Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-102/2021 19.05.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs nümayəndəsi X7 iştirakları ilə xx xxxx 1976-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən şəhəri, T.İsmayılov küçəsinin 50 saylı evinin 15-ci mənzilində qeydiyyatda olmaqla, İ.Qayıbov küçəsi, ev 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 206cı, 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 09 aprel 2021-ci il tarixdə, saat 11:00 radələrində Siyəzən şəhərində yerləşən Elsevər Kərimov adına 1 saylı körpələr evi-uşaq bağçasında uca səslə qışqırıb, ünvansız nalayiq sözlər işlətməklə, bağçanın müdiri Zərərçəkmiş şəxs ilə mübahisə edərək ictimai qaydanı pozmuşdur. Bundan başqa, o, 18 may 2021-ci il tarixdə, saat 12:40 radələrində ünvan 1 ünvanında, Siyəzən RPŞ-nin inzibati binasında, növbətçi hissənin qarşısında NH-nin normal iş fəaliyyətini pozmaqla, xidməti vəzifəsini yerinə yetirən, onu nizam-intizama dəvət edən Siyəzən RPŞ-nin əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, sonunculara hədə-qorxu gəlib, tibbi maskadan düzgün istifadə etmədiyinə və küçə ticarəti ilə məşğul olduğuna görə RPŞ-yə gətirilmiş X3 oradan çıxarmağa, eyni zamanda inzibati məsuliyyətdən yayındırmağa çalışmış, bununla da, polis əməkdaşlarının normal iş fəaliyyətinə müdaxilə edərək, onların ictimai qaydanı mühafizə etməsi ilə bağlı vəzifələrinin icrasını çətinləşdirmişdir. Həmçinin, eyni tarixdə saat 18:40 radələrində sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə aparıldığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserində onun müayinəsi zamanı sidiyində narkotik vasitə olan marixuanadan istifadə etməsi aşkar edilmişdir. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X8 tərəfindən 18 may 2021-ci il tarixli, MN seriyalı 0991916, ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 3(059)-102/2021 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-102/2021 saylı, 3(059)- 103/2021 və 3(059)-104/2021 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-102/2021 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı, 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilməyərək izahatında bildirdi ki, anası Elmira Məhərrəmova uzun müddət Siyəzən şəhər Elsevər Kərimov adına 1 saylı körpələr evi-uşaq bağçasında musiqi rəhbəri vəzifəsində çalışmış, 07 yanvar 2021ci il tarixdə son yaş həddinə, 65 yaşına çatması ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. Bundan narazı olduqlarından məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məqsədilə fərdi fəaliyyət göstərən vəkil Yəhyə Nəzərova müraciət etmiş, sonuncu öz növbəsində məhkəməyə müraciət etmək üçün anasının işdən çıxarılma barədə əmrin surətinin, eləcə də digər sənədlərin təqdim edilməsinin vacibliyini vurğulamışdır. X11 isə işdən çıxarılan zaman müvafiq əmr təqdim edilmədiyindən əmrin rəsmi qaydada alınması üçün Siyəzən Rayon İcra Hakimiyyətinə müraciət etmiş, oradan əmrin verilməsinin Siyəzən şəhər Elsevər Kərimov adına 1 saylı körpələr evi-uşaq bağçasının rəhbərliyi tərəfindən mümkünlüyünü bildirmişlər. O, anasına bu barədə məlumat vermiş, sonuncu Siyəzən şəhər Elsevər Kərimov adına 1 saylı körpələr evi-uşaq bağçasının rəhbərliyinə müraciət etsə də, əmrin surətinin rəsmi qaydada verilməsi yenidən təmin edilməmişdir. Beləliklə, o, 09 aprel 2021-ci il tarixdə, saat 11:00 radələrində əmrin surətinin anasına verilməməsi səbəbinin aydınlaşdırmaq məqsədilə Siyəzən şəhər Elsevər Kərimov adına 1 saylı körpələr evi-uşaq bağçasına getmiş, orada bağçanın müdiri Zərərçəkmiş şəxs yaxınlaşaraq anasının əmrinin rəsmi qaydada təqdim edilməsini tələb etmişdir. Bu zaman Zərərçəkmiş şəxs ona əmrin təqdim edilməsi barədə əvvəlcə Siyəzən Rayon İcra Hakimiyyətinə məlumat verilməli olduğunu, daha sonra, əmrin surətini təqdim etmənin mümkünlüyünü bildirmişdir. O, heç bir söz deməyərək oradan çıxmış, tarixini dəqiq xatırlamadığı vaxtda (ya həmin gün, ya da ondan bir gün sonra) “7 Times” kanalının müxbiri Cəlal Fərzəliyevə (vətəndaşların şikayəti ilə bağlı çəkiliş aparan, müsahibə alan və həmin məlumatları kütləvi informasiya vasitələrində, eləcə də, sosial şəbəkələrdə yayan müstəqil kanal) şikayəti barədə müsahibə vermiş, bu barədə şikayət və iradını bildirmişdir. “7 Times” kanalının müxbiri Cəlal Fərzəliyevə verdiyi müsahibədən bir neçə saat sonra, ona məlumat verilmişdir ki, əmrin surətini götürə bilər. Bundan sonra, o, yenidən Siyəzən şəhər Elsevər Kərimov adına 1 saylı körpələr evi-uşaq bağçasına getmiş, əmrin surətini şəxsən Zərərçəkmiş şəxs rəsmi qaydada qəbul etmişdir. Bundan sonra, onun Zərərçəkmiş şəxs ilə heç bir ünsiyyəti və mübahisəsi olmamışdır. O, anasının pozulmuş hüquqlarının müdafiəsi istiqamətində atdığı addımları haqlı dəyərləndirməklə, heç bir qanun pozuntusuna, o cümlədən, Zərərçəkmiş şəxs ilə söhbətləri zamanı ictimai asayişin pozulması ilə nəticələnən hərəkətlərə yol vermədiyini bildirir. Həmçinin, ona və anasına qarşı edilən hərəkətləri dövlət orqanlarının bəzi vəzifəli şəxsləri tərəfindən edilən süründürməçilik kimi qiymətləndirir və bunun nəticəsində Zərərçəkmiş şəxs ilə aqressiv danışığını istisna etmir. Bundan əlavə, 18 may 2021-ci il tarixdə övladının xaricdə təhsil alması ilə əlaqədar bəzi sənədlərin təsdiq edilməsi, eləcə də, toplanaraq müvafiq orqana təqdim edilməsi məqsədilə Siyəzən RMDM-də olarkən yaxın dostu xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rövşən Sazmani ona zəng edərək işlətdiyi mağazada satıcısı Ələkbər Aydəmirovun ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarına riayət etməməsi, yəni tibbi maskadan istifadə etməyərək qanunsuz küçə ticarəti ilə məşğul olması əsas gətirilərək polis əməkdaşları tərəfindən Siyəzən RPŞ-yə aparıldığını, eyni zamanda, özünün də Ələkbərlə birgə RPŞ-də olduğunu bildirmişdir. O, Rövşənə bəzi vacib işlərinin olduğunu, işini yekunlaşdıran kimi ona zəng edəcəyini qeyd etmişdir. Bundan sonra, o, həmin gün təxminən saat 11:30 radələrində Rövşənə zəng edərək Ələkbər Aydəmirovla bağlı işin nə yerdə qaldığını maraqlanmış, sonuncu isə cavabında hələ də RPŞ-də olduğunu bildirmişdir. Bu hal onda qıcıq reaksiyası yaratmış və dostuna kömək etmək məqsədilə təxminən saat 12:00 radələrində RPŞ-yə getmiş və növbətçi hissəyə yaxınlaşaraq sahə rəisi Mübariz Məmmədovla görüşmək istədiyini bildirmişdir. Bu zaman orada RPŞ-nin PPXT-nin manqa komandiri Nazim Qasımovla birlikdə bir neçə polis əməkdaşları, eləcə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Ələkbər Aydəmirov da olmuşdur. O, dəmirçi-usta işləməklə, polis əməkdaşlarının çoxu tərəfindən tanınaraq, sonuncularla normal münasibətləri olduğundan Nazim Qasımova hansı səbəbdən Ələkbər Aydəmirovu RPŞ-yə gətirdiklərini soruşduqda, Nazim Qasımov ona Ələkbər Aydəmirovun gətirilmə səbəbini bildirmişdir. Bu zaman o, Nazimə burada böyük problem olmadığını, məsələni şişirtməmələrini xahiş etmişdir. Eyni zamanda o, orada dayanmış RPŞ-nin PPXT-nin polis nəfəri Emil Bağırovun da tibbi maskadan istifadə etmədiyini, eləcə də, nəyə görə əvvəllər (ölkə ərazisində tətbiq edilən sərt karantin rejimi dövründə) küçə satışına icazə verildiyini, lakin, hazırda Ələkbər Aydəmirovun məsuliyyətə cəlb edilməsində israrlı olduqlarını nöqsan bildirərək, sonuncunu inzibati məsuliyyətə cəlb etmədən sərbəst buraxılmasını xahiş etmiş, cavabında isə “sən öz işinlə məşğul ol, polisin işinə qarışma” kimi sərt reaksiya ilə qarşılaşmışdır. Belə olan halda, o, orada dayanmış Rövşən Sazmaniyə gözləməyin mənasız olduğunu və çıxıb getmələrini təklif etmişdir. Bu minvalla o, RPŞ-nin həyətində Rövşən Sazmanini bir müddət gözləsə də, sonuncunun gəlmədiyini görüb çölə çıxmaq istəyərkən RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Əhməd Nəcəfov tərəfindən geri qaytarılmışdır. O, Əhməd Nəcəfovla bağlı heç bir müraciət və şikayətinin olmamasını bildirdikdə, polis əməkdaşları onu geri qaytararaq sonuncunun yanına aparmışlar. Əhməd Nəcəfov ona “sən kimsən adam aparırsan, sənə bu səlahiyyəti kim verib?” deyə ritorik sualla müraciət etmiş, eyni zamanda, ona bağça məsələsi ilə bağlı barəsində şikayət olduğunu, nəyə görə polisin çağırışlarına gəlmədiyini bildirərək polis əməkdaşlarına “salın bunu içəri” demişdir. O, yaranmış vəziyyətlə bağlı çaşqın halda məcburiyyət qarşısında polis əməkdaşlarının göstərişinə tabe olmuşdur. Narkotik vasitə istifadə etməsinə münasibətdə qeyd edir ki, o, heç bir növ narkotik vasitə istifadə etmir, əksinə narkotik vasitələrin istifadəsi, satışı ilə bağlı cinayətlərin qarşısının alınması, eləcə də, cəmiyyəti bürüyən bu bəlada polisə dəstək məqsədilə dəfələrlə RPŞ-yə müraciət edərək narkotik istifadəçilərinin yeri barədə dəqiq, müfəssəl məlumatlar da vermişdir. Qeyd edilən məsələlərlə bağlı saxlanıldıqdan sonra o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinə aparılmış, orada sidiyindən verilən analizdən narkotik vasitə marixuanadan istifadə etməsi aşkar olunmuşdur. Onun narkotik vasitələrdən istifadə etməsi yadına gəlmir, ehtimal edir ki, ya hansısa məclisdə narkotik vasitədən istifadə edənlərin yanında özü çəkməsə də, məcburi tüstü udduğundan, ya da anadangəlmə travmalı olduğuna görə istifadə etdiyi dərman preparatlarının tərkibində olduğundan qeyd edilən nəticəyə gəlinmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 206-cı, 510-cu və 535.1-ci maddələri ilə özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əməllərə, yəni İXM-nin 206-cı, 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllərlə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs nümayəndəsi Aqil Abdulov izahatında göstərdi ki, arvadı Zərərçəkmiş şəxs Siyəzən şəhər Elsevər Kərimov adına 1 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində çalışır. Şəxs anası Elmira Məhərrəmova isə həmin bağçada musiqi rəhbəri işləmiş, işlədiyi dövrdə sonuncu ilə arvadı Nabatxanımın arasında düşmənçilik və ədavət olmamışdır. 07 yanvar 2021-ci il tarixdə Elmira Məhərrəmovanın son yaş həddinə çatması, yəni 65 yaşı tamam olması ilə əlaqədar əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq sonuncu ilə bağlanan əmək müqaviləsinə xitam verilməsi zərurəti yaranmışdır. Məlum olduğu kimi, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarına uyğun olaraq bağçaların fəaliyyəti müvəqqəti dayandırıldığından arvadı Zərərçəkmiş şəxs 11 yanvar 2021-ci il tarixdə Elmira Məhərrəmova ilə mobil telefonla əlaqə saxlayıb, sonuncuya yaş həddi ilə bağlı qanunamüvafiq olaraq işdən azad olunduğunu və gəlib əmrlə tanış ola bilmə və surətini əldə etmə hüququnu izah etmiş, sonuncu isə cavabında bundan məlumatlı olduğunu, əmrlə tanış olmağa və surətini əldə etməyə ehtiyac duymadığını bildirmişdir. Beləliklə, 05 mart 2021-ci il tarixdə “8 mart” Beynəlxalq qadınlar günü münasibətilə, eyni zamanda, Elmira Məhərrəmovanın uzun müddət çalışdığı bağçadan son yaş həddinə çatması ilə bağlı işdən azad olunması münasibətilə tədbir təşkil edilmişdir. Tədbirə qatılan Elmira Məhərrəmovaya bağçada göstərdiyi fəaliyyəti ilə əlaqədar şifahi təşəkkür elan edilmiş, eləcə də, sonuncu tədbir zamanı həvəskar şəkildə bəstələdiyi mahnını oxuyaraq bağça heyəti ilə vidalaşmışdır. Bir müddət sonra, X4 Məhərrəmov anasının bağçadan kənarlaşdırılması ilə razılaşmayacağını bildirməklə bu işə qarışacağını bildirərək arvadı Zərərçəkmiş şəxs, eyni zamanda, digər vəzifəli şəxsləri cəzalandırtdıracağı ilə hədələmişdir. Bu hal Şəxs arvadı Zərərçəkmiş şəxs etdiyi zəng nəticəsində qeydə alınan səs yazısı ilə də təsdiq olunur. Beləliklə, 09 aprel 2021-ci il tarixdə, saat 11:00 radələrində Şəxs Siyəzən şəhər Elsevər Kərimov adına 1 saylı körpələr evi-uşaq bağçasına gəlmiş və arvadı Zərərçəkmiş şəxs bağçanın həyətində əsas giriş binasının qapısında Elşəni qarşılamış, söhbət zamanı arvadı Elşənə hansı səbəbdən bağçaya gəldiyini soruşduqda, sonuncu arvadına uca səslə qışqıraraq anası Elmiranı qanunsuz olaraq rayon icra başçısı Novruz Novruzovun və müavini Aqşin Ağayevin təkidi ilə işdən çıxartdığını, bununla bağlı yuxarı instansiyalara şikayət edəcəyi və onları sakit buraxmayacağı ilə hədələmişdir. Halbuki, arvadı Nabatxanım qanunvericiliyin tələbləri daxilində öz işini görmüşdür. Bundan sonra, Şəxs arvadına ondan əl çəkməyəcəyini və hətta onun işlədiyi bağça daxil olmaqla, bütün idarələri “ağlar” qoyacağını bildirmişdir. Bu zaman Elşən o, dərəcədə möhkəm qışqırmışdır ki, səsinə yaxınlıqda olan binalarda yaşayan sakinlər də çıxmış, sonuncu “anasını ağladacam, anaları ağlar qoyacam” sözünü deyərək uca səslə bağçanın həyətində qışqırmış, arvadı isə Elşənin konkret olaraq kimə bu sözləri deməsini anlamamışdır. Şəxs yüksək səslə müraciətinə bağçada olan azyaşlı uşaqlar belə, qorxub ağlamağa başlamış və müəssisənin kollektivi də bununla bağlı həyəcan keçirmişdir. Bununla bağlı bağçada hadisə şahidləri olmuş və əməkdaşların da iştirakı ilə müvafiq akt da tərtib edilmişdir. Daha sonra, 13 aprel 2021-ci il tarixdə Elmira Məhərrəmova arvadı Zərərçəkmiş şəxs yenidən zəng etmiş, ondan əmrinin surətini istəmiş, verməyəcəyi təqdirdə oğlu Elşəni göndəcərəcəyi ilə hədələmişdir. Bundan bir neçə dəqiqə sonra Elşən arvadına zəng edərək yenidən bağçada onunla ilkin olaraq danışdığı ifadələri yenidən təkrar etmiş, hətta, arvadına bağça ilə bağlı sosial şəbəkələrdə kadrlar yerləşdirəcəyini, onları biabır edəcəyini də bildirmişdir. Bundan sonra, 14 aprel 2021-ci il tarixdə sosial şəbəkələrdə heç bir hüquqi və faktiki əsası olmayan, uydurma, yalan məlumatlar əsasında guya müəssisədən oğurluq və mənimsəmə faktları ilə bağlı fotoşəkillər və mətnlər paylaşılmışdır. Bundan başqa, Şəxs arvadı Zərərçəkmiş şəxs mütəmadi olaraq narahat edir. Bu səbəbdən də, Şəxs şikayətçi olmaqla, sonuncu ilə barışmamalarının nəzərə alınmasını və onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şahid, Siyəzən RPŞ-nin PPXT-nin manqa komandiri X9 izahatında göstərdi ki, X13 şəhəri, H.Əliyev küçəsində küçə ticarəti ilə məşğul olmuş, tərəfindən dəfələrlə ona bu cür hərəkətlərin qanunsuz olduğu və tezliklə bu halın aradan qaldırılmasının vacibliyi barədə xəbərdarlıq olunmuşdur. 18 may 2021-ci il tarixdə təxminən saat 11:50 radələrində xidmətdə olduğu zaman xüsusi rabitə vasitəsilə köməkçi qüvvə istənilmiş, o, yaxın ərazidə olduğu üçün həmin yerə özü gedəcəyini bildirmişdir. Həmin ünvana çatarkən Ələkbər Aydəmirovun H. Əliyev küçəsində yerləşən dükanının qapısının çölündə məhsulları qoyaraq küçə ticarəti ilə məşğul olmağa davam etməsinin, eyni zamanda, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi tələblərini pozaraq cəmləşmə və tibbi maskadan istifadə qaydalarına riayət etməməsinin, eləcə də, bununla bağlı tədbir görmək istəyən polis əməkdaşlarına nöqsan bildirmək istəyinin şahidi olmuşdur. O, Ələkbər Aydəmirova dəfələrlə bu cür pozuntuların aradan qaldırılması barədə xəbərdarlıq etdiyini bildirmiş, sonuncu bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair vəd versə də, PPXT-nin polis nəfərləri Emil Bağırov və Ülvi Məmmədovla birlikdə RPŞ-yə gətirilməsi təmin edilmişdir. Bundan sonra, Ələkbər Aydəmirovun anket məlumatlarını əldə edib müvafiq sənədləşdirmə aparılmış, həmin vaxt NH-nin qarşısında PPXT-nin polis nəfərləri Turxan Heydərov, Emil Bağırov, Ülvi Məmmədov və Ələkbər Aydəmirov dayanmışlar. Bir qədər keçdikdən sonra, təxminən saat 12:40 radələrində Siyəzən şəhər sakini Şəxs yanında bir nəfər şəxslə RPŞ-nin növbətçi hissəsinin qarşısına yaxınlaşıb, orada dayanmış Ələkbər Aydəmirova "bunlar öz işləri ilə məşğul olsunlar, gəl düş qabağıma çıxaq burdan" deyərək sonuncunun qoluna girib, oradan çıxartmağa və inzibati məsuliyyətdən yayındırmağa çalışmışdır. Bu zaman o və məsul növbətçi Zamin Hüseynli ona qanunazidd hərəkətlərini dayandırmasını, Ələkbərin inzibati xəta törətdiyinə görə gətirildiyini, sonuncu barəsində inzibati protokol tərtib olunacağını bildirərək özünə aid olmayan məsələlərə müdaxilə etməməsini təklif və tövsiyə etmişlər. Lakin, Şəxs uca səslə "əgər siz Ələkbərə protokol yazsanız sizin başınıza oyun açacam" sözlərini bildirərək yenidən Ələkbərə tərəf dönüb "qələt eləyirlər, gəl düş qabağıma gedək burdan" deyə uca səslə şöbənin iş ahəngini pozmaqda davam etmişdir. Bundan sonra, onlar yenidən Şəxs polis əməkdaşlarının qanuni işinə müdaxilə etməməsini, normal iş fəaliyyətlərini pozmamasını təklif edib, nizam-intizama dəvət etmişlər. Şəxs isə cavabında uca səslə "əgər siz belə edirsinizsə, onda görün sizin başınıza nə oyun açacam, bacarırsız Ələkbərə protokol yazın, sizin hamınızın görəcəyi günlər ondan sonra başlayır" sözlərini deyərək hədələməyə davam etmişdir. Belə olan halda, onlar təkrarən Şəxs sakitləşməsini, ona aid olmayan məsələlərə müdaxilə etməməsini tələb edib, RPŞ-dən çıxmasını xahiş etmişlər. Lakin, Şəxs öz sözlərini təkrarlayaraq hədələlərinə davam etmiş və tərəfindən RPŞ-nin NH-dən çölə çıxardılmışdır. Zamin Hüseynli isə RPŞ-nin həyətində Şəxs anket məlumatlarını dəqiqləşdirmək üçün söhbət edərkən sonuncunun özünü qeyri adekvat apardığını, ağzında tibbi maska olduğuna görə iy hiss olunmadığından spirtli içki və ya narkotik vasitə qəbul etməsini dəqiqləşdirmək mümkün olmasa da, halının özündə olmadığını görərək ondan spirtli içki qəbul edib-etmədiyini soruşmuş, Şəxs isə spirtli içki içmədiyini bildirərək "kişi nəşə çəkər" sözlərini demişdir. Bundan sonra, Zamin Hüseynli RPŞ-də baş vermiş hüquqazidd hadisə ilə bağlı RPŞ-nin rəhbərliyinə müvafiq raportla məruzə etmişdir. Məhkəmə iclasında iştirak edən digər şahid, Siyəzən RPŞ-nin növbətçi hissənin növbətçi köməkçisi X15, PPXT-nin polis nəfərləri X19, X5 və X16 şahid Nazim Qasımovun izahatına uyğun, eyni məzmunlu izahat verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. İnzibati xəta haqqında protokolları tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X6 inzibati xəta haqqında işlərə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işlərə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolları tərtib etmiş vəzifəli şəxsin iştirakı olmadan işlərə baxılmasını mümkün hesab edirəm. İşdə olan audioyazıdan görünür ki, Şəxs 09 aprel 2021-ci il tarixdə Zərərçəkmiş şəxs mobil telefon vasitəsilə zəng edərək özünü mübaliğəli və təkəbbürlü şəkildə hər işin öhdəsindən gələn, qarşısına çıxa biləcək ikinci bir rəqib tanımadığı adam kimi təqdim edərək, “sən anamı qanunsuz olaraq Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun və müavini Aqşin Ağayevin təkidi ilə işdən çıxartmısan və mən artıq buna əminəm. X12 Agentliyinə və digər yuxan təşkilatlara şikayət edəcəm. Başın ancaq bura gələn yoxlamalara qarışacaq. Səni öz işinlə məşğul olmağa imkan verməyəcəm. Səndən o vaxt əl çəkəcəyəm ki, sən məhkəmədə deyəcəksən ki, Novruz Novruzovun və Aqşin Ağayevin qeyri-qanuni göstərişi ilə işdən azad etmisən, yoxsa səndən əl çəkməyəcəm, səninlə düşmənçilik edəcəyəm. Məndə bağça ilə bağlı kadrlar da verilib. Qida Təhlükəsizliyinin anasını ağladaram ki, gəlib burada yoxlama aparmasın” deyə hədə-qorxu gəlmişdir. İşdə olan 30 aprel 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati qaydada müvafiq tədbirin görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. İşdə olan sənədlərin, o cümlədən izahatların, eləcə də Siyəzən şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri Zərərçəkmiş şəxs, təsərrüfat rəhbəri Tubu Rızayeva, aşbaz Şəlalə Həsənova, tibb bacısı Nərmin Zeynalova, musiqi rəhbəri Aynurə Əliyeva, tərbiyəçilər Könül Məmmədkərimova, Könül Həsənova, yardımçı fəhlə Əsmər İsayeva və dayə Gülnisə Rüstəmova tərəfindən 09 aprel 2021-ci il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, 09 aprel 2021 -ci il tarixdə əvvəllər Siyəzən şəhər 1 saylı körpələr evi-uşaq bağçasında işləmiş və pensiyaya çıxmış X1 şəhər sakini Şəxs bağçaya gəlmiş və onu bağçanın müdiri Zərərçəkmiş şəxs qarşılamış, habelə sonuncu Şəxs nə istədiyini soruşduqda o, yüksək səslə “sən anamı qanunsuz olaraq Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun və müavini Aqşin Ağayevin təkidi ilə işdən çıxartmısan və mən artıq buna əminəm. X12 Agentliyinə və digər yuxan təşkilatlara şikayət edəcəm. Başın ancaq bura gələn yoxlamalara qarışacaq. Səni öz işinlə məşğul olmağa imkan verməyəcəm. Səndən o vaxt əl çəkəcəyəm ki, sən məhkəmədə deyəcəksən ki, Novruz Novruzovun və Aqşin Ağayevin qeyri-qanuni göstərişi ilə işdən azad etmisən, yoxsa səndən əl çəkməyəcəm, səninlə düşmənçilik edəcəyəm. Məndə bağça ilə bağlı kadrlar da verilib. Qida Təhlükəsizliyinin anasını ağladaram ki, gəlib burada yoxlama aparmasın” və başqa nalayiq sözlər işlədərək oranı tərk etmişdir. Şəxs yüksək səslə danışdığına görə bağçada olan uşaqlar qorxub, ağlamağa başlamış və bağçanın kollektivi həyəcan keçirmişdir. İşdə olan 19 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxs nümayəndəsi Aqil Abdulov tərəfindən tərtib edilmiş ərizədən görünür ki, o, arvadı Zərərçəkmiş şəxs qarşı Şəxs tərəfindən edilən qanuna və əxlaqa zidd hərəkətlərə, eyni zamanda onunla barışmamalarına görə Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İşdə olan sənədlərdən görünür ki, Şəxs 18 may 2021-ci il tarixdə, saat 12:40 radələrində ünvan 1 ünvanında Siyəzən RPŞ-nin inzibati binasında növbətçi hissənin qarşısında NH-nin normal iş fəaliyyətini pozmaqla, xidməti vəzifəsini yerinə yetirən, onu nizam-intizama dəvət edən Siyəzən RPŞ-nin əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, sonunculara hədə-qorxu gəlib, tibbi maskadan düzgün istifadə etmədiyinə və küçə ticarəti ilə məşğul olduğuna görə RPŞ-yə gətirilmiş X3 oradan çıxarmağa, eyni zamanda inzibati məsuliyyətdən yayındırmağa çalışmış, bununla da, polis əməkdaşlarının normal iş fəaliyyətinə müdaxilə edərək, onların ictimai qaydanı mühafizə etməsi ilə bağlı vəzifələrinin icrasını çətinləşdirmişdir. İşdə olan audioyazıdan görünür ki, Şəxs 18 may 2021-ci il tarixdə Siyəzən RPŞ-də olarkən polis əməkdaşlarına onun narkotik vasitələrdən istifadə edib-etməməsi barədə sualına “kişi nəşə çəkər” deyə cavab vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər X2 hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 18 may 2021-ci il tarixli, A/418 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyindən onun narkotik vasitə olan marixuanadan istifadə etməsi aşkar edilmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 24 mart 2005-ci il təvəllüdlü Vüsal və 18 fevral 2007-ci il təvəllüdlü Xəyal adında iki yetkinlik yaşına çatmayan uşağı vardır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı, 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Sözügedən Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Odur ki, Şəxs İXM-nin 206-cı, 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də, himayəsində 24 mart 2005-ci il təvəllüdlü Vüsal və 18 fevral 2007-ci il təvəllüdlü Xəyal adında iki yetkinlik yaşına çatmayan uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məsuliyyəti ağırlaşdıran halların olmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması kimi yüngülləşdirən halın olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, müxtəlif vaxtlarda üç inzibati xəta törətməsini və bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, eləcə də öz hərəkətləri ilə dövlət müəssisələrinin (Siyəzən şəhər 1 saylı körpələr evi-uşaq bağçasının və Siyəzən RPŞ-nin) normal iş fəaliyyətini pozmasını, habelə Siyəzən RPŞ-yə gedərək orada onunla əlaqəsi olmadığı halda, inzibati xəta törərməsi ehtimal olunan başqa bir şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə mane olmağa cəhd etməklə, onun məsuliyyətdən yayınmasına şərait yaratmağa çalışması, bu zaman xidməti vəzifəsini yerinə yetirməklə, onu nizam-intizama dəvət edən Siyəzən RPŞ-nin əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, hərəkətlərini davam etdirməklə, sonunculara hədə-qorxu gəlməsi, beləliklə, insanlar arasında xof, narahatçılıq hissi yaratmaqla cəmiyyətin və ictimaiyyətin müəyyən təbəqəsi qarşısında nüfuz qazanmaq niyyətini, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 206-cı, 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla, təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 18 may 2021-ci il tarixdə, saat 12:40 radələrindən faktiki saxlanılması və bundan sonra, həmin gün saat 13:00-dan inzibati qaydada tutulması, bundan sonra azad edilməyərək məhkəməyə gətirilməsi onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı, 510-cu və 535.1ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 20 (iyirmi) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 18 may 2021-ci il tarixdən saat 12.40-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-102/2021
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-102/2021
19.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver