Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-91/2024 26.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Samux Rayon Polis Şöbəsinin YPX-nin polis leytenantı X3, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Samux rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Samux rayonu Qarayeri qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Samux Rayon Polis Şöbəsinin YPX-nin polis leytenantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli protokoldan və iş materiallarında olan digər sənədlərdən görünür ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan Şəxs sərxoş vəziyyətdə xx.xx.2024-cü il tarixdə “VAZ 21074” minik markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən düzgün manevr etməmiş və yolun sağ kənarında dayanmış X6 markalı, 77EY255 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub, yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə X6 markalı, 77EY255 dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Bununla o, Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Samux Rayon Polis Şöbəsinin YPXnin polis leytenantı X3 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs törətdiyi inzibati xəta ilə bağlı təqsirini etiraf edərək bildirdi ki, etibarnaməsiz və sərxoş halda idarə etdiyi “VAZ 21074” minik markalı 20-EZ184 dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2024-cü il tarixdə Samux rayonu Qarayeri qəsəbəsində hərəkətdə olan zaman manevr etmə qaydasını pozmuş və nəticədə yolun sağ kənarında dayanmış X6 markalı, 77EY255 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub, yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə X6 markalı, 77EY255 dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Hazırda törətdiyi əmələ görə peşmandır, bir daha belə hallara yol verməyəcəyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahat verərək bildirdi ki, ona məxsus olan X6 markalı, 77EY255 dövlət qeydiyyat nişanlı avtomobillə Samux rayonu Qarayeri qəsəbsəində yolun sağ kənarında dayanmışdır, bu zaman “VAZ 21074” minik markalı 20- EZ184 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü sonradan adı məlum olan Şəxs manevr etmə hərəkətini düzgün etməmiş və ona məxsus avtomobillə toqquşmuşdur. Yolnəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə 3685 manat zərər dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən onun qoca atasının təqdirəlayiq davranışına görə heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xüsusi texniki vasitənin xx.xx.2020-ci il tarixli qəbzindən görünür ki, Şəxs oğlu sərxoşluq müayinəsindən keçmiş və qanda alkoqolun konsentrasiyasının 0,552 promilli olduğu müəyyən edilmişdir. İş materiallarında olan Gəncə şəhər Avtomotoservis və ticarət istehsalat birliyi müəssisəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, yol nəqliyyat hadisəsi zamanı X6 markalı, 77EY255 dövlət qeydiyyat nişanlı avtomobilə 3685 manat məbləğində zərər dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-cü maddəsinə əsasən, nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeydinin 1-ci bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin akoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görənəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan Şəxs etibarnaməsiz idarə etdiyi “VAZ 21074” minik markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2024-cü il tarixdə sərxoş vəziyyətdə Samux rayonu Qarayeri qəsəbəsində hərəkətdə olan zaman manevr etmə qaydasını pozmuş və yolun sağ kənarında dayanmış X6 markalı, 77EY255 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə X6 markalı, 77EY255 dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. X6 markalı, 77EY255 dövlət qeydiyyat nişanlı avtomobilə 3685 manat məbləğində ziyan dəymişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünü təqsirli bilməsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, DYPŞ-nin YPX-nin inspektoru T.Məmmədov tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azad etmək üçün əsaslar məhkəmə baxışında müəyyən edilməmişdir. Şəxs əməlindən səmimi peşmançılıq duyması məsuliyyətini yüngülləşdirən haldır, məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş əlavə tənbeh olaraq nəqliyyat vasitələrini idarəetmə hüququnun məhdudlaşdırılması, əsas tənbeh kimi inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Samux rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-91/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-91/2024
26.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver