Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-109/2023 11.07.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Siyəzən rayon prokurorunun nümayəndəsi X3 iştirakları ilə xx xxxx 1975-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" ASC-nin 1 nömrəli Regional Sukanal idarəsinin X7 İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis-qrup rəhbəri vəzifəsində işləyən, Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 34 saylı evin 3-cü mənzilində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 198.3-cü maddəsi ilə Siyəzən rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdim: Şəxs "xxxx" ASC-nin 1 nömrəli Regional Sukanal idarəsinin X7 İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis-qrup rəhbərinin vəzifə təlimatının 2.2 bəndinin və “Su kəmərləri və kanalizasiya tikili və şəbəkələrinin istismarı 12.3.006-75 DÜST”ün 5.2-ci bəndlərinin tələblərini pozması, yəni iş aparılan kanalizasiya quyusunun ətrafının mühafizə çəpəri ilə bağlanmasını təmin etməməsi nəticəsində 01 dekabr 2022-ci il tarixdə, təxminən saat 10:00 radələrində Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsində yerləşən 49 saylı binanın qarşısındakı kanalizasiya quyusunda iş görən həmin sahənin çilingəri Zərərçəkmiş şəxs səhhətinin uzun müddətə pozulmasına səbəb olan sağ 5-6-cı qabırğaların qapalı sınıqları və kürək sümüküstlüyü əzələnin yırtığı kimi az ağır xəsarətlər almasına, bununla da, Şəxs həvalə edildiyi halda texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının tələblərini pozmaqla, barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbehin tətbiq olunmasına dair Siyəzən rayon prokuroru Ramil Əliyev tərəfindən 31 may 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Siyəzən rayon prokurorunun nümayəndəsi X8 izahatında inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edərək, bildirdi ki, 10 mart 2023-cü il tarixdə xx xxxxxx 1962-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan X4 ərizə ilə rayon prokurorluğuna müraciət edərək, işlədiyi “"xxxx" ASC-nin 1 nömrəli Regional Sukanal idarəsinin X7 İstismarın su və kanalizasiya istismarı sahəsində, 01 dekabr 2022-ci il tarixdə Siyəzən şəhəri ərazisində yerləşən 49 nömrəli binanın qarşısında kanalizasiya quyusunda iş fəaliyyətini yerinə yetirərkən, qəfil quyuya yıxılaraq sağ çiynindən xəsarət almasını bildirmiş və bu fakt ilə bağlı rayon prokurorluğunda araşdırılma aparılmış, habelə tərəfindən 19 may 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Rayon prokuroru materialı öyrənərkən qənaətə gəlmişdir ki, vəzifəli şəxs "xxxx" ASC-nin 1 nömrəli Regional Sukanal idarəsinin X7 istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun mühanəndis-qrup rəhbəri Şəxs 01 dekabr 2022-ci il tarixdə, saat 10:00 radələrində rəhbərlik etdiyi ünvan 2 ünvanında yerləşən binanın qarşısında olan kanalizasiya quyusunda iş fəaliyyəti yetirilərkən “Azərsu ASC-nin 1 nömrəli Regional Sukanal idarəsinin X7 istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis qrup rəhbərinin vəzifə təlimatının 2.2-ci bəndinin və “Su kəmərləri və kanalizasiya tikili və şəbəkələrinin istismarı, 12.3.006-75 DÜST”ün 5.2-ci bəndinin tələblərini və nəticədə aparılan kanalizasiya quyusunun ətrafının mühafizə çəpəri ilə bağlanmasını təmin etmədiyinə görə Zərərçəkmiş şəxs iş görərkən qəfildən kanalizasiya quyusuna yıxılaraq az ağır xəsarət almış, bununla da ona həvalə edildiyi halda texniki təhlükəsizlik və ya əməyin mühafizəsi qaydalarının tələblərini pozmaqla, yəni əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl etməməklə Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla yanaşı, qeyd olunanlar cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda, həmçinin təyin edilmiş məhkəmə tibbi ekspertizası və məhkəmə təhlükəsizlik ekspertizası rəyləri, hadisə yerinə baxış protokolu, izahatlar ilə də öz əksini tapmışdır. Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarın sonuncuya inzibati cərimə tətbiq edilməsi ilə yekunlaşdırılmasını xahiş edirəm. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilməyərək izahatında bildirdi ki, o, “Azərsu" ASC-nin Birləşmiş Sukanal MMC-nin Siyəzən Sukanal İdarəsində mühəndis-qrup rəhbəri vəzifəsində işləyir. X4 hadisə baş verən ünvana öz başına, iş əmri olmadan getmişdir. Belə ki, hadisə ilə bağlı sahəyə çağrı daxil olduqdan sonra, bununla bağlı iş əmri tərtib olunur və müvafiq əməkdaş tərəfilərindən təlimatlandırılaraq, həmin əmrə əsasən hadisə baş verən əraziyə göndərilir. Bundan başqa, Firdun Abasov xəstəxanada olduğu zaman evdə yıxıldığını bildirmiş, habelə hadisədən sonra, səhhətində problem olmamaqla, işə gəlmiş, müvafiq kitaba imza etmişdir. Bununla yanaşı, Zərərçəkmiş şəxs 01 dekabr 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən binanın qarşısında kanalizasiya quyusuna yıxıldığını bildirsə də, verilən iş əmrinə əsasən sonuncu ünvan 3 ünvanına göndərilmişdir. Qeyd edir ki, 01 dekabr 2023-cü il tarixdə Ramazan Musayev və Firdun Abasov iş əmrinə əsasən Siyəzən şəhəri ərazisində yerləşən Heydər Əliyev küçəsi 46 nömrəli binanın qarşısına getsə də, sonuncunun yıxıldığı Siyəzən şəhəri ərazisində yerləşən Tofiq İsmayılov küçəsi 49 nömrəli binanın qarşısı iş əmrinin verildiyi əraziyə yaxındır. Bundan başqa, Qarabağ müharibəsi veteranı olmağını və İİİ qrup əlil oğlunun olmasının nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, “Azərsu" ASC-nın Birləşmiş Sukanal MMC-nin Siyəzən Sukanal İdarəsində çilingər vəzifəsində işləyir. 01 dekabr 2022-ci il tarixdə, saat 09:00 radələrində işə gəlmiş, habelə davamiyyət kitabına imza etmişdir. Bundan sonra, yerinə yetirməli olduqları iş onlara tapşırılmaqla, təlimatlandırma vərəqəsinə imza etmiş və Ramazan Musayev ilə birlikdə əraziyə getmişdir. Eyni zamanda, həmin vaxt X7 İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis-qrup rəhbəri vəzifəsində işləməklə, tabeçiliyində olduğu Şəxs digər çağrı ilə bağlı Siyəzən rayonun Gil-Gil Çay qəsəbəsi ərazisində olmuşdur. Bununla yanaşı, həmin gün Siyəzən şəhəri ərazisində yerləşən Tofiq İsmayılov küçəsi 49 nömrəli binanın qarşısında, saat təxminən 10:00 radələrində kanalizasiya quyusunun qapağın açmaqla, məftillə kanalizasiya borusunu təmizləyərkən, yaxınlığından avtomobil keçmiş, məftilin avtomobilə dolaşacağını zənn edib, məftili özünə tərəf çəkmək istəyərkən, kanalizasiya quyusunun yaxınlığında olduğunu unutmuş, nəticədə ayağı büdrəyərək sağ çiyni üstə olmaqla, sağ ayağı ilə quyuya düşmüşdür. Daha sonra, yanındakı iş yoldaşları onu quyudan çıxarmış, habelə bu hadisə ilə bağlı Siyəzən Sukanal İdarəsində sahə rəisi vəzifəsində işləyən X1 məlumat vermiş, lakin bir müddət gözləsə də, sonuncu hadisə yerinə gəlmədiyi üçün yaşadığı evə getmişdir. Evdə olduğu vaxt, Cavid Allahverdiyev yanına gəlmişdir. Bundan sonra, həkimə getmiş, habelə müayinə zamanı baş ağrısı olmasın deyə həkimə işdə deyil, evdə olduğu zaman yıxıldığını bildirmişdir. Belə ki, Cavid Allahverdiyev əvvəllər sahə ustası vəzifəsində işləsə də, məlum hadisə zamanı rəisi olan sonuncu ona qarşı laqeyd münasibət bəslədiyi üçün, şikayət etmişdir. Hazırda səhhəti tam olaraq bərpa olunmuş, həmçinin Şəxs şikayətçi deyildir. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Şəxs "xxxx" ASC-nin 1 nömrəli Regional Sukanal idarəsinin X7 İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis-qrup rəhbərinin vəzifə təlimatının 2.2 bəndinin və “Su kəmərləri və kanalizasiya tikili və şəbəkələrinin istismarı 12.3.006-75 DÜST”ün 5.2-ci bəndlərinin tələblərini pozmuş, habelə iş aparılan kanalizasiya quyusunun ətrafının mühafizə çəpəri ilə bağlanmasını təmin etmədiyi üçün həmin sahənin çilingəri Zərərçəkmiş şəxs iş görərkən kanalizasiya quyusuna yıxılaraq, səhhətinin uzun müddətə pozulmasına səbəb olan sağ 5-6-cı qabırğaların qapalı sınıqları və kürək sümüküstlüyü əzələnin yırtığı kimi az ağır xəsarətlər almasına səbəb olmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2023-cü il tarixli, 10/2539 saylı rəyinin surətindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Su kəmərləri və kanalizasiya tikili və şəbəkələrinin istismarı. 12.3.006-75 DÜST”ün 5.2-ci bəndinin, "xxxx" ASC-nin 1 nömrəli Regional Sukanal idarəsinin X7 İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis-qrup rəhbərinin vəzifə təlimatının 2.2 bəndinin və “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər. 12.0.004-90 DÜST”-nın 4.4-cü bəndinin tələbləri pozulmuşdur. Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsində yerləşən 49 saylı binanın qarşısındakı kanalizasiya quyusunun ətrafının mühafizə çəpəri ilə bağlanmasının təmin edilməməsi baş vermiş hadisənin səbəbi olmuşdur. Tabeçiliyində olan işçilərin təhlükəsiz iş şəraitində işləməsini təmin etmək məqsədilə Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsində yerləşən 49 saylı binanın qarşısında iş aparılan kanalizasiya quyusunun ətrafının mühafizə çəpəri ilə bağlanmasını təmin etmədiyinə görə, vəzifə təlimatının 2.2 bəndinin və “Su kəmərləri və kanalizasiya tikili və şəbəkələrinin istismarı. 12.3.006-75 DÜST”ün 5.2 bəndinin tələbləri "xxxx" ASC-nin 1 nömrəli Regional Sukanal idarəsinin X7 İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis-qrup rəhbəri tərəfindən pozulmuşdur. İmtahan komissiyası tərəfindən nəzəri biliklər və praktiki təcrübəsi yoxlanılmamış Zərərçəkmiş şəxs işlərin icrasına buraxılmasına yol verdiyinə görə, “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər. 12.0.004-90 DÜST”-nın 4.4-cü bəndinin tələbləri "xxxx" ASC-nin 1 nömrəli Regional Sukanal idarəsinin X7 rəisi tərəfindən pozulmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X10 03 aprel 2023-cü il tarixli, 42 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ 5-6-cı qabırğaların qapalı sınıqları və kürək sümüküstlüyü əzələnin yırtığı aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən şəraitdə və vaxtda (01 dekabr 2022-ci il) yarana bilməsi inkar olunmur və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. İşdə olan "xxxx" ASC-nin 1 nömrəli Regional Sukanal idarəsinin X7 İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis-qrup rəhbərinin vəzifə təlimatının 2.2-ci bəndindən görünür ki, mühəndis-qrup rəhbəri tabeçiliyində olan işçilərin təhlükəsiz iş şəraitində işləməsini təmin etməli və onların mütəmadi olaraq təhlükəsizlik texnikası və yanğından mühafizə qaydaları ilə təlimatlandırılmasını təşkil etməlidir. İşdə olan Siyəzən rayon prokurorluğunun müstəntiqi Üzeyir Həmidov tərəfindən qəbul edilmiş 19 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və "xxxx" ASC-nin 1 nömrəli Regional Sukanal idarəsinin X7 rəisi X2 və bu sahənin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis-qrup rəhbəri Şəxs əməllərində İXM-nin 198.3-cü maddəsinin tərkib əlamətlərinin olması barədə Siyəzən rayon prokurorluğuna məlumat verilmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan, eləcə də vəsiqələrin surətindən görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi üçün müharibə veteranı adı almış Şəxs himayəsində 19 noyabr 2007-ci il təvəllüdlü Orxan adında bir yetkinlik yaşına çatmayan uşağı və İİİ qrup əlil Etibar adında oğlu vardır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Qeyd olunan Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Sözügedən Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu olunan Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması inzibati məsuliyyətə səbəb olan əməldir. İXM-nin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin faydalı əmək fəaliyyəti ilə məşğul olmaqla, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması, müharibə veteranı olması, eləcə də oğlu Etibar Cəbrayılzadənin İİİ qrup əlil olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, müharibə veteranı, faydalı əmək fəaliyyəti ilə məşğul olmaqla, himayəsində biri yetkinlik yaşına çatmayan, digəri isə İİİ qrup əlil olan iki övladının olması kimi məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq, Şəxs İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin aşağı həddində cərimə edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinib, ona 1500 (bir min beş yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-109/2023
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-109/2023
11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver