Məhkəmə qərarları › İş №3(058)-97/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-97/2023

08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-97/2023 08.05.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Samux rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 19 aprel 2023-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Samux Rayon Məhkəməsinin 2(058)-1230/2018 saylı, 14 dekabr 2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 24 noyabr 2014-cü il tarixli, 301746 saylı müqaviləyə əsasən 1308 manat ödənilməmiş məbləğ, 50 manat dəbbə pulu, 26 noyabr 2017-ci il tarixli, 303515 saylı müqaviləyə əsasən 1392 manat ödənilməmiş məbləğ, 50 manat dəbbə pulu olmaqla ümumilikdə 2800 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 2830 (iki min səkkiz yüz otuz) manat alınaraq iddiaçı "xxxx" MMC-nin xeyirinə ödənilməlidir. Samux Rayon Məhkəməsinin 2(058)-474/2022 saylı, 17 may 2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2019-cu il tarixli, GN2K546972 saylı müqavilə üzrə 730 manat əsas və 30 manat dövlət rüsumu ümumilikdə 760 manat borc alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb oluncağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq borcunu ödəməkdən yayınır, icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi gəlirlər aşkar edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixində keçirilmiş məhkəmə iclasında Samux Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh olunmasını məhkəmədən xahiş etdi. Həmin tarixdə keçirilmiş məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, onun borcunu ödəməkdən yayınmaq niyyəti yoxdur. Borcunu ödəməməsinin səbəbi səhhətində olan narahatçılıqlar olmuşdur. Ona borcundan ödəniş etməsi üçün vaxt verilməsini məhkəmədən xahiş edir. Həmin tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 bildirdi ki, borclu 1 il 5 aydır ki borcu ödəmir. Lakin hazırda ona borcun ödənilməsi üçün vaxt verilməsinə etiraz etmir. Məhkəmə tərəfindən borclu Şəxs icra səndi üzrə borcunu ödəməsi üçün vaxt verilərək məhkəmə iclası növbəti tarixə təxirə salınmışdır. 25 aprel 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında məlum olmuşdur ki, Şəxs məhkəmə tərəfindən ona verilmiş vaxt ərzində bir icra sənədi üzrə borcundan müəyyən məbləğdə ödəniş etmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında Şəxs ona məhkəmə tərəfindən verilən vaxt ərzində yalnız bir icra sənədi üzrə ödəniş etməyə maddi imkanının yol verdiyini bildirmiş, digər icra sənədi üzrə də borcundan ödəniş etməsi üçün ona yenidən vaxt verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən borclunun səhhətindəki problemlər, maddi durumu və onun əvvəlcə verilmiş vaxt ərzində icra sənədi üzrə borcundan müəyyən məbləğdə ödəniş etməsi nəzərə alınaraq ona yenidən vaxt verilərək məhkəmə iclası növbəti tarixə təxirə salınmışdır. Hazırda məhkəmə iclasında məlum olmuşdur ki, Şəxs məhkəmə tərəfindən ona verilmiş vaxt ərzində digər icra sənədi üzrə də borcundan müəyyən məbləğdə ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş Samux rayon Məhkəməsinin 2(058)-1230/2018 saylı, 14 dekabr 2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 24 noyabr 2014-cü il tarixli, 301746 saylı müqaviləyə əsasən 1308 manat ödənilməmiş məbləğ, 50 manat dəbbə pulu, 26 noyabr 2017-ci il tarixli, 303515 saylı müqaviləyə əsasən 1392 manat ödənilməmiş məbləğ, 50 manat dəbbə pulu olmaqla ümumilikdə 2800 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 2830 (iki min səkkiz yüz otuz) manat alınaraq iddiaçı "xxxx" MMC-nin xeyirinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)-474/2022 saylı, 17 may 2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2019-cu il tarixli, GN2K546972 saylı müqavilə üzrə 730 manat əsas və 30 manat dövlət rüsumu ümumilikdə 760 manat borc alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası barədə bildirişlərdən görünür ki, hər bir icra sənədi üzrə borcunu ödəməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Şəxs icra sənədlərini icra etməsi üçün möhlət verilmiş və ona inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İcra məmuru tərəfindən borclu Şəxs borcu vaxtında ödəməməsi və məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə onun İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir. Şəxs onun xahişi ilə borcunu ödəməsi üçün məhkəmə tərəfindən ona verilən vaxt ərzində borcundan müəyyən məbləğdə ödəniş etməsi ümumilikdə onun qətnamənin icrasından yayınmağa çalışmadığını göstərir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar