Məhkəmə qərarları › İş №3(058)-88/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-88/2025

09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-88/2025 09.01.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Samux Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Samux rayonun Sərkar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Samux rayonun “Azəriqaz” İB-də çilingər kimi çalışan, Samux rayonu Sərkar kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə xx.xx.20250-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:10 radələrində Samux rayonun Nəbiağalı qəsbəsində yerləşən “Qoşqar” şadlıq şarayının qarşısında ictimai qaydanı pozarkən onu nizam-intizama dəvət edən polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Samux Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X7 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, həmin protokolu Samux PPXB-nin polis nəfərləri X3 və Röyal Həsənovun raportları əsasında tərtib etmişdir. Belə ki, polis əməkdaşları 08.01.205-ci il tarixdə, saat 20:10 radələrində Samux rayonun Nəbiağalı qəsbəsində yerləşən “Qoşqar” şadlıq şarayının qarşısında bir nəfər şəxsin ağız nahiyəsinin və sağ əlinin qan içində olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Adı onlara sonradan məlum olan şəxs Şəxs sərxoş olduğunu anlamışlar və xəsarətləri olduğu üçün ona ilkin tibbi yardım göstrillməsi üçün xəstəxanaya getməsini və qanunsuz hərəkətlərinə son qoymasını bildirmişlər, lakin Şəxs öz qanunsuz hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə tabe olmamışdır. Radiostansiya vasitəsi ilə kömək çağrılarq onu polis əmkdaşlarının köməyi ilə Samux Rayon Polis şöbəsinə aparmışlar. Polis Şöbəsinin pilləkənləri ilə qalxarkən Şəxs içkili olduğu üçün divara bərkidilmiş kondisionerə dəyərək baş nahiyəsindən xəsarət almışdır. Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi səbəbi ilə onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, həmin gün sərxoş olmuş, elədiyi hərəkətləri alkoqollu içkinin təsiri nəticəsində etmiş, hazırda əməlindən peşmandır, ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux RPXB-nin polis nəfəri X5 ifadə verərək bildirdi ki, 08.01.205-ci il tarixdə, saat 20:10 radələrində xidmətdə olarkən Samux rayonun Nəbiağalı qəsbəsində yerləşən “Qoşqar” şadlıq şarayının qarşısında ictimai yerdə çoxlu sayda insanların yığıldığını və bir nəfər şəxsin ağız nahiyəsinin və sağ əlinin qan içində olduğunu görüb, ondan nə baş verdiyini soruşan zaman, adı ona sonradan məlum olan Şəxs səxs səs küy salmağa bağlamış, onu nizam-intizama dəvət etdikdə o, plisə müqavimət göstərmiş, polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux PPXB-nin polis nəfəri, polis kiçik serjantı X1 RPXB-nin polis nəfəri X5 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:30-da inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 23:18-də aparılmış müayinə nəticəsində Şəxs orta dərəcəli alkoqol sərxoşluğunun olduğu müəyyən edilmişdir. Şəxs ictimai qaydanın mühafizəsi üzrə öz vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib edilmiş protokol, özünün etiraf edici ifadəsi və şahidlərin ifadələri ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1. maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar məhkəmə baxışında aşkar edilməmişdir. Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal hesab edilir, onun inzibati xətanı sərxoş halda törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Samux Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar