Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-96/2024 01.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X4 iştirakları ilə, DİN Baş Dövlət Yol Polis İdarəsi Mərkəzi məlumat Xidmətinin rəisi polis polkovnikleytenantı Elçin Xasıyevin xx.xx.2024-cü il tarixli EQ 20032398 saylı X7 haqqında qərarından X4 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 onun İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 200 manat inzibati cərimə olunması barədə xx.xx.2024-cü il tarixli EQ 20032398 saylı qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Samux rayonu, Samux-Gəncə yolu “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında saat 00:03 raddələrində mülkiyyətində olan “Hundai Sonata” minik markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 55 km/saat həddində aşdığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində “X7 Haqqında” xx.xx.2024-cü il tarixli, EQ 20032398 nömrəli elektron qərar qəbul edilmişdir. Tərəfindən Yol əleyhinə olan inzibati xətanın törədilməsinə səbəb son zərurət halının yaranması olmuşdur. Belə ki, inzibati xətanı törədən zaman avtomobildə sərnişin kimi olan ailə üzvü (qardaşının—həyat yoldaşı) X1 üçün təhlükə yarandığından, onu təcili olaraq xəstəxanaya çatırılması olmuşdur. Bu faktı şikayətinə əlavə edilmiş Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ A.Səhhət adına Xəstəxana tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 338 saylı həkim arayışı təsdiq edir. Həmçinin "X7 Haqqında” xx.xx.2024-cü il tarixli, EQ 20032398 saylı elektron qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, sözügedən qərarda inzibati xətanın 0X0043D06 nömrəll kamera vasltəsi ilə qeydə alındığı göstərilmişdir. Qərarda inzibati xətanın aşkar olunmasında istifadə olunmuş texnikl vasitənin (kameranın) göstəriciləri və ölçmə vasitəsinin son dəfə müqayisəll dövlət yoxlamasından keçdiyi vaxt göstərilməmişdir. Bununla yanaşı qərarın əlavəsinə əlavə edilmiş foto şəkildədə inzibati xətanın törədildiyi tarix və saat əks olunmamışdır. Bu isə onun deməyə əsas verir kl, barəsindı qəbul edilmiş qərarın heç bir hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsində qeyd olunur ki, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyl vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar qeyd olunmalıdır. Hesab edir ki, həmin kameranın inzibati xəta hadisəsinin qeydə almaq və elektron qərar qəbul etmək funksiyası yoxdur. Təsadüf deyil ki, həmin kamera İXM-nin 81-ci və 100.1.8-ci maddəsi ilə nəzərdə tutulmuş tələblərə cavab vermir. Ona görə də elektron qərarda həmin kameranın göstəriciləri əks olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində qeyd olunur ki, yolda müəyyən edilmiş hərəkət sürətini 55 km/saat həddində aşmağa görə iki yüz manat məbləğində cərimə edilir. Qeyd olunmalıdır ki, adına qeydiyyata alınmış “ASANPAY” elektron kabinetdə sözügedən inzibati xətanın törədilibtörədilməməsini müəyyən etmək mümükün deyil. Belə ki, şəxsi kabinetində inzibati xatanın törədilməsinə dair “video görüntü” əlavə edilməmişdir. Bununla da belə bir nəticəyə gəlmək mümükün olur ki, onun təqsirli olması “X7 Haqqında” xx.xx.2024-cü il tarixli, EQ 20032398 saylı qərarda inzibati xətanın hansı formada aşkar olunması, inzibati pozuntunun nədən ifadə olunması və inzibati xətanın müəyyən edilməsi məqsədi ilə hər hansı bir xüsusi texniki vasitələrdən istifadə edilməsinə dair heç bir sübut və ya qeyd aşkar edilməmişdir. Hesab edir ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovniki Elçin Xasiyevin xx.xx.2024-cü il tarixli, EQ 20032398 nömrəli X7 haqqında elektron qərarı tam əsassızdır, buna görə də qərar ləğv edilərək işi üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X6 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək barəsində qəbul olunmuş xx.xx.2024-cü il tarixli, EQ 20032398 saylı X7 haqqında qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati orqana məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə qərardan şikayətə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxs X4 izahatını dinləyərək, iş materiallarını və təqdim olunmuş sübutu tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, xx.xx.2024cü il tarixli EQ 20032398 saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, EQ 20032398 saylı X7 haqqında qərarın surətindən görünür ki, X6 İXM-in 328.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 200 manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ A.Səhhət xəstəxanasının 338 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X2 və sol bilək oynağının sınığı, burun nahiyəsinin əziniyi səbəbilə xəstəxanaya müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə-iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 şikayətinin dəlilləri əsassızdır. Belə ki, o, yolda sürət həddini aşdığını özü də etiraf edir, lakin bu halın son zərurət vəziyyətində edilmiş hərəkət kimi dəyərləndirilməli olduğunu düşünür. Məhkəmə işin faktiki hallarını və son zərurət vəziyyətində edilmiş hərəkətə dair qanunvericiliyin tələbərini nəzərə alaraq hesab edir ki, şəxsin əməlinin son zərurət vəziyyətində edilmiş hərəkət kimi dəyərləndirilməsi mümkün deyil. Ona görə də onun sözügedən qərardan verdiyi şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. DİN Baş Dövlət Yol Polis İdarəsi Mərkəzi məlumat Xidmətinin rəisi, polis polkovnikleytenantı Elçin Xasıyevin xx.xx.2024-cü il tarixli, EQ 20032398 saylı X7 haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-96/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-96/2024
01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver