Məhkəmə qərarları › İş №3(058)-9/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-9/2023

06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-9/2023 06.02.2023 SAMUX RAYON MƏKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarların ləğv edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə istifadəsində olan telefon nömrəsinə AsanPay-dən SMS gəlmiş və məlumat kimi göstərilmişdir ki, barəsində EQ11753666 nömrəli elektron qərar verilmişdir. Şəxsi kabinetə daxil olmuş və qeyd edilmişdir ki o, həmin tarixdə istifadəsində olan “Volksvagen” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilini ünvan 1 ünvanda dayanma qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. O, qeyd olunanlarla razılaşmır.O, qarşı tərəfinn zənn etdiyi kimi ortada onun tərəfindən törədilmiş inzibati xəta vardırsa və həmin xətanı harada törətməsi düzgün qeyd edillməmişdir. Qarşı tərəfin işə əlavə etdiyi fotoşəkillərdən göründüyü kimi o, həmin vaxt avtomonbilini elektron qərarda qeyd olunan ünvanda (ünvan 2 şəhəri, Nizami Gəncəvi prospekti 416 ünvanda dayandırmışdır. Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinə görə inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mühiyyəti göstərilir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə şəxs barəsində inzibati xəta haqqında protokol tətbiq olunduğu təqdir həmin protokolda nə kimi məlumatların düzgün formada qeyd olunması imperativ xarakter daşıyır. Buna baxmayaraq yuxarıda qeyd edildiyi kimi onun barəsində tərtib olunan protokol və ya qərarda hadisənin harada baş verməsi düzgün qeyd olunmamışdır. Onun avtomobilində videoqeydiyyatçı var və həmin vaxt hərəkətdə olan zaman olan proseslər qeydə alınmışdır. Videoya baxış keçirəndə, onun xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Gəncə şəhəri, Səbuhi Xasayev küçəsi ilə hərəkət edərək, Nizami Gəncəvi prospektinin kəsişməsinə daxil olub oradan da dərhal avtomobilini həmin prospektdə dayandıraraq avtomobilindən uzaqlaşmışdır. O, avtomobilini 3.27 (dayandırmaq qadağandır) yol nişanının təsir dairəsinə saxlamadığına əmin olduğundan, dərhal avtomobilindəki videoqeydiyyatçıdan görüntülərə də baxanda onun bu dedikləri öz əksini tapır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş X1 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EQ11753666 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarımışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarının pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, X1 şikayətində inzibati tənbeh vermə haqqında qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X1 təqsiri təsdiq olunur. Beləliklə də, X1 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EQ 11753666 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11753666 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11753666 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11753666 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar