Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-97/2024 17.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məmmədov Camal Elçin oğlunun katibliyi, Samux Rayon Prokurorluğunun nümayəndəsi X5, zərərəçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Samux Rayon Hacıallı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Prokurorluğundan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 16 mart 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. 16 mart 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarda qeyd edilir ki, Şəxs 16 mart 2024-cü il tarixdə Samux rayonu Nəbiağalı qəsəbəsində yerləşən “Səbinə” marketdən ümumi qiyməti 20 manat olan iki ədəd “Orqanik” markalı araq oğurlamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Samux Rayon Prokurorluğunun nümayəndəsi X7 inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarda qeyd olunmuş əməlin Şəxs tərəfindən törədildiyinin marketin video görünütüsü ilə sübuta yetirildiyini bildirərək onun məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərəçəkmiş şəxs X3 bildirdi ki, Samux rayonu Nəbiağali qəsəbəsində yerləşən, ona məxsus ərzaq dükanında nəzarət kameralarına baxış keçirən zaman Şəxs 20 manat dəyərində iki ədəd spirtli içkini oğurladığı müəyyən edilmişdir. Hazırda Şəxs barəsində şikayətçi deyil. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadə verərək göstərdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarda qeyd olunan əməllər həqiqətən də onun tərəfindən törədilmişdir. O, əməlindən peşmandır və barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş 16 mart 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarın surətindən görünür ki, Şəxs X2 məxsus ərzaq dükanından 16 mart 2024-cü il tarixdə ümumi dəyəri 20 manat olan, iki ədəd spirtli içki oğurlanması faktına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. Şəxs gizli yolla özgəsinin əmlakını talaması və beləliklə İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi, həmçinin zərərçəkmiş şəxsin ifadəsi ilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədinə nail olmaq üçün Şəxs barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xətalar törətməsinin qarşısını almaq məqsədlərinə nail oluna bilər. Azərbaycan Respublikası İXM-in 28.1-ci maddəsində göstərilir ki, ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 28.3-cü maddəsində qeyd olunur ki, ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək ona gün ərzində 4 (dörd) saatdan çox olmamaq şərti ilə 160 (bir yüz altmış) saat ictimai işlər inzibati tənbeh tədbiri təyin olunsun. Qərarın icrası Samux Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-97/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-97/2024
17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver