Məhkəmə qərarları › İş №3(059)-11/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-11/2021

05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-11/2021 05.11.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Quba rayonu, Çiçi kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon Polis Şöbəsinin sabiq polis sahə rəisi X1 Mətləb Alim oğlunun İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs 13 oktyabr 2020-ci il tarixdə, saat 12:30 radələrində Siyəzən şəhəri X2 Tipli Gimnaziyada ictimai qaydanı pozmaqla Zərərçəkmiş şəxs ilə mübahisə edərək sonuncuya qarşı təhqiredici ifadələr işlətmişdir. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin sabiq polis sahə rəisi X3 tərəfindən 11 dekabr 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs olduğu yerin müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati həbs və ya Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətandaşlığı olmayan şəxsləri inzibati qaydada çıxartma nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Bununla əlaqədar, iştirakı məcburi olan Şəxs olduğu yer müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraat Siyəzən Rayon Məhkəməsinin 22 dekabr 2020-ci il tarixli qərarı ilə Şəxs gətirilənədək dayandırılmış, həmçinin qərarın icrası Siyəzən rayon Polis Şöbəsinə həvalə olunmuşdur. Lakin, Siyəzən Rayon Məhkəməsinin 22 dekabr 2020-ci il tarixli qərarı ötən müddət ərzində icra edilməmiş, Şəxs məhkəməyə gətirilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Sözügedən Məcəllənin 104.8-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilir. Məhkəmə inzibati xəta haqqında material üzrə işə baxarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində olan inzibati iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraat inzibati xətanın törədildiyi vaxtdan bir il keçdiyindən sonuncunun barəsindəki inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.5, 104.8, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar