Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-89/2024 01.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi Azərbaycan Respublikası Qida X2-Daskəsən regional bölməsinin nümayəndəsi X5 və X3 iştirakları ilə, Azərbaycan Respublikası Qida X2-Daskəsən regional bölməsinin MN № ******* saylı, 14 fevral 2024-cü il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X8 tərəfindən verilmiş şikayətə baxaraq m ü ə y y ə n e t d i: X8 Azərbaycan Respublikası Qida X2-Daskəsən regional bölməsinin onun barəsində Azərbaycan Respublikası İXM-in 220.2-ci və 447.0.3-cü maddələrinin tələblərinin pozulmasına görə 1500 manat məbləğində cərimə edilməsinə dair MN № ******* saylı, 14 fevral 2024-cü il tarixli qərarından məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Qida X2- Daşkəsən regional bölməsi tərəfindən tərtib edilmiş MN №1609291 saylı, 14 fevral 2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2-ci və 447.0.3-cü maddələrinin tələblərini pozulmasına görə 1500 manat məbləğində cərimə edilmişdir. Həmin qərarı qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsini dispoziyası “İstehlakçıların hüquqlarının pozulmasına, yəni standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalı, satılması işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi", 220.2-ci maddəsinin dispozıyası “Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması” kimidir. Qanunvericiliyin tələbindən göründüyü kimi, norma blanket xarakterlidir və başqa normaların pozulması halında tərkib yaranır. O, vəzifəli şəxs kimi heç bir pozuntu törətməmiş, istehsalçıların hüquqlarının pozulması üçün hər hansısa bir hərəkət və ya hərəkətsizlik etmədiyini bildirdi. Tərtib edilmiş 01 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda hüquq pozuntusunun ifadə olunması aşkar deyil, yalnız bir neçə hal sadalanır ki, bu halın da hansı normativ sənədin hansı müddəasını pozması məlum deyil, bundan başqa, protokol yalnız şablon sözlərlə tərtib edilmişdir ki, həmin hallar da heç nə ilə təsdiq olunmur. Yəni mübahisə edilən qərar və protokoldan onun hansı normativ sənədi və standartları pozmağı, bu normativ sənəd və standartların hansı müddəasını pozmağı öz əksini tapmamış, üstəlik, həmin pozuntuları təsdiq edən heç bir sübut oz əksini tapmamışdır. Hesab edir ki, onun əməlində heç bir hüquqa zidd hərəkət və ya hərəkətsizlik olmadığından o, inzibati məsuliyyətə cəlb edilməməlidir. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X8 şikayət ərizəsində göstərilənlərə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qida X2-Daskəsən regional bölməsinin nümayəndəsi X10 bildirdi ki, vətəndaşın şikayəti əsasında yoxlama keçirilən zaman məlum olmuşdur ki, X4 rəhbərlik “Qara-Çanaq” firması şərab sexində İnzibati Xətalar Məcəlləsinin 220.2-ci və 447.0.3-cü maddələrinin tələblərinin pozulması halları aşkar edilmişdir. Spirtli içkinin üzərində Azərbaycan dilində tərkibinin yazılmadığı, həmçinin spirtli içkinin tərkibinin standartlara uyğun olmadığı, eyni zamanda məhsullarının istehsalı şəraitinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab vermədiyi müəyyən edilmişdir. Götürülən nümunələr ekpertizya göndərilmiş, içkinin tərkibinin qeyridüzgün olduğu rəydə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qida X2-Daskəsən regional bölməsinin nümayəndəsi X6 məhkəməyə sözügedən qərarın R.Məmmədova göndərilməsi tarixini təsdiq edən poçt sənədini məhkəməyə təqdim edərək R.Məmmədovun həmin qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürdüyünü bildirdi. Məhkəmə şikayət ərizəsini, cavabdeh orqanın nümayəndəsinin təqdim etdiyi poçt sənədini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Qida X2-Daskəsən regional bölməsinin MN № ******* saylı, 14 fevral 2024-cü il tarixli qərarı X7 xx.xx.2024-cü il tarixdə təqdim edilməsinə və onun həmin qərarı aldıqdan sonra 10 gün müddətində qərardan şikayət verməli olduğu halda o, sözügedən qərardan xx.xx.2024-cü il tarixdə, yəni qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürməklə şikayət vermişdir. Ona görə də şikayət geri qaytarılmalı və prosessual müddətin üzürlü səbəbdən ötürülmüş olduğunu təsdiq edən halın olduğu təqdirdə şəxsə qərardan şikayətin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən şikayəti verilmə müddəti üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikası Qida X2-Daskəsən regional bölməsinin MN № ******* saylı, 14 fevral 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X8 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-89/2024
Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-89/2024
01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver