Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-71/2023 05.04.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Şəxs 2022-ci ilin dekabr avında Rusiya Federasiyasının Moskva səhərində olduğu zaman, burada yerləşən və adını xatırlamadığı mağazaların birindən az miqdarda, yəni 1260 (bir min iki yüz altmış) manat dəyərində 21 ədəd 0,7 litrlik “Чистые Росы” markalı spirtli içkiləri əldə etmiş, əldə etdiyi spirtli içkilərin 3 ədədini Azərbaycan Respublikasının gömrük orqanına bəyan etməməklə idarə etdiyi “DAF FT XF 105” markalı. 99QS051/99ZX051 dövlət qevdivvat nişanlı nəqliyyat vasitəsinin kabinasında tavan hissədə əşyalar qoyulması üçün nəzərdə tutulmuş saxlanc verində, 18 ədədini isə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə həmin nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfindəki yeşikdə kəsilmiş plastik qabın içərisində gizlətməklə 8 yanvar 2023-cü il tarixdə saat 06 radələrində Dövlət Gömrük Komitəsi Şimal Ərazi Bas Gömrük İdarəsinin Xaçmaz ravonu ərazisində yerləşən “Xanoba” gömrük postu vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, sözügedən spirtli içkiləri oğlunun toy mərasimi üçün almışdır, kommersiya məqsədi olmamışdır. Hazırda əməlindən peşmandır, barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs tərəfindən İXM-in 480-ci və 482.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi onun öz etirafı və iş materialları ilə tam sübuta yetirildiyindən Şəxs həmin maddələr ilə inzibati məsuliyyətə cəlb edilməli və ona 482.1-ci maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədlivvə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/188: 9/202 nömrəli 19 yanvar 2023-cü il tarixli ekspert rəyindən görünür ki, 21 ədəd 0.7 litrlik “Чистые Росы” markalı spirtli içkilər orqanoleptik və fiziki- kimvəvi göstəricilərə əsasən standartın (QOST 12712-2013) tələblərinə cavab verir və həmin spirtli içkilərin 8 yanvar 2023-cü il tarixə 1 ədədinin qiyməti 60 manat olmaqla, 21 ədəd 0.7 litrlik “Чистые Росы” markalı spirtli içkilərin ümumilikdə orta bazar qiyməti təxminən 1260 (bir min iki yüz altmış) manat təşkil edir. İş materiallarında olan malların anbara qəbul edilməsi haqqında 31 yanvar 2023-cü il tarixli aktdan görünür ki, mallar Dövlət Gömrük KomitəsiAzərterminal Kompleks Birliyi tərəfindən saxlanca qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə işin hallarını, inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsi xarakterizə edən halları, o cümlədən İXM-in 31.2-ci maddəsi ilə nəzərdə tutulmuş digər halları nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məxsus olan və inzibati xətanın bilavasitə obyekti olmuş 21 ədəd 0,7 litirlik «Чистые росы» etiketli spirtli içkilər dövlət nəfinə müasdirə olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 114, 115 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona məxsus olan, inzibati xətanın bilavasitə obyekti olmuş 21 ədəd 0,7 litirlik «Чистые росы» etiketli spirtli içkilər dövlət nəfinə müsadirə olunsun. Qərarın icrası Dövlət Gömrük Komitəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-71/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-71/2023
05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver