Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-86/2024 24.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, X1, Samux rayon polis şöbəsinin DYPX-nin polis serjantı X3 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 31 yanvar 2024cü il tarixli, EQ 19217867 nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 31 yanvar 2024cü il tarixli, EQ 19217867 nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 18:15 -də Samux rayonu, Arif Nəbiyev 36GPS:40.7452,46.4234 ərazisində özünə məxsus olan “BMW”-325 markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinin yolda müəyyən olunmuş hərəkət sürətinin 21-40 km həddində aşmağına görə patrul tərəfindən EQ 19217867 nömrəli protokol və 50 manat məbləğində cərimə olunmuşdur. Barəsində tərtib olunmuş inzibati qərar əsassızdır və qanuna zidd olduğu üçün ləğv edilməlidir. Tərtib olunmuş protokoldan BDYPİ-nə sikayət ünvanlamış lakin, doğru araşdırılmadan qərar qəbul olunmuş qərarın surətini xx.xx.2024-cü il tarixdə almışdır. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana və ya məhkəməyə sikayət etmək hüquququndan istifadə edərək müraciyət etmişdir. Hadisə Samux rayonu, Çobanabdallı yaşayış məntəqəsində qeydə alınmış, yaşayış məntəqəsində sürət həddi nişanı olmadığına üçün minimum sürət həddi (50km/saat) 10 manat cərimə tərtib edilməsi və bundan əlavə yol hərəkəti haqqında qanuna 50-ci maddəsinə əsasən yaşayış məntəqəsindən kənarda müvafiq radardan ***-**** metr öncə nişan quraşdırılmalı nişandan 2,7 km sonra sürət ölçülüb. Bütün bunları nəzərə alaraq 31 yanvar 2024-cü il tarixli EQ 19217867 nömrəli inzibati tənbeh vermə haqqında qərara xitam verilməsi dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 Əziz oğlu bildirdi ki, xx.xx.2024-cü il tarixdə özünə məxsus “BMW”-325 markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Samux rayonu, Çobanabdallı ərazidə hərəkətdə olan zaman **-YP-*** dövlət qeydiyyat nömrəli patrul avtomaşın tərəfindən radara düşmüşdür. Həmin radarı əsassız hesab edir, çünki həmin ərazidə surət həddi saatda 60 km nəzərdə tutulmuşdur və bu barədə göstərici nişan qoyulmuşdur. O, isə həmin ərazidə saatda 74 km surətlə hərəkət etməklə radara düşmüş və ona 50 manat məbləğində cərimə olunmuşdur. Əgər həmin ərazidə surət saatda 50 km nəzərdə tutulmuş olsaydı bu barədə orada göstərici nişanı olardı. Onu da qeyd etdi ki, yol hərəkəti haqqında qanuna 50-ci maddəsinə əsasən yaşayış məntəqəsindən kənarda müvafiq radardan ***-**** metr öncə nişan quraşdırılmalı nişandan 2,7 km sonra sürət ölçülüb. Əlavə olaraq bildirdi ki, ona tətbiq olunmuş 50 manat cərimə artıqından məcbur olub cəriməni tam ödəmişdir. Məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Samux rayon Polis şöbəsinin DYPX-nin polis serjantı X6 bildirdi ki, **-YP-*** dövlət qeydiyyat nömrəli patrul avtomaşın o, idarə edir. Şikayətcinin tələbi tamamilə əsassızıdır ona görə ki, Samux rayonu, Çobanabdallı kənd ərazisində 3.24 nömrəli nişan yerləşdirilmiş və həmin ərazidə saatda 50 km sürətlə hərəkət olunması nəzərdə tutulmuşdur. Radarlar siqnal idarəsi tərəfindən quraşdırılır və “GPR” vasitəsilə vurulur nişanların hamısı bu qaydada müəyyən olunur. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında elan edilmiş, X2 barəsində tərtib edilmiş 31 yanvar 2024-cü il tarixli, EQ 19217867 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, X2 şikayətində inzibati tənbeh vermə haqqında elektron qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X2 təqsiri təsdiq olunur. Beləliklə də, X2 barəsində tərtib edilmiş 31 yanvar 2024-cü il tarixli, EQ 19217867 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 31 yanvar 2024-cü il tarixli, EQ 19217867 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 31 yanvar 2024-cü il tarixli, EQ 19217867 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 31 yanvar 2024-cü il tarixli, EQ 19217867 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-86/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-86/2024
24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver