Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 3(059)-104/2022 21.06.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-in 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin İ Tağım baş YPX-nin inspektoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 21 iyun 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə tərtib edilmiş protokol geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokola, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin narkomaniyadan müalicəyə ehtiyacının olub-olmaması ilə bağlı narkoloji tibbi yoxlama barədə rəy əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Yəni, inzibati xəta işləri üzrə məsuliyyətə cəlb olunmuş şəxslərin narkomaniyadan müalicəyə ehtiyacı olmaları mötəbər sübutlar vasitəsilə təsdiq olunduqda, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinin tətbiqi mütləqdir və ona əməl olunması məcburidir. Səlahiyyətli orqan tərəfindən hazırkı maddə üzrə iş məhkəməyə göndərilərkən inzibati xəta törətmiş şəxsin narkomaniyadan müalicəyə ehtiyacının olub-olmaması barədə rəy mütləq qaydada materiala əlavə olunmalıdır. Belə rəy olmadıqda təqdim edilmiş material natamam hesab edilir və 109.1.6-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. İXM-nin 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. Beləliklə, təqdim olunmuş sənədlərdən görünür ki, qanunun həmin tələblərinə riayət edilməmiş və bu çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. İXM-nin 109-cu maddəsinin İ hissəsinin 6-cı bəndinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 333.2-ci maddəsi ilə tərtib olunmuş 21 iyun 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-104/2022
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №3(059)-104/2022
21.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver