Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-93/2024 09.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs – Samux PPŞ-nin sahə rəisi, polis leytenantı X3, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Samux RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Samux PPŞ-nin sahə rəisi, polis leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs İXM-nin 157, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibini yaradan hərəkətlərə yol vermişdir. Məhkəmədə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Samux PPŞ-nin sahə rəisi, polis leytenantı X5 izahatında göstərdi ki, X4 polis şöbəsinə gələrək oğlunun onu narahat etdiyini bildirmiş, o, A.Həsənəliyevaya öz nömrəsini verərək bildirmişdir ki, əgər onun həyatına qarşı hər hansı bir təhlükə baş verərsə günün istənilən saatı ona zəng edə bilər. Həmin günün səhəri erkən saatda A.Həsənəliyeva ona zəng edərək bildirmişdir ki, o, çöl qapını bağlamışdır və oğlu hazırda küçədə səs-küy salaraq evə girməyə çalışır. Əməliyyat qrupu ilə həmin ünvana getmişlər. Şəxs onlara qarşı aqressiv davranmış, ona qanunun tələbləri izah olunaraq polis şöbəsinə getməsi təklif olunmuş, Şəxs əvvəl onlara tabesizlik göstərmiş daha sonra isə polis şöbəsinə getməyə razı olmuşdur. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-in 157, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə görə təqsirli bilinərək onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib olunmuş protokolda göstərilən inzibati xətaları törətdiyini etiraf edərək bildirdi ki, qərarı məhkəmənin mülahizəsinə həvalə edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirdi ki, oğlu Orxan onunla həmişə dalaşır. Həmin gün saat 4 radələrində o, içkili evə gəlmiş, buna görə də o, qorxudan çöl qapını bağlamışdır. Lakin oğlu Şəxs küçədə səs-küy salara qapını açmağa çalışmış, daha sonra isə hasardan həyətə düşmüş və onu yerə yıxıb əli ilə onun boğazını sıxaraq boğmuş, ona qarşı digər zorakı hərəktlər etmişdir. Daha sonra polis əməkdaşları onun dəvəti ilə həmin ünvana gəlmiş və Şəxs polis şöbəsinə getməyi təkilf etmişlər. Oğlu Şəxs törətdiyi inzibati xətaya görə onun barəsində tədbir görülməsini xahiş edir. İş materiallarına əlavə edilmiş: xx.xx.2024-cü il tarixli inzibati protokoldan məlum olur ki, Şəxs xx.xx.2024-cü il tarixdə anası X2 qarşı zorakı hərəkətlər etmiş, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərə yol vermiş, həmçinin polisin qanuni tələbinə tabe olmamışdır. xx.xx.2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 06:00-da inzibati qaydada tutlmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol, həmçinin zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati xətanı sərxoş halda törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır, onun məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və inzibati məsuliyyəti ağırlaşdıran halın mövcudluğunu və yüngülləşdirən halın olmamasını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 09 aprel 2024-cü il saat 06:00-dan hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-93/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-93/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver