Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-104/2025 26.02.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi ilə, xx xxxxxxx 1988-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Siyəzən Rayon Polis Şöbəsindən daxil olmuş 04 yanvar 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta protokoldan və inzibati xəta haqqında iş materialından görünür ki, Şəxs Azərbaycan Respublikası İXMnin 329.1-ci, 333-1.1-ci, 342.1.3-cü və 332.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində tərtib edilmiş İXP ******* saylı protokola müvafiq olaraq, inzibati tənbeh olunmasına dair 11 iyun 2024-cü il tarixli, TP ******* saylı qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. Məhkəmə İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvvəlki məhkəmə iclasında özünü İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilməyərək izahatında bildirmişdir ki, 01 iyun 2024-cü il tarixdə idarə etdiyi avtomobil ilə birlikdə Siyəzən RPŞ-in DYPB-in əməkdaşı X1 tərəfindən saxlanılmış, habelə sonuncu ona narkotik vasitələrin təsiri altında avtomobil idarə etməsində şübhəli olduğu bildirərək, müvafiq analizdən keçməli olduğunu qeyd etmişdir. Həmin vaxt barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işinin olduğunu və həmin cinayət işinin istintaqı zərurəti ilə əlaqədar narkoloji analizdən keçdiyini qeyd etsə də, polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində yerlən dispanserə aparılmışdır. Orada ondan dörd dəfə analiz götürülmüş və nəticə də, barəsində aparılan cinayət işinin narkoloji ekspertizasının analiz nəticəsinə uyğun yəni, uzun müddət öncə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməsi müəyyən edilmişdir. Həmçinin, idarə etdiyi avtomobilin cərimə meydançasına yerləşdirilməsi ilə bağlı olduğu qeyd edilmiş sənədə imza etdikdən sonra, mobil telefonuna inzibati cərimə edilməsi ilə bağlı mesaj göndərilmişdir. Polis əməkdaşı qeyd olunan cəriməni ödəyəcəyinə dair vəd versə də, vədinə əməl etməmişdir. Odur ki, cəriməni ödəməsi üçün ona üç gün vaxt verilməsini xahiş etmişdir. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə ötən məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatla bağlı qeyd edir ki, izahatda göstərilən əsaslar onun barəsində İXMnin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolun əsassız tərtib olunması ilə bağlı deyil, İXM-nin 329.1-ci, 333-1.1-ci, 342.1.3-cü və 332.1-ci maddələri ilə təqsirli bilinərək, cərimə edilməsi ilə bağlı halın mübahisəli olmasına dəlalət edir. Lakin işin araşdırılan hallarından müəyyən edilir ki, Şəxs həmin qərarı mübahisələndirməmiş, qərardan vaxtında məlumatı olsa da, onun qanunsuz və əsassız olması ilə bağlı məhkəməyə hər hansı şikayət verməmişdir. Odur ki, məhkəmə qeyd edir ki, həmin hallar hazırda baxılan inzibati xəta haqqında protokolun qanunsuz tərtib edilməsini sübut edən hallar kimi qiymətləndirilə bilməz. Belə ki, işə əlavə olunmuş inzibati tənbeh vermə haqqında qərardan və “AsanPay” ödəniş portalının çıxarışından görünür ki, Şəxs təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrindən, psixotrop maddələrindən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə, mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə və nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə İXM-nin 329.1-ci, 333-1.1-ci, 342.1.3-cü və 332.1-ci maddələri ilə təqsirli bilinərək, cərimə edilmiş və cərimə ödənilməmişdir. İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Odur ki, Şəxs İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona İXM-nin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 6 (altı) ay müddətində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-104/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-104/2025
26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver