Məhkəmə qərarları › İş №3(058)-71/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-71/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-71/2024 28.03.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X3 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux rayon polis şöbəsinin DYPB-nin YPX-nin baş inspektoru polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Samux rayon “Su Sistemləri” İdarəsində sürücü işləyən, Göygöl rayonu, Köşkü kəndində qeydiyyatda olan və yaşayan. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsidə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux rayon Polis Şöbəsi YPX-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux rayon X5 Patrul Xidmətindən Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs “VAZ” 21725 markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobili Samux rayonu, Alıuşağı yolunda, alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Onun törətdiyi əməldə Azərbaycan Respublikası İXM-nin 333.1ci maddəsinin tərkibi olduğundan onun barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Samux rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin baş inspektoru polis leytenantı X2 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Samux rayonu, Alıuşağı yolunda avtomobil ilə hərəkətdə olan zaman dövlət qeydiyyat nömrəsi təmiz olmadığına görə onun idarə etdiyi “VAZ” 21725 markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış, bu zaman ondan alkoqolun qoxusu gəldiyi üçün xüsusi texniki vasitə ilə alkoqollu olubolmaması yoxlanılmış və onun spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Sürücüyə həkim müayinəsindən keçirilməsi dəfələrlə təklif olunsa da, Şəxs bundan imtna etmişdir. Ona görə də Şəxs barəsində İXM-in 333.1-ci maddəsi ilə protokol tərtib edilərək, məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, spirtli içkini xx.xx.2024-cü il tarixdə qəbul etmiş polis əməkdaşları isə onu xx.xx.2024-cü il tarixdə saxlamışlar. Polis əməkdaşları tərəfindən xüsusi texniki vasitə ilə onun alkoqollu olub-olmaması yoxlanılmış və onun spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Sonra isə avtomobili duracağa yerləşdirilmişdir. Həmin vaxt o, tibbi müayinədən keçirilməkdən imtna etmiş, bir qədər sonra isə özü tibb müəssisəsinə getmiş, müayinədən keçmiş və onun spirtli içki qəbul etmədiyi müəyyən olunmuşdur. Barəsində tərtib edilmiş protoklla razı deyil, ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xüsusi texniki vasitənin xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, Şəxs saat 10:44-də sərxoşluq müayinəsindən keçmiş və onda alkoqolun konsentrasiyasının 0,417 promilli olduğu müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli, 482/2024 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs saat 13:57-də sərxoşluq müayinəsindən keçmiş, onun ayıq olması və onda alkoqol qəbulunun əlamətlərinin olmadığı müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş video görüntüdən görünür ki, Şəxs alkoqollu olub-olmamasının müəyyən edilməsi üçün o, xüsusi texniki vasitə ilə müayinədən keçirilir və onda alkoqolun konsentrasiyasının 0,417 promilli olduğu müəyyən edilir. Şəxs tibbi müayinədən keçməyə ehtiyac olub-olmadığı soruşulur və o, tibbi müayinədən keçirilməsinə zərurət olmadığını bildirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə “VAZ” 21725 markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobili spirtli içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bu hal iş materiallarında olan inzibati xəta haqqında protokol, məhkəməyə təqdim olunmuş və məhkəmə tərəfindən tədqiq edilmiş video görünütü ilə öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə “VAZ” 21725 markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobili spirtli içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bu hal iş materiallarında olan inzibati xəta haqqında protokol, məhkəməyə təqdim olunmuş və məhkəmə tərəfindən tədqiq edilmiş video görünütü ilə öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. İnizibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azad etmək üçün əsaslar məhkəmə baxışında müəyyən edilməmişdir. Məhkəmə baxışında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası daxilində inzibati cərimə növündə tənbeh təyin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: xx.xx.1994-cü ildə Göygöl rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Göygöl rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar