Məhkəmə qərarları › İş №3(058)-719/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-719/2025

13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-719/2025 13.01.2026 SAMUX RAYON MƏHKƏMƏSİ X3 Əhməd oğlunun sədrliyi, Əhmədli İnal Söhrab oğlunun katibliyi ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 482.1 və 482.2-ci maddələri ilə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə tərtib olunmuş 11 dekabr 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin “Abşeron” gömrük postundan daxil olmuş 3-33-1100/022/037080 nömrəli raporta əsasən, “Palıd- 2015" MMC (VÖEN:**********) ünvanına idxal olunan, **********3124 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara keçirilən yoxlama zamanı, bəyannamənin 1-ci mal mövqeyində bəyan olunan “Kollektor“ yükünün 1032 ədəd bəyan olunduğu halda 1432 ədəd (400 ədəd artıq), 2-ci mal mövqeyində “arko kran“ yükünün 4500 ədəd bəyan olunduğu halda 8500 ədəd (4000 ədəd artıq), 10-cu mal mövqeyində “kranlar“ yükünün 2234 bəyan olunduğu halda 5596 ədəd (3362 ədəd artıq) olduğu, “plastikdən su ayırma kranlarının” 13000 ədəd bəyan olunduğu halda 10360 ədəd (2640 ədəd əskik), “radiator tutacağı” yükünün 8120 ədəd bəyan olunduğu halda 500 ədəd (7620 ədəd əskik), “unitaz baçokunun plastikdən hissələri” yükünün 23550 ədəd bəyan olunduğu halda 7450 ədəd (16100 ədəd əskik) olduğu, 1061 ədəd “arko vintel” yükünün isə ümumiyyətlə gömrük bəyannaməsində göstərilmədiyi aşkar edilmiş, həmçinin, baxış keçirilmiş malların dəyəri ilə bağlı şübhələr yarandığı qeyd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşı X1 xx.xx.2025-ci il tarixdə izahatı alınmış, X2 izahatında göndərən şirkət düzgün sənədləri göndərmədiyindən bu halın baş verdiyini, qanunla nəzərdə tutulan gömrük ödənişlərini və cəriməni ödəməyə hazır olduqlarını bildirmişdir. Aparılan araşdırma zamanı, yuxarıda qeyd edilən malların xx.xx.2025-ci il tarixə orta bazar dəyərinin müəyyən edilməsi üçün “Azərekspertiza” Birliyinə müraciət olunmuşdur. Həmin İdarədən daxil olmuş 319 nömrəli xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən ekspertizaya təqqiqatı aparılan malların ümumilikdə orta bazar qiyməti 191683 manat təşkil edir. 319 nömrəli xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən **********3124 nömrəli gömrük bəyannaməsində bəyan edilməyən malların orta bazar dəyəri 3183 manat, gömrük bəyannaməsində göstəriləndən artıq çıxan malların orta bazar dəyəri 115240 manat, gömrük bəyannaməsində göstəriləndən az çıxan malların orta bazar dəyəri 76443 manat təşkil etmişdir. Bununla belə, "xxxx" MMC (VÖEN:**********) tərəfindən Çin Xalq Respublikasından idxal edilən və **********3124 nömrəli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilən mallara keçirilən yoxlama nəticəsində sözügedən bəyannamədə göstəriləndən artıq aşkar edilən malların dəyərindən (115240 manat) bəyannamədə göstəriləndən az aşkar edilən malların dəyəri (76443 manat) çıxılır və 38797 manat dəyərində malların gömrük orqanına düzgün bəyan edilmədiyi faktı öz təsdiqini tapır. Beləliklə, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, “Palıd-2015" MMC (VÖEN:**********) tərəfindən gömrük orqanına bəyan edilməyən malların orta bazar dəyəri 3183 manat, düzgün bəyan olunmayan malların orta bazar dəyəri 38797 manat manat təşkil edir. İnzibati xəta haqqında protokol tərtib edən Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə və "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin nümayəndəsinin iştiakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2ci maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 3-33-1100/022/037080 raportdan görünür ki, Çin Xalq Respublikasından MİOU ******* nömrəli konteynerlə, H20250926 nömrəli xx.xx.2025-ci il tarixli invoysla müşayiət olunan və BBGİ-də **********3124 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan "xxxx" MMC-nin adına gələn yüklərə xx.xx.2025-ci il tarixdə Abşeron Gömrük postunun anbarında gömrük yoxlaması həyata keçirilmişdir. Baxış zamanı gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan olunan “Kollektor“ yükü 257 yer 1032 ədəd bəyan olunduğu halda 324 yer 1432 ədəd, yəni 400 ədəd artıq, 2-ci mal mövqeyində “arko kran" 45 yer 4500 ədəd bəyan olunduğu halda 85 yer 8500 ədəd, yəni 4000 ədəd artıq, 10-cu mal mövqeyində “kranlar“ yükü 96 yer 2234 bəyan olunduğu halda 228 yer 5596 ədəd, yəni 3362 ədəd artıq olduğu aşkar olunmuşdur. Həmçinin baxış keçirilmiş malların dəyəri ilə bağlı şübhələr yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” birliyinin xx.xx.2025-ci il tarixli 319 nömrəli mütəxəssis rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 7 adda malların ümumilikdə xx.xx.2025-ci il tarixə bazar dəyəri 191683 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-ti Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 482.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə "xxxx" MMC-nin törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-ti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə təqsirli bilinməli, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə "xxxx" MMC-ti tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, işdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-ti barəsində inzibati xətanın bilavasitə obyekti olmuş malların ümumi dəyərinin otuz faizi miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci, 128-130-cu və 482.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC-ti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona təqsirli bilindiyi İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərini təşkil edən 38797 (otuz səkkiz min yeddi yüz doxsan yeddi) manat məbləğinin 30 faizi miqdarında, yəni 11639,1 (on bir min altı yüz otuz doqquz manat on qəpik) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar