Məhkəmə qərarları › İş №3(058)-92/2023

Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-92/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-92/2023 10.04.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsini hakimi Kərimova Tərifə Əbülfət qızı, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: xx.xx.2023-cü il tarixdə Samux rayon prokuroru, baş ədliyyə müşaviri X2 tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, həmin qərar xx.xx.2023-cü il tarixdə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Sözügedən qərarda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində evdə anası X1 döyərək dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 10 aprel 2023-cü il tarixli qərar icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim olunmuş qərara Şəxs həmin qərarda göstərilən əməli törətməsini təsdiq edən mötəbər sübutlar əlavə edilməmişdir. Ona görə də qərar və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2023cü il tarixli qərar ona əlavə edilmiş materiallarla birlikdə Samux Rayon Prokurorluğuna geri qaytarılsın. Qərardadan şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar