Məhkəmə qərarları › İş №3(058)-80/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-80/2023

20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-80/2023 20.07.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X5 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux Rayon Polis Şöbəsinin DYPX-nin polis serjantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Zəkəriyyə oğlunun iştirakı ilə, xx.xx.1957-ci il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, X8 İdarəsində operator işləyən, Samux rayonu Nəbiağalı qəsəbəsində qeydiyyatda olan və yaşayan, Şəxs Zəkəriyyə oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməsinə dair Samux Rayon Polis Şöbəsinin DYPX-dən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon X4 Yol Patrul Xidməti tərəfindən Şəxs Zəkəriyyə oğlunun Azərbaycan Respublikası İXM-nin 327.1 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Samux Rayon Polis Şöbəsinin DYPX-nin polis serjantı E.Hüseynzadə tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokoldan və iş materiallarında olan digər sənədlərdən görünür ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan Şəxs Zəkəriyyə oğlu xx.xx.2023-cü il tarixdə “VAZ 21213” minik markalı 20-DU161 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməməklə, həmçinin sərxoş halda idarə etməklə Azərbaycan Respublikası İXM-nin 327.1 və 334.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Samux Rayon Polis Şöbəsinin DYPX-nin polis serjantı E.Hüseynzadə protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs Zəkəriyyə oğlu inzibati xəta haqqında protokolda göstərilən inzibati xətaların törədilməsində özünü təqsirli bilməyərək qeyd etdi ki, xx.xx.2023-cü il tarixdə “VAZ 21213” minik markalı 20-DU161 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən sərxoş halda olmamış, spirtli içkini həmin gündən bir gün öncə, yəni xx.xx.2023-cü il tarixində səhər saatlarında qəbul etmişdir. Polis əməkdaşı onu saxlayaraq, xüsusi texniki vasitə ilə müayinədən keçirmiş və bildirmişdir ki, onda çox cuzi sərxoşluq halı müəyyən olunur, hətta bu hal inzibati xəta tərkibi yaratmır. Sonra ona protokola imza etdirmişlər. O, isə həmin gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə gedərək müayinədən keçmiş, müayinənin nəticəsinə əsasən onun sərxoş olmadığı müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xüsusi texniki vasitənin xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, Şəxs Zəkəriyyə oğlu sərxoşluq müayinəsindən keçmiş və onda alkoqolun konsentrasiyasının 0,410 promilli olduğu müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 666/2023 nömrəli, xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, Şəxs Zəkəriyyə oğlunun müayinəsi nəticəsində onun ayıq olması və onda alkoqol qəbulunun əlamətlərinin olmadığı müəyyən olunmuşdur. İş materiallarında olan Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(058)- 80/2023 saylı qərarından görünür ki, Şəxs Zəkəriyyə oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 334.1-maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Samux Rayon X4 Yol Patrul Xidmətin rəisi polis mayoru, X2 şikayətindən görünür ki, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(058)- 80/2023 saylı qərarından şikayət vermişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(104)-225/2023 saylı qərarından görünür ki, Samux rayon X4 Yol Bölməsi tərfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Samux Rayon Məhkəmsinin 29 mart 2023-cü il tarixli 3(058)-80/2023 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqında iş yenidən baxılması üçün Samux Rayon Məhkəməsinə qaytarılmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(104)-225/2023 saylı qərarından göstərilmişdir ki, məhkəmə şikayətin dəlillərini, inzibati xəta haqqında iş materialı üzrə toplanmış sübutları tədqiq edərək bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və əsassız qərar qəbul edilmişdir. Belə ki, istifadəyə yararlı olan xüsusi texniki vasitə olan “Alkotesterin” xx.xx.2023-cü tarixli qəbzi nəticəsi ilə 2 saat müddət keçdikdən sonra “Sərxoşluq hallarının bütün növlərinin təyini” məqsədi ilə aparılan 666/2023 nömrəli, xx.xx.2023-cü il tarixli protokolu arasında ziddiyyətin səbəbi, Şəxs tərəfindən müvafiq qeydiyyat aparılmış, istifadəyə yararlı olan xüsusi texniki vasitə olan “Alkotesterin” xx.xx.2023-cü tarixli nəticəsinin əks olunduğu qəbzin əsas kimi qəbul edilməməsinin səbəbləri, ilkin yoxlama ilə sonrakı yoxlama arasında 2 saata yaxın müddət keçməsinin şəxsin sərxoşluğuna təsir etmək imkanın olub-olmaması araşdırılmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(104)-225/2023 saylı qərarında göstərilmiş xüsusatlar araşdırılması üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə müvafiq sorğu verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məhkəmənin sorğusuna əsasən 236/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,alkol sərxoşluğunun təyini zamanı alkoqol qəbulundan müəyyən müddət keçdikdən sonra, alkoqol sidik vasitəsi ilə orqanizmdən xaric olduğu üçün növbəti müayinə zamanı nəfəs verilən havada alkoqol aşkar edilməyə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2014-cü il tarixli qərarında göstərilir ki, “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Zəkəriyyə oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, özünün etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Zəkəriyyə oğlunun ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs Zəkəriyyə oğlunun sərxoş vəziyyətdə inzibati xətanı törətməsi İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Zəkəriyyə oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs Zəkəriyyə oğlu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə yanaşı, həmçinin 327.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020ci il tarixli Qərarında da qeyd edilmişdir ki, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs Zəkəriyyə oğlunun həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Samux rayon X4 Yol Polis Bölməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Zəkəriyyə oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilsin. Şəxs Zəkəriyyə oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Samux rayon X4 Yol Polis Bölməsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar