Məhkəmə qərarları › İş №3(058)-95/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-95/2024

26.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-95/2024 26.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirləndirilməsinə dair Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis Şöbəsindən Şəxs müvafiq sənədi olmayan ov tüfəngi aşkar edildiyindən onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati protokol tərtib edilərək məhkəməyə təqdim olunmuşdur. Samux Rayon Polis şöbəsinə və Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış, buna baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəməyə gəlməmişlər və işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət verməmişdirlər. İş materriallarına əlavə edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Tağılı X1 Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində müvafiq protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə Samux Rayon Qarayeri qəsəbə sakini Şəxs bir ədəd qanunsuz mülki silahlın olması ilə bağlı Samux Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Samux PPXB-nin polis baş serjantı Qismət Qələndərov və polis serjantı Qeyrət Məmmədov həmin ünvana gedərək onunla izahedici və profilaktik söhbətlər apardıqdan sonra şəxs səmimi etiraf edərək, onda mərhum babasından qalan bir ədəd “Toz” markalı, 2 lüləli, 16 çaplı, 153560-56 nömrəli mülki silahın olduğunu bildirmiş, onu könüllü olaraq RPŞ-nə dəvət etmiş və növbətci hissəyə təhvil vermişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə Şəxs tərəfindən verilmiş izahatdan görünür ki, o, Samux rayon Qarayeri kəndində göstərilən ünvanda ailəsi ilə birgə yaşayır. xx.xx.2024-cü il tarixdə Samux RPŞ-nin əməkdaşları yaxınlaşaraq sənədsiz ov silahının saxlanılması ilə bağlı onunla profilaktik söhbətlər aparıldıqdan sonra o, həmin Toz” markalı, 2 lüləli, 16 çaplı, 153560-56 nömrəli mülki silahı təhvil vermiş və əməlindən peşman olduğunu bildirmişdir. Beləliklə, Şəxs İXM-in 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və şəxsin iş materiallarındakı izahatı ilə tam sübuta yetirilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs iş materiallarında olan izahatında əməlindən səmimi peşman olmasını bildirməsi məsuliyyətini yüngülləşdirən haldır. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsulliyyəti ağırlaşdıran hallar aşkar edilmədi. İXM-in 590.2-ci maddəsinə əsasən maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə, silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, əməlindən peşmançılıq duymasını nəzərə alaraq ona məxsus silah müsadirə edilməklə 80 manat məbləğində inzibati qaydada cərimə edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 80 (səksən) manat cərimə edilsin. Samux rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan bir ədəd “Toz” markalı, 2 lüləli, 16 çaplı, 153560-56 nömrəli nömrəli ov tüfəngi müsadirə edilsin. Qərarın icrası Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar