Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-1/2023 05.01.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1975-ci il tarixdə tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (əvvəlki qaydada İİ dərəcə əlilliyi olan şəxs), ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 04 yanvar 2023-cü il tarixdə, saat 20:45 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən mədəniyyət sarayının qarşısında sərxoş vəziyyətdə ünvansız nalayiq sözlər işlətməklə, ictimai qaydanı pozmuş, həmçinin həmin məqamda, qeyd olunan ərazidə xidməti vəzifəsini yerinə yetirən, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının onlarla birlikdə Siyəzən RPŞ-yə getmək təklifinə məhəl qoymayaraq, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən 04 yanvar 2023-cü il tarixli, MN seriyalı, ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli, 3(059)-1/2023 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-1/2023 saylı və 3(059)- 2/2023 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-1/2023 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 04 yanvar 2023-cü il tarixdə tanışının doğum gününü qeyd etmək məqsədi ilə “Oazis” restoranında 0,7 litr spirtli içki olan araq içərək sərxoş olmuş, bundan sonra evə gedərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Lakin, sərxoş olduğuna görə baş verənləri, habelə polis əməkdaşları tərəfindən hansı qaydada saxlanılmasını və rayon Polis Şöbəsinə aparılmasını xatırlamır. Bundan başqa, o, daha öncə də, araq içsə də, heç kimə qarşı nalayiq ifadələr işlətməmişdir. Bununla yanaşı, İİ dərəcə əlil və epilepsiya xəstəsi olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən şahid, Siyəzən RPŞ-nin PPXT-nin polis nəfəri X1 izahatında göstərdi ki, o, Şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 04 yanvar 2023-cü il tarixdə postacı yoldaşı Samir Fətullazadə ilə Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən mədəniyyət sarayının qarşısında xidmətdə olarkən bir nəfər şəxsin yerə uzanmış vəziyyətdə nalayiq ifadələr işlətdiyinin, həmin şəxsə yaxınlaşlaşdıqlarında isə, şəxsin alın nahiyəsində sıyrıntıların olduğunun şahidi olmuşlar. Bu zaman şəxsə özlərini təqdim edib, etdiyi hərəkətlərin inzibati xəta olduğunu bildirsələr də, şəxs spirtli içkinin təsiri altında olduğundan öz hərəkətlərini davam etdirmiş, habelə nalayiq ifadələr işlədərək, əynindəki gödəkcəni soyunaraq yerə atmış, həmçinin onların qanuni tələblərinə məhəl qoymayaraq, tələblərinin tam əksini etmişdir. Bundan sonra, onlar Şəxs post-patrul xidmətinin avtomobilinə əyləşdirmiş, sonuncu həmin vaxtda onlara tabesizlik göstərsə də, onu Siyəzən RPŞ-yə apararaq, növbətçi hissəsinə təhvil vermişlər. İnzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan Siyəzən RPŞ-nin PPXT əməkdaşlarının 04 yanvar 2023-cü il tarixli raportunun surətindən, eləcə də digər mötəbər sənədlərdən görünür ki, Şəxs 04 yanvar 2023-cü il tarixdə, saat 20:45 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən mədəniyyət sarayının qarşısında sərxoş vəziyyətdə ünvansız nalayiq sözlər işlətməklə, ictimai qaydanı pozmuş, həmçinin həmin məqamda, qeyd olunan ərazidə xidməti vəzifəsini yerinə yetirən, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının onlarla birlikdə Siyəzən RPŞ-yə getmək təklifinə məhəl qoymayaraq, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 12 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 10 iyun 2004-cü il tarixli, 356 saylı müayinə aktına əsasən verilmiş 787232 nömrəli arayışın surətindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemində olan şəxs barədə məlumatlardan görünür ki, himayəsində 07 yanvar 2005-ci il təvəllüdlü Elmir adında bir yetkinlik yaşına çatmayan uşağı olan Şəxs İİ dərəcə əlil kimi 359,25 manat sosial müavinət alır. İşdə olan 04 yanvar 2023-cü il tarixdə, saat 22:11-də tərtib edilmiş 00009 nömrəli protokollaşdırmadan görünür ki, Şəxs alkoqol sərxoşluğu olmuşdur. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması, orqanizmin funksiyalarının 61- 80 faizinin pozulmasına görə əlilliyinin müəyyən edilməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İnzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. İXM-nin 30-cu maddəsinin İİ hissəsinə əsasən Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən əməlində ağırlaşdıran halın olması ilə yanaşı, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması, orqanizmin funksiyalarının 61-80 faizinin pozulmasına görə əlilliyinin müəyyən edilməsi kimi əməlini yüngülləşdirən halların da olmasını, habelə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin törətdiyi xəta əməlində idarəçilik qaydalarının pozulduğunu, eləcə də bilavasitə ümumilikdə cəmiyyətin mənəvi-əxlaqi, ictimai dəyərlərinə, o cümlədən heysiyyətinə toxunulduğunu, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, həmçinin, Şəxs orqanizminin funksiyalarının 61-80 faizinin pozulmasına görə əlilliyinin müəyyən edildiyindən, o cümlədən bu kateqoriyadan olan şəxslərə inzibati həbs tətbiq edilə bilmədiyindən, onun İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 110-115-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, ona 200 (iki yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-1/2023
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-1/2023
05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver