Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-82/2024 14.11.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, protokolu tərtib etmiş şəxs Samux Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 13 mart 2024-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, borclu Şəxs Samux Rayon Məhkəməsinin 2(058)-307/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən tələbkara ödəməli olduğu 740 manat aliment borcunu ödəməkdən yayınır, icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədini üzürlü səbəblərdən icra edə bilmədiyini bildirmiş və məhkəməyə ərizə təqdim edərək icra sənədi üzrə borcunu ödəməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən sözügedən əsasla məhkəmə iclası növbəti tarixə təxirə salınmışdır. Həmin tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlmədiyindən Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən Şəxs məhkəmə iclasına məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar icra olunmadığından Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən Şəxs barəsində axtarış elan edilmişdir. Hazırda məhkəmə iclasında iştirak edən Samux Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X8 bildirdi ki, Şəxs hal-hazırda icra sənədini üzrə borcunu tam şəkildə ödəmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X4 məhkəməyə ərizə təqdim edərək həm ərizəsində, həm də şifahi izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona olan aliment borcunu tamamilə ödəmişdir, ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, hazırda aliment borcunu tam şəkildə ödəmişdir, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Samux Rayon Məhkəməsinin 2(058)-307/2021 saylı, 29 mart 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 11 may 2004-cü il tarixdə anadan olmuş X3, 19 iyul 2005-ci il tarixdə anadan olmuş X2 və 12 aprel 2012-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qaydasında müəyyən olunmuş hər uşaq üçün 100 manat, üç nəfər uşaq üçün 300 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq və cavabdeh Şəxs hər ay hər uşaq üçün 140 manat, üç nəfər uşaq üçün 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borcunu ödəməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. Şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Samux Rayon Məhkəməsinin icraatında olan Samux Rayon Məhkəməsinin 2(058)-307/2021 saylı, 29 mart 2021-ci il tarixli icrasını təmin etmək məqsədi ilə ona vaxt verilməsini xahiş etmişdir. Samux Rayon Məhkəməsinin 2(058)-82/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs barəsində axtarış elan edilmişdir. X1 Samux Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü iı tarixli ərizəsindən görünür ki, o, Şəxs ona olan aliment borcunu tam şəkildə ödədiyini bildirmiş, inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs tələbkara ödəməli olduğu aliment borcunu tam şəkildə ödəmişdir. Ona görə də məhkəmə, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-82/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-82/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver