Məhkəmə qərarları › İş №3(058)-710/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-710/2025

12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-710/2025 12.01.2026 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məmmədov Sevinc İsa qızının katibliyi, inzibati orqanın nümayəndəsi X7 iştirakı ilə, Samux Rayon Polis Şöbəsinin polis mayoru X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X5 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 RPŞ-nin polis mayoru X10 tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2025ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək sözügedən qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 09:03-də Samux rayonu Heydər Əliyev prospektində olarkən QAZ 33213 Mikroavtobus markalı **-CN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən polis tərəfindən saxlanılmış, onun barəsində xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları nasaz olan və belə nasazlığı aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla nəqliyyat vasitələrinin etibarnamə olmadan idarə edilməsinə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə buraxış kartı olmayan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə polis mayoru X10 tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilib. Belə ki, o, minik avtomobili ilə Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən polis əməkdaşları onu saxlamışlar. Ona yaxınlaşıb avtomobildə neçə nəfər olduğunu soruşmuşlar, o, qapını açan zaman görmüşlər ki, avtomobil boşdur. Polis əməkdaşları Seymur və adını bilmədiyi digər polis əməkdaşı ona bildirmişdir ki, o içkilidir. O, polis əməkdaşlarına içkili olmadığını bildirmişdir. Polis əməkdaşı onu alkotestr vasitəsilə müayinədən keçirmiş və onun içkili olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşı onu maşından düşürüb özü avtomobili idarə edərək Samux Rayon polis şöbəsinə aparmış, maşını cərimə meydançasında saxlamışdır. O, həkim müayənəsindən keçirilməsini xahiş etmiş, lakin bu tələbi polis əməkdaşları tərəfindən təmin olunmamışdır. O, Samux Rayon Polis şöbəsindən çıxıb Gənçə şəhəri narkoloji dispanserə getmiş, orada sərxoşluq barədə tibbi müayinədən keçmiş, Gəncə Şəhər Narkoloji dispanserindən xx.xx.2025-ci il tarixdə sərxoş hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə haqqında 5267/2025 nömrəli protokol tərtib edilmişdir. Müayinə zamanı heç bir növdə içkili olduğu aşkar edilməmişdir. Belə olan halda onu Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin 332.1-ci, 324.4-cü,342.5-ci, 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilərək barəsində xx.xx.2025-cü il tarixli izibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin qərara əsasən ona 500 manat məbləğində cərimə tənbehi verilmişdir. Hesab edir ki, polis mayoru X10 tərəfindən tərtib edilmiş inzibati tənbeh haqqında qərarla təqsirli bilinməsi əsassızdır. Buna görə də sözügedən qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən inzibati orqanın nümayəndəsi X12 bildirdi ki, xx.xx.2025-ci il tarixdə X5 idarə etdiyi **-CN-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin 342.5-ci maddəsinin tələblərini pozduğuna görə tərəflərindən saxlanılmışdır. Yol Patrul Xidmətinin əməkdaşları avtomobilə yaxınlaşan zaman müəyyən olunmuşdur ki, sürücü nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti olmadan, həmçinin nəqliyyat vasitəsini alkoqoldan istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə edir. Belə ki, şəxsin idarə etdiyi nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verən etibarnamə olmamışdır. Həmçinin şəxs xüsusi texniki vasitə ilə alkoqol müayinəsindən keçirilmiş və onda müvafiq promildə alkoqol aşkar olunmuşdur. Ona həkim müayinəsindən keçirilməsi təklif olunsa da o, müayinədən keçməkdən imtina etmişdir. Bu hal məhkəməyə sübut kimi təqdim edilmiş video görüntü və alkotester qəbzi ilə öz təsdiqini tapır. Höəmçinin şəxsin Bəhman Quliyev sözügedən nəqliyyat vasitəsinin daxil olduğu kateqoriyaya uyğun idarə etmək hüququ olmamışdır. Belə ki, sözügedən nəqliyyat vasitəsini idarə etmək üçün “D” kateqoriyası tələb olunsa da, B.Quliyevin sürücülük vəsiqəsindən məlum olur ki, o, yalnız “B1, B, C1, C” kateqoriyadan olan nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Bundan əlavə B.Quliyevin idarə etdiyi nəqliyyat vasitrəsi nasaz vəziyyətdə olmuşdur, belə ki, nəqliyyat vasitəsinin qabaq şüşəsinin şüşə yuyanları və şüşə siləcəkləri olmamışdır. Beləliklə onun barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarda qeyd olunan bütün maddələrin tərkibi yaranmış və o, sözügedən qərarda qeyd olunan inzibati xətaları törətməkdə haqlı olaraq təqsirli bilinmişdir. Bu səbəbdən də, hesab edir ki, B.Quliyevin şikayəti tamamilə əsassızdır və onun barəsində Samux Rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması üçün heç bir əsas yoxdur. Ona görə də şikayətin təmin olunmamasını, inzibati orqan tərəfindən qəbul olunmuş sözügedən qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş edir. xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən, qərardan şikayət vermiş şəxs X11 izahatında bildirdi ki, Samux RPŞ-nin polis mayoru X10 tərəfindən onun barəsində qəbul edilmiş 16 dekabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır, belə ki, sözügedən tarixdə nəqliyyat vasitəsini idarə edərkən o, alkoqollu olmamışdır. Həmin gündən 1 həftə əvvəl tərkibində alkoqol olan enerji içkisi qəbul etmişdir, onun isə bir həftə sonra təsirinin qalması mümkün deyil. Lakin buna baxmayaraq polis əməkdaşı onu xüsusi texniki vasitə ilə müayinədən keçirmiş və ona bildirmişdir ki, onda müəyyən dərəcədə alkoqol aşkar olundu. O, polis əmıkdaşından onu həkim müayinəsindən keçirməsini tələb etsə də, bu tələbi cavabsız qalmış, daha sonra özü X9 gedərək orada sərxoşluq halı ilə bağlı tibbi müqayinədən keçmiş və müayinə nəticəsində onda sərxoşluq aşkar edilməmişdir. Narkoloji Dispanser tərəfindən bu barədə tərtib edilmiş protokoldan da görünür ki, o, xx.xx.2025-ci il tarixdə sərxoş olmamışdır. Lakin onun sözügedən nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti olmamışdır. Belə ki, nəqliyyat vasitəsi dostuna məxsus olmuş, lakin ona həmin nəqliyyat vasitəsini idarə etmək üçün hələ ki, etibarnamə verməmişdir. Eyni zamanda sözügedən nəqliyyat vasitəsinin ön şüşəsinin şüşə yuyanı və şüşə siləcəkləri olmamışdır. Belə ki, həmin buraxılış avtobuslarda ümumiyyətlə belə detallar olmur, həmin avtobusların zavod istehsalı quruluşu belədir. Ancaq o, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı, yalnız onun İXM-nin 334.1-ci maddəsi ilə təqsirli bilminməsi hissəsində mübahisələndirir. Belə ki, o, sözügedən tarixdə avtomobili idarə edərkən sərxoş olmamışdır. Ona görə də hesab edir ki, barəsində Samux Rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassızdır və ləğv edilməlidir. Qərardan şikayət vermiş şəxs X8 hazırki məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati orqanın nümayəndəsinın izahatını dinləyərək, qərardan şikayət vermiş şəxsin öncəki məhkəmə iclasında verdiyi izahatını nəzərə alaraq, iş materiallarını və təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, Samux Rayon Polis Şöbəsinin polis mayoru X10 tərəfindən X5 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X11 İXM-in 324.4-cü, 332.1-ci, 334.1-ci və 342.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə təqsirli bilinərək 500 manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş xüsusi texniki vasitə ilə aparılan müayinənin nəticəsi barədə xx.xx.2025-ci tarixli qəbzdən görünür ki, X6 alkoqolun konsentrasiyasının 0.400 % promil olduğu müəyyən olmuşdur. İş materiallarına əlavə olunmuş fotoşəkildən görünür ki, şəkildəki avtomobil QAZ 33213 Mikroavtobus markalı nəqliyyat vasitəsidir. (Həmin nəqliyyat asitəsini idarə etmək üçün “D” kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur). Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə edilmiş sorğu nəticəsində müəyyən edilmişdir ki, X11 “B1, B, C1, C” kateqoriyadan olan nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən tərtib olunmuş 5267/2025 saylı, xx.xx.2025-ci il tarixli sərxoşluq halının müayinəsi protokolundan görünür ki, X11 xx.xx.2025-ci il tarixdə saat 13:54-də müayinədən keçirilmiş və onda alkoqolun konsentrasiyasının 0,000 promil olduğu müəyyən olunmuşdur. İnzibati orqanın nümayəndəsi tərəfindən sübut qismində məhkəməyə təqdim olunan və məhkəmə iclasında tədqiq edilən video-görüntüdən görünür ki, QAZ 32213 MİKROAVTOBUS markalı, **-CN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü X11 xüsusi texniki vasitə ilə alkoqol müayinəsindən keçirilir, onda alkoqol aşkar olunur, bu zaman o, spirtli içki qəbul etdiyini etiraf edir, alkotesterin nəticəsi ilə razı olduğunu və əlavə olaraq həkim müayinəsindən keçirilməsinə zərurət olmadığını bildirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qərardan şikayət verən şəxs X2 vaxt nəqliyyat vasitəsini sərxoş olaraq, həmçinin həmin nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti olmadan, eyni zamanda sözügedən nəqliyyat vasitəsinin daxil olduğu kateqoriyadan olan nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etmişdir. Bundan əlavə B.Quliyevin idarə etdiyi nəqliyyat vasitəsinin ön şüşəsinin şüşə yuyanı və şüşə siləcəkləri olmamışdır. Bütün bu hallar inzibati orqanın məhkəməyə sübut qismində təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunan video-görüntü, foto görütü, digər iş materialları və qərardan şikayə vermiş şəxs B.Quliyevin özünün izahatı ilə təsdiqini tapmışdır. Lakin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, qərardan şikayət verən şəxs barəsində qəbul edilmiş sözügedən inzibati tənbeh vermə haqqında qərarı yalnız onun İXM-nin 334.1-ci maddəsində qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinməsi hissəsində mübahisələndirir. Belə olan halda məhkəmə yalnız həmin hissəsə qərarın əsaslılığını yoxlayır. X11 onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinməsi hissəsində qərara olan etirazını onunla əsaslanıdırır ki, onun qeyd olunan tarixdə alkoqollu olmadığı X4 tibbi müayinədən keçməsi nəticəsində müəyyən olunmuşdur. Məhkəmə B.Quliyevin şikayətinin əsası kimi istinad etdiyi bu dəlilə və arqumentə münasibətdə qeyd edir ki, inzibati orqanın məhkəməyə sübut qismində tədim etdiyi video görüntüdən açıq-aşkar aydın olur ki, B.Quliyev onun alkoqollu olub-olmamasının müəyyən edilməsi məqsədilə polis əməkdaşı tərəfindən xüsusi texniki vasitə ilə müəyinədən keçirilmiş və onda alkoqolun müəyyən promil həddində konsentrasiyası aşkarlanmışdır. Bu zaman polis əməkdaşı B.Quliyevdən hansı alkoqollu içkidən qəbul etdiyini soruşmuş, B.Quliyev alkoqollu içki qəbul etdiyini etiraf etmiş və hətta qəbul etdiyi içkinin növünü bildirmişdir. Daha sonra polis əməkdaşı ona tibbi müayindən keçməsini təklif etmiş, lakin B.Quliyev tibbi müayindən keçməkdən imtina etmişdir. B.Quliyevin məhkəməyə sübut kimi təqdim etdiyi sərxoşluq halının tibbi müayinəsi protokolundan aydın olur ki, müayinə 16 dekabr 2025-ci il tarixdə saat 13:54-də aparılmışdır. Halbuki B.Quliyev polis əməkdaşı tərəfindən sözügedən tarixdə saat 09:03 radələrində saxlanılmış və alkotesterlə müayindən keçirilmiş və onda alkoqolun konsentrasiyansının 0,400 promil olduğu müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, aydındır ki, alkoqolun qəbulundan müəyyən vaxt keçdikdən sonra, alkoqol bədəndən müəyyən şəkildə xaric olur. Ona görə də müayinələr arasındakı 5 saat vaxt fərqi nəzərə alınaraq axırıncı müayinədə şəxsdə alkoqolun konsentrasiyasının müəyyən edilməməsi istisna deyil. Bundan əlavə inzibati orqanın sübut kimi məhkəməyə təqdim etdiyi video görüntüdə B.Quliyev alkoqollu olduğunu özü etiraf edir. Ona görə də məhkəmə hesab edir ki, X1 qərardan şikayəti onun əsassız arqumentlərindən və mülahizələrindən ibarət olmaqla onun barəsində Samux Rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə heç bir əsas vermir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Samux Rayon Polis Şöbəsinin polis mayoru X10 tərəfindən X5 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərar mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar