Məhkəmə qərarları › İş №3(059)-108/2023

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-108/2023

05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-108/2023 05.07.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Siyəzən rayon prokurorunun nümayəndəsi X2 iştirakları ilə xx xxxxxx 1988-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" ASC-nin 1 nömrəli Regional Sukanal idarəsinin Siyəzən sukanal sahəsinin rəisi vəzifəsində işləyən, Siyəzən rayonunun Su Kəməri qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 198.3-cü maddəsi ilə Siyəzən rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdim: Şəxs “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər. 12.0.004-90 DÜST”-nın 4.4-cü bəndinin tələblərini pozması, yəni imtahan komissiyası tərəfindən nəzəri biliklər və praktiki təcrübəsi yoxlanılmamış Zərərçəkmiş şəxs işlərin icrasına buraxılmasına yol verməsi nəticəsində 01 dekabr 2022-ci il tarixdə, təxminən saat 10:00 radələrində Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsində yerləşən 49 saylı binanın qarşısındakı kanalizasiya quyusunda iş görən sonuncunun səhhətinin uzun müddətə pozulmasına səbəb olan sağ 5-6-cı qabırğaların qapalı sınıqları və kürək sümüküstlüyü əzələnin yırtığı kimi az ağır xəsarətlər almasına, bununla da, Şəxs həvalə edildiyi halda texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının tələblərini pozaraq, habelə işçinin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilini, təlimatlandırılmasını, biliklərinin yoxlanılmasının təşkilini və əməyin mühafizəsinin təbliğini təmin etməməklə, barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbehin tətbiq olunmasına dair Siyəzən rayon prokuroru Ramil Əliyev tərəfindən 31 may 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Siyəzən rayon prokurorunun nümayəndəsi X6 izahatında inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edərək, bildirdi ki, 10 mart 2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan xx xxxxxx 1962-ci il təvəllüdlü X3 ərizə ilə rayon prokurorluğuna müraciət edərək, işlədiyi “Azərsu" ASC-nın Birləşmiş Sukanal MMC-nin Siyəzən Sukanal İdarəsinin su və kanalizasiya istismarı sahəsində 01 dekabr 2022-ci il tarixdə Siyəzən şəhəri ərazisində yerləşən 49 nömrəli binanın qarşısında kanalizasiya quyusunda iş fəaliyyətini yerinə yetirərkən qəfildən quyuya yıxılaraq, sağ çiynindən xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılmış, həmin material üzrə 19 may 2023-cü ıl tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Material araşdırılarkən müəyyən olunmuşdur ki, vəzifəli şəxs "Azərsu” ASC-nin 1 nömrəli Regional Sukanal idarəsinin Siyəzən Sukanal sahəsinin rəisi Şəxs 01 dekabr 2022-ci ıl tarixdə, saat 10:00 radələrində ünvan 2 ünvanında yerləşən binanın qarşısında olan iş fəaliyyəti yerinə yetirilərkən, "İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər. 12.0.004-90 DÜST'nın 4.4 bəndinin tələblərini pozmuş və nəticədə imtahan komissiyası tərəfindən nəzəri biliklər və praktiki təcrübəsi yoxlanılmamış həmin sahədə çılıngər vəzifəsində işləyən Zərərçəkmiş şəxs qəfildən kanalizasiya quyusuna yıxılaraq, az ağır xəsarət almış, bununla da ona həvalə edildiyi halda texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının tələblərini pozmuş, yəni işçinin əməyin mühafizəsi normalarını tələblərini pozmaqla, əməyin mühafizəsinin təbliğini təmin etməmmiş, nəticədə Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin inzibati xəta, material üzrə göstərilmiş sübutlar, eləcə də, məhkəmə tibbi, təhlükəsizlik-texnikası ekspertizasının rəyləri ilə Zərərçəkmiş şəxs az ağır xəsarət alması və müvafiq təlimatın bəndlərinin pozulması, həmçinin 01 dekabr 2022-ci il tarixdə sonuncunun ünvan 2 ünvanında iş görərkən ona köməklik edən Ramazan Musayevin yanında olması, sonuncunun da Zərərçəkmiş şəxs göstərdiklərini təsdiq etməsi inzibati xətanın törədildiyini göstərən haldır. Göstərilən dəlilləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilməyərək izahatında bildirdi ki, o, “Azərsu" ASC-nın Birləşmiş Sukanal MMC-nin Siyəzən Sukanal İdarəsində sahə rəisi vəzifəsində işləyir. İş yerlərinə qəza ilə bağlı məlumat daxil olarkən, kompüterdən sahə ustalarının adına iş əmri çıxır və bundan sonra, işçilər təhlükəsizliyə imza etməklə, əraziyə çıxırlar, habelə işlərini bitirib, idarə qayıtdıqlarında iş əmrini bağlayırlar. 01 dekabr 2022-ci il tarixdə, səhər saatlarında ünvan 3 ünvanından birinci çağırış gəlsə də, binalar yanaşı olduğundan ustalar, o cümlədən çilingər Zərərçəkmiş şəxs şəhərin Tofiq İsmayılov küçəsi 49 ünvanına getmiş, kanalizasiya borusunu sonuncu qeyd olunan ünvanda təmizləmişlər. Bundan başqa, 01 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs yıxıldıqdan təxminən 5-6 saat sonra ona məlumat vermişdir. Belə ki, zərərçəkmişin yıxıldığı yeri tam olaraq bilməmiş, habelə ona regionaldan hadisə barədə məlumat verilmiş, həmçinin zərərçəkmişin ağrıları və şikayəti olmadığından həmin gün həkimə aparmamışlar. İdarədə hər qrupun özünün sahə ustası və işçiləri olur, sonuncular təlimatlandırdıqdan sonra, sahəyə çıxırlar. Həmçinin, işçilərin nəzəri bilikləri və praktiki təcrübəsi yoxlanılır, habelə Zərərçəkmiş şəxs sahənin ən təcrübəli işçilərindəndir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, “Azərsu" ASC-nın Birləşmiş Sukanal MMC-nin Siyəzən Sukanal İdarəsində çilingər vəzifəsində işləyir. 01 dekabr 2022-ci il tarixdə, saat 09:00 radələrində işə gəlmiş, orada sahə ustası işləyən Solmaz Nəstiyeva onlara ünvan 4 ünvanında qəza baş verdiyini bildirmiş, habelə onlara qəzanı aradan qaldırmaq üçün həmin ünvana getməli olduqlarını tapşırmışdır. Bundan sonra, o, Ramazan Musayevlə birlikdə müvafiq sənədə imza etməklə, qeyd olunan ünvana getmişdir. Həmin gün saat təxminən 10:00 radələrində kanalizasiya quyusunun qapağın açmaqla, məftillə kanalizasiya borusunu təmizləyərkən, yaxınlığından avtomobil keçmiş, o, məftilinin avtomobilə dolaşacağını zənn edib, məftili özünə tərəf çəkmək istəyərkən, kanalizasiya quyusunun yaxınlığında olduğunu unutmuş, nəticədə ayağı büdrəyərək sağ çiyni üstə olmaqla, sağ ayağı ilə quyuya düşmüşdür. Daha sonra, yanındakı iş yoldaşları onu quyudan çıxarmış, habelə həmin vaxt ağrı hiss etmədiyindən həkimə getməmiş, sonradan sağ qabırğası ağrıdığından həkimə getmiş və onu rentgen etmişlər. Bundan başqa, müayinə zamanı baş ağrısı olmasın deyə həkimə işdə deyil, evdə olduğu zaman yıxıldığını bildirsə də, sonradan rəhbərliklə aralarında anlaşılmamazlıq olduğundan polisə şikayət etmişdir. Belə ki, sahə rəisi Şəxs ilə aralarında heç bir problem olmamış, həmçinin sonuncuya və mühəndis Habil Allahverdiyevə yıxılması barədə həmin gün məlumat vermiş, həmçinin elə həmin gün evdə olarkən Şəxs onun yanına da gəlmişdir. Təlimatda sahə rəisinin onların yanında olması barədə qeyd olmasa da, təhlükəsizlik baxımından iş gedən ərazinin giriş-çıxışı bağlanmalıdır. Hal-hazırda tam sağalmış, həmçinin Şəxs şikayətçi deyildir. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Şəxs “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər. 12.0.004-90 DÜST”-nın 4.4-cü bəndinin tələblərini pozmuş, habelə imtahan komissiyası tərəfindən nəzəri biliklər və praktiki təcrübəsi yoxlanılmamış Zərərçəkmiş şəxs işlərin icrasına buraxılmasına yol verməsi nəticəsində sonuncu iş görərkən kanalizasiya quyusuna yıxılaraq, səhhətinin uzun müddətə pozulmasına səbəb olan sağ 5-6-cı qabırğaların qapalı sınıqları və kürək sümüküstlüyü əzələnin yırtığı kimi az ağır xəsarətlər almışmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X8 03 aprel 2023-cü il tarixli, 42 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ 5-6-cı qabırğaların qapalı sınıqları və kürək sümüküstlüyü əzələnin yırtığı aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən şəraitdə və vaxtda (01 dekabr 2022-ci il) yarana bilməsi inkar olunmur və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2023-cü il tarixli, 10/2539 saylı rəyinin surətindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Su kəmərləri və kanalizasiya tikili və şəbəkələrinin istismarı. 12.3.006-75 DÜST”ün 5.2-ci bəndinin, "xxxx" ASC-nin 1 nömrəli Regional Sukanal idarəsinin Siyəzən sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis-qrup rəhbərinin vəzifə təlimatının 2.2 bəndinin və “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər. 12.0.004-90 DÜST”-nın 4.4-cü bəndinin tələbləri pozulmuşdur. Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsində yerləşən 49 saylı binanın qarşısındakı kanalizasiya quyusunun ətrafının mühafizə çəpəri ilə bağlanmasının təmin edilməməsi baş vermiş hadisənin səbəbi olmuşdur. Tabeçiliyində olan işçilərin təhlükəsiz iş şəraitində işləməsini təmin etmək məqsədilə Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsində yerləşən 49 saylı binanın qarşısında iş aparılan kanalizasiya quyusunun ətrafının mühafizə çəpəri ilə bağlanmasını təmin etmədiyinə görə, vəzifə təlimatının 2.2 bəndinin və “Su kəmərləri və kanalizasiya tikili və şəbəkələrinin istismarı. 12.3.006-75 DÜST”ün 5.2 bəndinin tələbləri "xxxx" ASC-nin 1 nömrəli Regional Sukanal idarəsinin Siyəzən sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis-qrup rəhbəri tərəfindən pozulmuşdur. İmtahan komissiyası tərəfindən nəzəri biliklər və praktiki təcrübəsi yoxlanılmamış Zərərçəkmiş şəxs işlərin icrasına buraxılmasına yol verdiyinə görə, “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər. 12.0.004-90 DÜST”-nın 4.4-cü bəndinin tələbləri "xxxx" ASC-nin 1 nömrəli Regional Sukanal idarəsinin Siyəzən sukanal sahəsinin rəisi tərəfindən pozulmuşdur. İşdə olan "xxxx" ASC-nin 1 nömrəli Regional Sukanal idarəsinin Siyəzən sukanal sahəsinin rəisinin vəzifə təlimatının 4.2-ci və 4.4-cü bəndlərindən görünür ki, sukanal sahəsinin rəisi əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, istehsalat sanitariyası qaydalarına riayət olunmasına, eləcə də sukanal sahəsinin işçilərinin ixtisaslarının və nəzəri səviyyələrinin yüksəldilməsinə görə məsuliyyət daşıyır. İşdə olan Siyəzən rayon prokurorluğunun müstəntiqi Üzeyir Həmidov tərəfindən qəbul edilmiş 19 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və "xxxx" ASC-nin 1 nömrəli Regional Sukanal idarəsinin Siyəzən sukanal sahəsinin rəisi Şəxs və bu sahənin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis-qrup rəhbəri X1 əməllərində İXM-nin 198.3-cü maddəsinin tərkib əlamətlərinin olması barədə Siyəzən rayon prokurorluğuna məlumat verilmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 11 aprel 2019-cu il təvəllüdlü Yaqub, 04 sentyabr 2020-ci il təvəllüdlü Səma və 16 dekabr 2022-ci il təvəllüdlü Aygül adında uşaqları vardır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Qeyd olunan Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Sözügedən Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu olunan Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması inzibati məsuliyyətə səbəb olan əməldir. İXM-nin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 198.3-cü maddəsi ilə özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əmələ, yəni İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin faydalı əmək fəaliyyəti ilə məşğul olmaqla, himayəsində üç azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən faydalı əmək fəaliyyəti ilə məşğul olmaqla, himayəsində üç azyaşlı uşağının olması kimi məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq, Şəxs İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin aşağı həddində cərimə edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinib, ona 1500 (bir min beş yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar