Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-90/2023 08.04.2023 SAMUX RAYON MƏKƏMƏSİ X17 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux rayon Polis Şöbəsinin İTB-in sahə rəisi polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Samux rayonu Sərkar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Samux rayonu Sərkar kəndində qeydiyyatda və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 535.1-ci maddəsi ilə Samux rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 07 aprel 2023-cü il tarixdə saat 21:30 radələrində Samux rayon Polis şöbəsinin qarşısında nalayiq ifadələr işlədib ictimai qaydanı kobud surətdə pozduğu üçün həmin şəxs dəfələrlə nizam intizama dəvət edilmiş, lakin Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq, öz hərəkətlərini davam etdirərək ictimai qaydanı açıq şəkildə pozmağa davam etmişdir. Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Samux rayon Polis Şöbəsinin İTB-in sahə rəisi polis kapitanı X2, inzibati protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, həqiqətən də əməli törəmiş, əməlindən peşmandır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Samux rayon Polis şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri polis serjantı X9 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində polis baş serjantı Vasif Bayramovla birlikdə Samux rayon Polis şöbəsinin 1 saylı postunda xidmətdə olarkən bir qrup şəxsin təxminən 6-7 nəfər onlara yaxınlaşaraq onlara məxsus «VAZ 2107» markalı **-BR-*** nömrəli avtomaşının DYP-i əməkdaşları tərəfindən inzibati xətaya görə duracağa yerləşdirilməsinə narazılıqlarını bildirərək, həmin avtomaşının cərimə yazılmadan təcili buraxılmasını tələb etmişlər, uca səslə ümumi polis əməkdaşlarının ünvanına ailələrinə uşaqlarına nalayiq söyüşlər söyərək ictimaai qaydanı pozmuşlar. Həmin şaxslərdən 2 nəfər Samux rayon Sərkar kənd sakinləri Şəxs və X3 nizam-intizama dəvət etmişlər, lakin onlar qərəzli şəkildə öz hərəkətlərini davam etdirmiş, onların qanuni tələblərinə qəsdən tabe olmamışlar, buna görə də, Şəxs barəsində raport və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 eyni məzmunlu izahat verərək, X4 izahatında göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilən Samux rayon Polis şöbəsinin məsul növbətçisi əvəzi polis mayoru X11 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Samux rayon Polis şöbəsinin məsul növbətçi vəzifəsini icra edən zaman saat təxminən saat 22:30 radələrində DYP-i əməkdaşları tərəfindən inzibati xətaya görə duracağa yerləşdirilmiş «VAZ 2107» markalı **-BR-*** nömrəli avtomaşının buraxılması üçün bir qurp şəxs Samux rayon Polis şöbəsinə yaxınlaşaraq uca səslə ümumi polis əməkdaşlarının ünvanına ailələrinə uşaqlarına nalayiq söyüşlər söyərək avtomaşının təcili buraxılmasını tələb etmişlər 1 saylı posta xidmət aparan polis serjantı Vasif Bayramov və digər əməkdaşlar tərəfindən nizamintizama dəvət olunmalarına baxmayaraq həmin şaxslərdən 2 nəfər Samux rayon Sərkar kənd sakinləri X6 polisin qanuni tələbinə qəsdən tabe olmayaraq qərəzli şəkildə öz hərəkətlərini davam etdikləri üçün polis əməkdaşları tərəfindən növbətçi hissəyə gətirilərkən şöbənin həyətində və növbətçi hissənin qarşısında nalayiq ünvansız söyüşlər söyməklə təxminən 10-20 dəqiqə növbətçi hissənin iş fəaliyyətini pozmuşlar. Buna görə də, Şəxs barəsində raport və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Samux rayon Polis şöbəsinin YPX-nin polis inspektoru X14 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Gəncə-Qarayeri ərazisində X5 ilə birlikdə xidmətdə olarkən «VAZ 2107» markalı **-BR-*** nömrəli avtomaşını manevr qaydasını pozduğuna görə tərəfindən saxlanılmış, həmin vaxt müəyyən olumuşdur ki, avtomaşının qabaq işiqlarına əlavə avadınlıqlar quraşdırılmışdır. Sörücünün sənədlərinə baxış keçirilən zaman müəyyən olumuşdur ki, sürücünün sürücülük vəsiqəsi, həmçinin avtomaşını idarə etmək üçün etibarnaməsi yoxdur. Bu səbəbdən «VAZ 2107» markalı **- BR-*** nömrəli avtomaşın tərəflərindən Samux rayon Polis şöbəsinin cərimə meydançasına yerləşdirilmişdir. Həmin vaxt bir qurp şəxs Samux rayon Polis şöbəsinə yaxınlaşaraq, uca səslə ümumi polis əməkdaşlarının ünvanına, həmçinin onların ünvanına ailə və uşaq haqında nalayiq söyüşlər söyərək avtomaşının təcili buraxılmasını tələb etmiş, polis əməkdaşları tərəfindən nizam-intizama dəvət olunmalarına baxmayaraq həmin şaxslərdən 2 nəfər Samux rayon Sərkar kənd sakinləri X6 və X7 polisin qanuni tələbinə qəsdən tabe olmayaraq qərəzli şəkildə öz hərəkətlərini davam etdikləri üçün polis əməkdaşları tərəfindən növbətçi hissəyə gətirilərkən şöbənin həyətində və növbətçi hissənin qarşısında nalayiq ünvansız söyüşlər söyməklə təxminən 10-20 dəqiqə növbətçi hissənin iş fəaliyyətini pozmuşlar. Buna görə də, Şəxs barəsində raport və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 eyni məzmunlu izahat verərək, X8 izahatında göstərmiş olduğu xüsusatları təsdiq etdi. Protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 08 aprel 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 aprel 2023-ci il tarixdə polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 07 aprel 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 07 aprel 2023-cü il tarixdə saat 22:45-də tutulmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi şahid ifadələri, həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikasının İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-in 32.1.1-ci maddəsinə əsasən inzibati xətanı törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-in 31.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsinə əsasən fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 07 aprel 2023-cü il tarixdən saat 22:45-dən hesablansın. Qərarın icrası Samux rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə m Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-90/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-90/2023
08.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver