Məhkəmə qərarları › İş №3(058)-91/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-91/2023

08.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-91/2023 08.04.2023 SAMUX RAYON MƏKƏMƏSİ X16 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux rayon Polis Şöbəsinin İTB-in sahə rəisi polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Samux rayonu Sərkar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Samux rayonu Sərkar kəndində qeydiyyatda və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 535.1-ci maddəsi ilə Samux rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 07 aprel 2023-cü il tarixdə saat 21:30 radələrində Samux rayon Polis şöbəsinin qarşısında nalayiq ifadələr işlədib ictimai qaydanı kobud surətdə pozduğu üçün həmin şəxs dəfələrlə nizam intizama dəvət edilmiş, lakin Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq, öz hərəkətlərini davam etdirərək ictimai qaydanı açıq şəkildə pozmağa davam etmişdir. Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Samux rayon Polis Şöbəsinin İTB-in sahə rəisi polis kapitanı X2, inzibati protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, həqiqətən də əməli törəmiş, əməlindən peşmandır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Samux rayon Polis şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri polis serjantı X8 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində polis baş serjantı Vasif Bayramovla birlikdə Samux rayon Polis şöbəsinin 1 saylı postunda xidmətdə olarkən bir qrup şəxsin təxminən 6-7 nəfər onlara yaxınlaşaraq onlara məxsus «VAZ 2107» markalı **-BR-*** nömrəli avtomaşının DYP-i əməkdaşları tərəfindən inzibati xətaya görə duracağa yerləşdirilməsinə narazılıqlarını bildirərək, həmin avtomaşının cərimə yazılmadan təcili buraxılmasını tələb etmişlər. Həmin şəxslərdən Samux rayon Sərkar kənd sakinləri X5 uca səslə ümumi polis əməkdaşlarının ünvanına ailələrinə uşaqlarına nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Həmin vaxt və Şəxs da Samirin yanında olmuşdur, ancaq söyüş söyməmişdir. Onlar həmin şəxsləri nizam-intizama dəvət etmişlər, lakin onlar qərəzli şəkildə öz hərəkətlərini davam etdirmiş, onların qanuni tələblərinə qəsdən tabe olmamışlar, buna görə də, Şəxs barəsində raport və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 eyni məzmunlu izahat verərək, X3 izahatında göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilən Samux rayon Polis şöbəsinin məsul növbətçisi əvəzi polis mayoru X10 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Samux rayon Polis şöbəsinin məsul növbətçi vəzifəsini icra edən zaman saat təxminən saat 22:30 radələrində DYP-i əməkdaşları tərəfindən inzibati xətaya görə duracağa yerləşdirilmiş «VAZ 2107» markalı **-BR-*** nömrəli avtomaşının cərimə yazılmadan təcili buraxılmasını tələb etmişlər. Həmin şəxslərdən Samux rayon Sərkar kənd sakinləri X5 uca səslə ümumi polis əməkdaşlarının ünvanına ailələrinə uşaqlarına nalayiq söyüşlər söyərək ictimaai qaydanı pozmuşdur. Həmin vaxt və Şəxs da Samirin yanında olmuşdur, ancaq söyüş söyməmişdir. 1 saylı posta xidmət aparan polis serjantı Vasif Bayramov və digər əməkdaşlar tərəfindən nizam-intizama dəvət olunmalarına baxmayaraq Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq qərəzli şəkildə öz hərəkətlərini davam etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Samux rayon Polis şöbəsinin YPX-nin polis inspektoru X13 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Gəncə-Qarayeri ərazisində X4 ilə birlikdə xidmətdə olarkən «VAZ 2107» markalı **-BR-*** nömrəli avtomaşını manevr qaydasını pozduğuna görə tərəfindən saxlanılmış, həmin vaxt müəyyən olumuşdur ki, avtomaşının qabaq işiqlarına əlavə avadınlıqlar quraşdırılmışdır. Sörücünün sənədlərinə baxış keçirilən zaman müəyyən olumuşdur ki, sürücünün sürücülük vəsiqəsi, həmçinin avtomaşını idarə etmək üçün etibarnaməsi yoxdur. Bu səbəbdən «VAZ 2107» markalı **- BR-*** nömrəli avtomaşın tərəflərindən Samux rayon Polis şöbəsinin cərimə meydançasına yerləşdirilmişdir. Həmin vaxt bir qurp şəxs Samux rayon Polis şöbəsinə yaxınlaşaraq, uca səslə ümumi polis əməkdaşlarının ünvanına, həmçinin onların ünvanına ailə və uşaq haqında nalayiq söyüşlər söyərək avtomaşının təcili buraxılmasını tələb etmiş, polis əməkdaşları tərəfindən nizam-intizama dəvət olunmalarına baxmayaraq həmin şaxslərdən 2 nəfər Samux rayon Sərkar kənd sakinləri X6 və Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq qərəzli şəkildə öz hərəkətlərini davam etdikləri üçün polis əməkdaşları tərəfindən növbətçi hissəyə gətirilərkən şöbənin həyətində və növbətçi hissənin qarşısında nalayiq ünvansız söyüşlər söyməklə təxminən 10-20 dəqiqə növbətçi hissənin iş fəaliyyətini pozmuşlar. Buna görə də, Şəxs barəsində raport və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Samux rayon Polis şöbəsinin YPX-nin polis inspektoru polis serjantı X4 eyni məzmunlu izahat verərək, X7 izahatında göstərmiş olduğu xüsusatları təsdiq etdi. Protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 08 aprel 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 aprel 2023-ci il tarixdə polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 07 aprel 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 07 aprel 2023-cü il tarixdə saat 22:45-də tutulmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi şahid ifadələri, həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikasının İXM-in 32.1.1-ci maddəsinə əsasən inzibati xətanı törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 535.1-ci maddəsinə əsasən fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş inzibati cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə zalından həpsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar