Məhkəmə qərarları › İş №3(058)-75/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-75/2023

09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-75/2023 09.03.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs – Samux Rayon Polis şöbəsinin polis sahə rəisi polis mayoru X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Samux Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Samux Rayon Polis şöbəsinin polis sahə rəisi polis mayoru X9 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 08 mart 2023-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, xx.xx.2023-cü il tarixdə Şəxs Samux Rayon Polis şöbəsinin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Samux RPŞ-nin polis sahə rəisi X9 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Samux RPŞ-nin polis əməkdaşları Həsənov Xəyal və Kazımzadə İlkin xidmətdə olarkən adı onlara sonradan məlum olan Niyaməddin adlı şəxsin uca səslə nalayiq ifadələr işlətdiyini görmüş, həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etmişlər, lakin o, polis əməkdaşlarına məhəl qoymayaraq nalayiq ifadələr işlətməyə davam etmiş, polis əməkdaşları onu polis şöbəsinə aparmaq üçün xidməti avtomobilə əyləşməsini tələb etmiş, o isə polisin qanunui tələblərindən boyun qaçıraraq üzərində olan bıçaq aləti ilə polis əməkdaşlarına hücum çəkərək polisin xidməti maşınına xəsarət yetirmişdir. Polis əməkdaşları həmin şəxsi tutub saxlmağa çalışarkən adlarını sonradan bildikləri X2, Şəxs və X4 adlı şəxslər X1 qaçmasına şərait yaratmışlar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində iş yoldaşları Asim və Məhərrəmlə Samux rayonu Qarayeri qəsəbəsindən avtomobillə keçərkən yolda bir neçə şəxsin toplaşdığını görərək avtomobildən düşmüşlər. O, qardaşı Niyaməddinin polis əməkdaşlarına bıçaq çıxardaraq müqavimət göstərdiyini görmüşdür. Qardaşı Niyaməddinin qaçmasına şərait yaratmamış, polis əməkdaşları hadisə yerindən gedəndən sonra qardaşını oradan aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux Rayon Polis şöbəsinin polis kiçik serjantı X5 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Samux rayonu ərazisində polis əməkdaşı İlkin Kazımzadə ilə xidmətdə olarkən adının Niyaməddin olduğunu sonradan bildikləri bir nəfər şəxsin uca səslə nalayiq ifadələr işlətdiyini görmüş və həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etmişlər, lakin həmin şəxs onlara məhəl qoymayaraq nalayiq ifadələr işlətməyə davam etmiş, daha sonra isə onların qanunui tələblərindən boyun qaçıraraq üzərində olan bıçaq aləti ilə onlara hücum çəkərək polisin xidməti maşınına xəsarət yetirmişdir. Adını sonradan bildikləri Elməddin adlı şəxs isə qardaşı Niyaməddini müdafiə edərək o da polis əməkdaşlarına bıçaq çıxardaraq qanunsuz hərəkətlər etmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi şahid ifadəsi, iş materialları və barəsində tərtib edilmiş protokol ilə tam şəkildə sübuta yetirilir. Buna görə də o İXM-in 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Samux RPŞ-nin əməkdaşları İlkin Kazımzadə və X12 rayonu Qarayeri qəsəbəsində xidmətdə olarkən Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, öz qanunsuz hərəkətini davam etdirmişdir. 08 mart 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 21:20-də inzibati qaydada tutulmuşdur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla, o cümlədən şahid ifadəsi ilə müəyyən edildi ki, Şəxs 08 mart 2023-cü il tarixdə Samux rayonu Qarayeri qəsəbəsində ictimai qaydanın qorunması üzrə öz vəzifələrini yerinə yetirən Samux RPŞ-nin əməkdaşları İlkin Kazımzadənin və Xəyal Həsənovun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. İnzibati xətaya görə məsuliyyəti istisna edən hallar müəyyən edilməmişdir. Buna görə də Şəxs AR İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXMin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 8 mart 2023-cü il saat 21:20-dən hesablansın. Qərarın icrası Samux Rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar