Məhkəmə qərarları › İş №3(058)-78/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-78/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-78/2023 28.03.2023 SAMUX RAYON MƏKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux rayon Qarayeri qəsəbə sakini Şəxs Yenikənd kəndi ərazisində müvafiq sənədi olmayan bir ədəd 1 ədəd “Toz” markalı 1 lülə, 16 çaplı, 2551 nömrəli mülki ov tüfəngi aşkar edilmiş, nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Samux Rayon Polis şöbəsinin nümayəndəsi və Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış, heç bir üzürlü səbəb olmadan məhkəməyə gəlməmişlər və yaxud işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət verməmişlər. İşə əlavə edilmiş MN ******* nömrəli, 07 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan, ona əlavə olunmuş xx.xx.2023-cü il tarixli raportdan, həmin tarixli aktdan və izahatdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 03:30 radələrində 6 nömrəli posda Samux rayonu Yenikənd kəndi isdiqamətində manqa komandiri polis serjantı Qismət Qələndərov və polis nəfəri polis serjantı Bağırov Nizami ilə birlikdə xidmət apararkən, Yenikənd Eldar yolu yaxınlıqında “VAZ 21-213” LADA markalı **-BA-*** dövlət qeydiyyat nömrəli avtomolilin içərisindən sahəyə projektor saldığını görüb, ora yaxınlaşmışlar. Şəxs maşından enərək onlara yaxınlaşmış, və onlar özlərini təqdim edib və burada nə işlərinin olduğunu soruşmüşlar. Şəxs cavabında "xxxx" ASC-nin işçisi olduqunu bildirərək, onlara elektrik dirəklərinə nəzarət etdiyini söyləmişdir. Bundan sonra onların avtomobilinə baxış keçirən zaman qanunsuz ov silahı aşkat etmişlər. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokoldan və izahatdan göründüyü kimi Şəxs öz əməlini etiraf etmişdir. Beləliklə, Şəxs İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan digər sübutlarla tam sübuta yetirildi. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə Şəxs İXM-in 32-ci maddəsinə əsasən əməlindən səmimi peşman olması məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsulliyyəti i ağırlaşdıran hallar aşkar etmədi. İXM-in 590.2-ci maddəsinə əsasən maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə, silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati qaydada cərimə edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 80 (səksən) manat cərimə edilsin. Samux rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1 ədəd “Toz” markalı 1 lülə, 16 çaplı, 2551 nömrəli mülki ov tüfəngi müsadirə edilsin. Qərarın icrası Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar