Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-101/2021 19.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X2 iştirakları ilə xx xxxxxx 1992-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: 05 may 2021-ci il tarixdə Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində MN seriyalı, ******* nömrəli inzibati xətaya dair protokol tərtib edilərək baxılması üçün elə həmin tarixdə məhkəməyə göndərilmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs 22 aprel 2021-ci il tarixdə təxminən saat 16:00 radələrində Siyəzən şəhəri, H. Talıbov qəsəbəsindən yaşadığı Siyəzən şəhərinin H. Əliyev prospektindəki 34 saylı evə gələrkən yerdən tapdığı narkotik vasitə “kokos”u yaşadığı ünvanın mal tövləsində inyeksiya yolu ilə dəri altına vurmaqla istifadə etmiş, bundan sonra, 27 aprel 2021-ci il tarixdə, saat 11:20 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində olarkən oğurluqda şübhəli bilinərək saxlanılmış və gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində narkotik vasitə olan kokosdan qanunsuz olaraq istifadə etməsi aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, eləcə də, protokol tərtib etmiş vəzifəli şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, bildirişdə göstərilən tarixdə və saatda məhkəmə çağırışına gəlməmiş, gəlməmələrinin səbəblərinə dair sübut təqdim etməmişlər. Eyni zamanda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə çağırışına gəlməyərək yayınmış, o cümlədən onun olduğu yerin müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati həbs və ya Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətandaşlığı olmayan şəxsləri inzibati qaydada çıxartma nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Bununla əlaqədar, iştirakı məcburi olan Şəxs məhkəmə çağrışına gəlmədiyinə və məhkəmədən qaçıb gizləndiyinə görə Siyəzən Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində gətirilmə tədbirinin tətbiq edilməsi və onun olduğu yer müəyyən edilənədək inzibati xəta haqqında işin icraatının dayandırılması qərara alınmış, habelə olduğu yer müəyyənləşdirildiyindən Siyəzən Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci tarixli qərarı ilə Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs 22 aprel 2021-ci il tarixdə, təxminən saat 16:00 radələrində Siyəzən şəhəri, H. Talıbov qəsəbəsindən yaşadığı Siyəzən şəhərinin H. Əliyev prospektindəki 34 saylı evə gələrkən yerdən tapdığı narkotik vasitə “kokos”u yaşadığı ünvanın mal tövləsində inyeksiya yolu ilə dəri altına vurmaqla istifadə etmiş, bundan sonra, 27 aprel 2021-ci il tarixdə, saat 11:20 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində olarkən oğurluqda şübhəli bilinərək saxlanılmış və gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində narkotik vasitə olan kokosdan qanunsuz olaraq istifadə etməsi aşkar edildiyini bildirdi. Odur ki, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 22 aprel 2021-ci il tarixdə, təxminən saat 16:00 radələrində Siyəzən şəhəri, H. Talıbov qəsəbəsindən yaşadığı Siyəzən şəhərinin H. Əliyev prospektindəki 34 saylı evə gələrkən yerdən tapdığı narkotik vasitə “kokos”u yaşadığı ünvanın mal tövləsində inyeksiya yolu ilə dəri altına vurmaqla istifadə etmiş, bundan sonra, 27 aprel 2021-ci il tarixdə, saat 11:20 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində olarkən oğurluqda şübhəli bilinərək saxlanılmış və gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində narkotik vasitə olan kokosdan qanunsuz olaraq istifadə etməsi aşkar edilmişdir. Odur ki, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair vədinin nəzərə alınmasını xahiş edir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs 22 aprel 2021-ci il tarixdə təxminən saat 16:00 radələrində Siyəzən şəhəri, H. Talıbov qəsəbəsindən yaşadığı Siyəzən şəhərinin H. Əliyev prospektindəki 34 saylı evə gələrkən yerdən tapdığı narkotik vasitə “kokos”u yaşadığı ünvanın mal tövləsində inyeksiya yolu ilə dəri altına vurmaqla istifadə etmiş, bundan sonra, 27 aprel 2021-ci il tarixdə, saat 11:20 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində olarkən oğurluqda şübhəli bilinərək saxlanılmış və gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməsə də, müayinəsi zamanı sidiyində narkotik vasitə olan kokosdan qanunsuz olaraq istifadə etməsi aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər X1 hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 27 aprel 2021-ci il tarixli, A/337 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyindən onun narkotik vasitə olan kokosdan istifadə etməsi aşkar edilmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də, gənc olmaqla, əməlindən səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən məhkəmədən yayınaraq qaçıb gizlənməsini, bununla belə, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 300 (üç yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-101/2021
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-101/2021
19.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver