Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-94/2024 15.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məmmədov Camal Elçin oğlunun katibliyi, Samux Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Samux rayonu Nəbiağalı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Samux rayonu Nəbiağali qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə xx.xx.2024-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs 12 aprel 2024-cü il tarixdə Samux rayonu X10 küçəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Samux Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X4 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, həmin protokolu Samux RPŞ-nin TQ-nun təhqiqatçısı polis mayoru Ehtiram Qafarovun raportu əsasında tərtib etmişdir. Belə ki, xx.xx-2024-cü il tarixdə Samux rayon Nəbiağalı qəsəbə sakini X5 DİN-nin 102 xidmətinə zəng edərək atası Şəxs sərxoş vəziyyətdə ailə üzvlərini döyməsini, narahat etməsini bildirərək, onların yaşadığı ünvana polis əməkdaşının yaxınlaşmasını xahiş etmişdir. Həmin məlumat əsəsinda ƏİQ-nin üzvləri Samux rayon Nəbiağalı qəsəbə sakini X2 ünvanına getmiş, həmin vaxt Şəxs öz ailə üzvlərini onların yanında təhqir etməyə başlamışdır. Onlar Şəxs dəfələrlə nizam intizama dəvət etsələr də o, öz hərəkətlərini davam etdirərək nalayiq söyüşlərlə ailə üzvülərini təhqir etməyi davam etmişdir. Onu nizam-intizama dəvət etsələr də Şəxs polisin qanuni tələblərinə tabe olmamışdır. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi səbəbi ilə onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, həmin gün içkili olmuş, elədiyi hərəkətləri içkinin təsiri nəticəsində etmiş, hazırda əməlindən peşmandır, ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux RPŞ-nin TQ-nun təhqiqatçısı polis mayoru Ehtiram Qafarov ifadə verərək bildirdi ki, o xidmətdə olarkən DİN-nin 102 xidmətinə zəng gəlmiş və Samux rayonu Nəbiağalı qəsəbəsində yerləşən evdə münaqişə olduğu bildirilmişdir. Daha sonra o, hadisə yerinə getmiş və X3 gözünün altının əzilmiş vəziyyətdə görmüşdür. Şəxs ailə üzvlərini təhqir edərək səs-küy salmağa davam etmiş, onu polis şöbəsinə dəvət etmişlər, lakin o, aqressiv halda polisin qanuni tələblərinə tabe olmaqdan boyun qaçırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, əri Şəxs həmin gün içkili olduğu üçün evdə səs-küy salaraq onunla dalaşmış, daha sonra onun gözünə ayağı ilə vurmuş, buna görə də qızı məcburiyyət qarşısında qalaraq polisə zəng etmiş, polis əməkdaşları onların yaşadığı ünvana gəlmiş və Şəxs nizam-intizama dəvət etmiş, lakin o, polisin qanuni tələbinə tabe olmaqdan boyun qaçırmışdır. İş materiallarına əlavə edilmiş 13 aprel 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 13 aprel 2024-cü il tarixdə saat 08:20-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş 12 aprel 2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, 12 aprel 2024-cü il tarixdə saat 22:40-da aparılmış müayinə nəticəsində Şəxs alkoqolun konsentrasiyasının 0,5 promil olduğu müəyyən edilmişdir. Şəxs ictimai qaydanın mühafizəsi üzrə öz vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib edilmiş protokol, özünün etiraf edici ifadəsi və şahidlərin ifadələri ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1. maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar məhkəmə baxışında aşkar edilməmişdir. Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal hesab edilir, onun inzibati xətanı sərxoş halda törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Samux Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-94/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-94/2024
15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver