Məhkəmə qərarları › İş №3(059)-105/2023

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-105/2023

14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-105/2023 14.06.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1948-ci il tarixdə Xızı rayonunun Baxşlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 590.1-ci maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materiallardan görünür ki, Şəxs 06 aprel 2023-cü il tarixdə, saat 11:30 radələrində 16 dekabr 2014-cü il tarixli, 470 nömrəli şəhadətnaməsi olan keçmiş SSRİ-də, Tula silah zavodunda 1955-ci ildə istehsal olunmuş, 11237 nömrəli, 16 kalibrli, TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli 01 ədəd ov tüfəngini yaşadığı Siyəzən şəhərinin Şəhriyar küçəsindəki 38 saylı evdə sökülməmiş, qablaşdırılmamış, seyfdə ağzı bağlanmamış vəziyyətdə saxlamaqla, ov tüfənginin saxlanılması qaydalarını pozmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin İTB-nin xidmət üzrə baş inspektoru X2 tərəfindən 22 may 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 590.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, tərtib edilmiş protokolda silahın saxlanılması qaydalarını pozduğu qeyd edilsə də, o, silahın qaydalarını qismən pozmuşdur. Belə ki, o, 1967-ci il satın aldığı TOZ-B modelli silahı sökülmüş qaydada saxlamasa da, lakin, ağzı bağlı yerdə saxlamış, habelə silahı sənədi ilə birlikdə Siyəzən RPŞ-yə təhvil vermişdir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, cinayət işinin başlanmasının rədd edilməsi barədə 30 aprel 2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Həmçinin, bu qərarın surətindən görünür ki, Şəxs məxsus 16 dekabr 2014-cü il tarixli, 470 nömrəli şəhadətnaməsi olan “TOZ-56” modelli, 166744 nömrəli, qoşa lüləli, ov tüfəngi saxlanması üçün Siyəzən RPŞ-nin İTB-yə təhvil verilmişdir. İşdə olan Siyəzən rayon Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı Eldar Şükürov tərəfindən 30 aprel 2023-cü il tarixdə tərtib edilmiş raportun surətindən görünür ki, 06 aprel 2023-cü il tarixdə Siyəzən RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru X1 raportu əsasında sənədli ov tüfənginin saxlanılması və daşınması qaydalarının pozulması ilə bağlı araşdırılmış HK-1/339 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Lakin, araşdırma zamanı Şəxs Azərbaycan Respublikası İXM-nın 590.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi müəyyən olunmuşdur. İşdə olan Şəxs Siyəzən RPŞ-nin rəisinə ünvanlandığı 06 aprel 2023-cü il tarixli izahatın surətindən görünür ki, o, heç yerdə işləmir və təqaüdçüdür. 470 nömrəli şəhadətnamə ilə öz adına olan “TOZ-56” modelli, 166744 nömrəli, 16 kalibrli ov tüfəngini 1967-ci ildən evində bağlı yerdə qablaşdırılmamış, sökülməmiş vəziyyətdə saxlamışdır. 06 aprel 2023-cü il tarixdə RPŞ-nin əməkdaşı onun yaşadığı evə keçirdiyi baxış zamanı silahın müxtəlif hissələrində rəqəmlərin olmasını aşkar etmişdir. Bundan sonra, dəvət olunduğu RPŞ-nin növbətçi hissəsində ov tüfənginə baxış kerçirilməklə, qablaşdırılmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar idarəsinin 25 aprel 2023-cü il tarixli, 23/318R saylı ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 11237 nömrəli silah keçmiş SSRİ dövlətində, Tula silah zavodunda 1955-ci ildə istehsal olunmuş, 16 kalibrli, TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və hər iki lülədən atəş üçün yararlıdır. Silahın metal hissə-mexanizmləri üzərində kustar üsulla sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis şöbəsi tərəfindən 16 dekabr 2014-cü il tarixdə verilmiş 470 nömrəli şəhadətnamənin surətindən görünür ki, “TOZ-56” modelli, 166744 nömrəli, 16 kalibrli, iki lüləli ov tüfəngi Şəxs məxsusdur. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin İ və İİ hissələrinə əsasən xidməti və ya mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi, təyinatı üzrə istifadə olunması və məhv edilməsi qaydalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Silah onun mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onun ələ keçirilməsini istisna edən şəraitdə saxlanılmalıdır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin İİİ hissəsinin İ və İİ bəndlərinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, eləcə də Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması” Qaydalarının 3.13-cü bəndinə əsasən vətəndaşlar əldə etdikləri mülki silahı və onun döyüş sursatını özlərinin yaşayış yerlərində həmin silah və sursatın mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onların ələ keçməsini istisna edən, etibarlı şəkildə bağlı olan yerlərdə saxlamalıdırlar. Həmin silahların qeydiyyatda olduğu daxili işlər orqanları vətəndaşlara məxsus olan silah və döyüş sursatının saxlanma şəraitini yoxlamaq hüququna malikdir. Yoxlama bu Qaydaların 3.10-cu və 3.11-ci bəndlərinin tələblərinə uyğun olaraq həyata keçirilir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs 06 aprel 2023-cü il tarixdə, saat 11:30 radələrində 16 dekabr 2014-cü il tarixli, 470 nömrəli şəhadətnaməsi olan keçmiş SSRİ dövlətində, Tula silah zavodunda 1955-ci ildə istehsal olunmuş, 11237 nömrəli, 16 kalibrli, TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli 01 ədəd ov tüfəngini yaşadığı Siyəzən şəhərinin Şəhriyar küçəsindəki 38 saylı evdə sökülməmiş, qablaşdırılmamış, seyfdə ağzı bağlanmamış vəziyyətdə saxlamaqla, ov tüfənginin saxlanılması qaydalarını pozmuş, bununla da onun İXM-nin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Odur ki, Şəxs İXM-nin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqaüdçü olmaqla, yaşlı olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini ağırlaşdıran hallar olmamaqla, yuxarıda sadalanan yüngülləşdirən halın olmasını nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati xətanın bilavasitə obyekti olmuş predmet, yəni keçmiş SSRİ dövlətində, Tula silah zavodunda 1955-ci ildə istehsal olunmuş, 11237 nömrəli, 16 kalibrli, TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli 01 ədəd ov tüfəngi müsadirə edilməməklə, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati xətanın bilavasitə obyekti olmuş predmet, yəni keçmiş SSRİ dövlətində, Tula silah zavodunda 1955-ci ildə istehsal olunmuş, 11237 nömrəli, 16 kalibrli, TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli 01 ədəd ov tüfəngi müsadirə edilməməklə, 50 (əlli) manat cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar