Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-104/2024 22.05.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, xx xxxxxxxx 1977-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş 20 dekabr 2023-cü il tarixli, İXP seriyalı ******* və 5913172, 04 mart 2024-cü il tarixli, İXP seriyalı ******* və 6076644, nömrəli inzibati xəta haqqında protokollardan və iş materiallarından görünür ki, Şəxs müvafiq olaraq Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh olunmasına dair 26 iyul 2023-cü il tarixli, EQ seriyalı, 15922653 saylı, İXMnin 328.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh olunmasına dair 10 avqust 2023cü il tarixli, EQ seriyalı, 16176412 saylı, 26 oktyabr 2023-cü il tarixli, EQ seriyalı, 17679057 saylı, eləcə də 31 oktyabr 2023-cü il tarixli, EQ seriyalı, 17792132 saylı qərarları qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Siyəzən Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 3(059)-104/2024 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-104/2024, 3(059)-105/2024, 3(059)-106/2024 və 3(059)-107/2024 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-104/2024 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolları və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “AsanPay” ödəniş portalından çıxarılaraq iş materiallarına əlavə olunmuş məlumatların surətlərindən müəyyən edildi ki, EQ 15922653, EQ 16176412, EQ 17679057 və EQ 17792132 saylı qaimələr ödənilməklə, mövcud olmamışdır. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs 26 iyul 2023-cü il tarixli, EQ 15922653 saylı, 10 avqust 2023-cü il tarixli, EQ 16176412 saylı, 26 oktyabr 2023-cü il tarixli, EQ 17679057 saylı, eləcə də 31 oktyabr 2023-cü il tarixli, EQ 17792132 saylı inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar üzrə cərimələrini tam olaraq ödədiyindən onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsini rəhbər tutaraq, hakim QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-104/2024
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-104/2024
22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver