Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 3(059)-109/2024 22.05.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, hakim Ələkbərov Bəylər Ramiz oğlu Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş materialda, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətdiyi göstərilmişdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəməyə təqdim edilmiş materialları yoxlayaraq hesab edirəm ki, müxtəlif vaxtlarda törədilmiş hər iki inzibati xətaya dair işlər eyni şəxs, yəni Şəxs aid olduğundan və bu işlərin baxılması Azərbaycan Respublikası İXM-nin 34.2 və 43.1-ci maddələrinə əsasən Siyəzən Rayon Məhkəməsinin səlahiyyətləri çərçivəsində həll edildiyindən həmin inzibati xətalara dair işlərə bir icraatda baxılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 420-ci maddəsinə əsasən, QƏRARA ALDİM: 3(059)-108/2024 və 3(059)-109/2024 nömrəli inzibati xəta materiallar birləşdirilərək 3(059)-108/2024 nömrə altında baxılsın. Hаkim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-109/2024
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №3(059)-109/2024
22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver