Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-88/2024 26.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X3, X15 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X5 iştirakları ilə, X15 Xidmətininin Şəki X9 rəisi vəzifəsini müvəqqəti icra edən X17 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 20 dekabr 2023-cü il tarixli, MN №1291251 saylı qərardan X3 verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 Rayon Məhkəməsinə müraciət edərək X15 Xidmətininin Şəki X9 rəisi vəzifəsini müvəqqəti icra edən X17 tərəfindən onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında 20 dekabr 2023-cü il tarixli, MN №1291251 saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DƏMX-nin X2 rəisi vəzifəsini müvəqqəti icra edən X17 tərəfindən qəbul edilmiş 20 dekabr 2023-cü il tarixlı MN №1291251 saylı inzibati tənbeh vermə haqqında qərarla o, İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilib 3000 (üç min) manat cərimə edilmiş, ona görə ki, "xxxx" MMC-nin direktoru kimi X8 və X7 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2023-cü il tarixdək işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Lakin bunlar təmamilə əsassız və uydurma olmaqla qəbul edilmiş qərar tam qanunsuz və əsassızdır. Qərarda göstərilən şəxslər X10 və X11 ilə xx.xx.2023-cü il tarixə kimi heç bir əmək müqaviləsi bağlanmamış, nə də ki, "xxxx" MMCnin fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişlər. Bunu onlar özləri də, məhkəmədə şahid qismində dindirilsələr təsdiq edə bilərlər. X10, X11 özləri istəmişlər ki, hələ əmək müqaviləsi bağlanmamışdan əvvəl gəlib bir müəllim kimi uşaqlarla, iş şəraiti ilə tanış olsunlar və göstərilən işlər onların bilikləri səviyyəsində olsa ondan sonra əmək müqaviləsi bağlanıb müəllim kimi işi (xidmətləri) yerinə yetirsinlər. Ona görə də, onlar qısa bir müddətdə işlə tanışlıq məqsədi ilə cəmiyyətə gəlib-getmişlər. Yalnız razılıq verildikdən sonra onlarla xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmaqla və əmək müqaviləsi hüquqi qüvvəyə mindikdən sonra onlar "xxxx" MMC-nin fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Ona qədər isə onlar "xxxx" MMC-nin fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişlər. Əgər cəlb edilmiş olsaydılar onlar müəllim kimi uşaqlara dərs deyər, jurnal yazar, uşaqların davamiyyətini jurnalda qeyd edər, onların biliklərini qiymətləndirib jurnallara yazaraq və həmin müddət üçün əmək haqqı alardılar. Bunların heç biri olmamışdır. DƏMX-nin X4 isə həmin şəxslərin "xxxx" MMC-nin fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilib-edilməməsini yoxlamadan, aydınlaşdırmadan tələm-tələsik qanunsuz və əsassız qərar qəbul etmişdir. Göründüyü kimi bir vəzifəli şəxs kimi onun əməlimdə İXM-nin 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığı halda DƏMX-nin X4 işin bu obyektiv halını araşdırmadan, qiymət vermədən əsassız olaraq İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilib məsuliyyətə cəlb edilmişdir. Həmin inzibati xətaya görə DƏMX-nin X4 tərəfindən həm vəzifəli şəxs kimi onun barəsində, həm də, hüquqi şəxs kimi rəhbəri olduğu "xxxx" MMC bərəsində İXM-nin 192.1ci maddəsi ilə inzibati protokol tərib edilmişdir. Hüquqi şəxs kimi "xxxx" MMC barəsində tərtib edilmiş protokolla bağlı xeyli müddətdir ki, məhkəmələrə gedib-gəldiyindən və hüquqi şəxsin cərimə olunması barədə işdən apellyasiya şikayəti verdiyindən başı qarışıq olmuş və hazırki iş üzrə qərardan şikayət vermə müddətini üzürlü səbəbdən keçirmiş və bu prosessual müddət üzrlü hesab edilməklə bərpa edilməlidir. Ona görə də şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən şikayəti verilmə müddəti üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə, X6 tərəfinən verilmiş şikayət, həmin kateqoriya qərarlardan şikayətin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və şikayət vermiş şəxs məhkəməyə müddətin bərpası ilə əlaqədar vəsatətlə müraciət etməmişdir. Məhkəmə hesab edir ki, X15 Xidmətininin Şəki X9 rəisi vəzifəsini müvəqqəti icra edən X12 inzibati tənbeh vermə haqqında 20 dekabr 2023-cü il tarixli MN №1291251 saylı qərarından X6 tərəfinən verilmiş şikayət geri qaytarılmalı və şikayət verən şəxsə şikayətin verilməsi ilə əlaqədar buraxılmış müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq, qərara aldı: X15 Xidmətininin Şəki X9 rəisi vəzifəsini müvəqqəti icra edən X17 tərəfindən qəbul edilmiş 20 dekabr 2023-cü il tarixli MN №1291251 saylı inzibati tənbeh vermə haqqında qərarından X3 verdiyi şikayət geri qaytarılsın. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-88/2024
Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-88/2024
26.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver