə n e t d i: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş 13 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək sözügedən qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, şikayət aidiyyatı üzrə müvafiq məhkəməyə verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, şikayət verilən qərardan da göründüyü kimi, sözügedən inzibati xətanın Gəncə şəhərində yerləşən və fəaliyyət göstərən “X2” törədildiyi qeyd olunmuşdur. Beləliklə aydın olur ki, inzibati xətanın törədildiyi yer Gəncə şəhərinin ərazisidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyatı qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikası Milli Məclisinə tövsiyyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 100.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs həmin qərardan şikayəti ya inzibati xətanın törədildiyi yer üzrə məhkəməyə, ya da şikayətə onun yaşadığı yer üzrə məhkəmədə baxılmasına dair vəsatətlə müraciət etmək şərtilə qeydiyyatda olduğu yer üzrə məhkəməyə verməlidir. Sözügedən inzibati xəta Gəncə şəhərinin ərazisində törədildiyindən, həmçinin qərardan şikayət verən şəxs şikayətə onun yaşadığı yerdə baxılmasına dair vəsatətlə müraciət etmədiyindən hazırki şikayətə Samux Rayon Məhkəməsində baxılması yolverilməzdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 13 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X1 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar