Məhkəmə qərarları › İş №3(059)-1/2022

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-1/2022

06.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-1/2022 06.05.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, xx xxxxxx 1991-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 211.3, 510 və 535.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: 05 may 2021-ci il tarixdə Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X1 tərəfindən Şəxs barəsində MN seriyalı, 0991870, ******* və ******* nömrəli inzibati xətaya dair protokollar tərtib edilərək baxılması üçün elə həmin tarixdə məhkəməyə göndərilmişdir. Siyəzən Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 3(059)-97/2021 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-97/2021 saylı, 3(059)- 98/2021 saylı və 3(059)-99/2021 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-97/2021 nömrə altında baxışa təyin edilmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından ehtimal olunur ki, Şəxs 28 aprel 2021-ci il tarixdə təxminən saat 11:20 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində olarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri” barədə 29 may 2020-ci il tarixli, 189 nömrəli qərarının tələbini pozaraq tibbi maskadan təyinatı üzrə düzgün istifadə etməyərək karantin rejimi qaydasını pozduğuna görə ictimai yerdə ona yaxınlaşan və ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə, sonuncuların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs olduğu yerin müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Bununla əlaqədar, iştirakı məcburi olan Şəxs olduğu yer müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraat Siyəzən Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qərarı ilə Şəxs gətirilənədək dayandırılmış, həmçinin qərarın icrası Siyəzən rayon Polis Şöbəsinə həvalə olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qərarı icra edilmədiyi üçün məhkəmə tərəfindən Siyəzən rayon Polis Şöbəsinə 28 fevral 2022-ci il tarixdə xatırlatma göndərilmiş, lakin Şəxs məhkəməyə gətirilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Sözügedən Məcəllənin 104.8-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilir. Məhkəmə inzibati xəta haqqında material üzrə işə baxarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində olan inzibati iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması bir ildən artıq davam etdiyindən sonuncunun barəsindəki inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.5, 104.8, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar