Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-11/2023 15.02.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Teymur Yaqubov küçəsi, ev 7, Döngə 2 olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 469.1-ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə X2 Yanğın Nəzarət Xidməti Şimal regional X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 26 yanvar 2023-cü il tarixdə keçirilmiş planlı yanğın-texniki müayinə zamanı Şəxs MMC-nin Siyəzən şəhərinin B.Səfəroğlu küçəsində yerləşən X4 Zavodunda “Yanğın Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 23cü maddəsinin tələblərinin pozulması faktı aşkar olunmuşdur. Həmin faktla bağlı Azərbaycan Respublikası Fövqəladə X2 Yanğın Nəzarət Xidməti Şimal regional X3 İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 469.1-ci maddəsi ilə 26 yanvar 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs MMC tərəfindən İXMnin 469.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, 10 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Fövqəladə X2 Yanğın Nəzarət Xidməti Şimal regional X3 İdarəsi tərəfindən Şəxs MMC-nin Siyəzən şəhərinin B.Səfəroğlu küçəsində yerləşən X4 Zavodunda planlı yanğın-texniki müayinənin aparılması haqqında 102 nömrəli qərar qəbul edilmiş, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən olan 23 yanvar 2023-cü il tarixli, KY231875670 saylı çıxarışa əsasən qeyd olunan MMC-yə aid Siyəzən şəhərinin B.Səfəroğlu küçəsində yerləşən obyektdə plan üzrə 23-27 yanvar 2023-cü il tarixlərdə müayinənin aparılmasına icazə verilmiş, habelə müayinə zamanı digər nöqsanlarla yanaşı, sözügedən zavodun icbari qaydada sığorta olunmadığı aşkar edilməklə, yol verilmiş nöqsanlar barədə 26 yanvar 2023-cü il tarixdə 102 nömrəli yanğın-texniki müayinə aktı tərtib edilməklə, yanğıntexniki müayinə materiallarına baxılmasının nəticələri üzrə eyni tarixli qərar qəbul edilmiş, habelə Şəxs MMC-nin nümayəndəsi (sahə rəisi) X1 yol verilmiş nöqsanlarla razı olduqlarını və aradan qaldırılacağını bildirmişdir. “Yanğın təhlükəzisliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinə əsasən yanğından sığortalama könüllü, həmçinin daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növlərinin tərkibində icbari qaydada həyata keçirilir. Daşınmaz əmlakın, həmçinin daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari qaydada sığortalanması “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır. Həmin Qanunun 25-ci maddəsinin İ hissəsinə əsasən yanğın nəzarəti dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. X3 tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır. Sahibkarlara münasibətdə X3 “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin İİİ və İV hissələrinə əsasən müvafiq əmlakla bağlı bu Qanunla nəzərdə tutulmuş icbari sığorta təminatının əldə edilməsi barədə icbari sığorta müqaviləsi bağlanmışdırsa, bu Qanunun Xüsusi bölməsində başqa cür nəzərdə tutulduğu hallar istisna olmaqla, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, bu Qanunun 8.4-cü maddəsi nəzərə alınmaqla, müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda bu Qanunla sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir. Bu Qanunun Xüsusi bölməsində qeyd olunmuş hər hansı icbari sığorta növü üzrə sığorta təminatının könüllü sığorta müqaviləsində tam və ya qismən nəzərdə tutulması sığortalını müvafiq icbari sığorta müqaviləsini bağlamaq vəzifəsindən azad etmir. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Bu Qanunun 37-ci maddəsinə əsasən mülkiyyətində bu Qanunun 35.2.-ci maddəsində nəzərdə tutulmuş hər hansı daşınmaz əmlak olan və ya ona faktiki sahibliyi həyata keçirən şəxslər həmin əmlakı bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə əsasən bu Məcəllənin 469.2-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəməyə təqdim edilən sənədlərdən göründüyü kimi 26 yanvar 2023-cü il tarixdə keçirilmiş planlı yanğın-texniki müayinə zamanı Şəxs MMC-nin Siyəzən şəhərinin B.Səfəroğlu küçəsində yerləşən X4 Zavodunda “Yanğın Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin tələblərinin pozulması faktı aşkar olunmuşdur. Odur ki, Şəxs MMC İXM-nin 469.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun törədilmə halını və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs MMC-yə İXM-nin 469.1-сi maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda, Şəxs MMC-nin direktoru Məsmə Vəliyeva 14 fevral 2023-cü il tarixdə məhkəməyə vəsatət göndərərək, göstərmişdir ki, Azərbaycan Respublikası Fövqəladə X2 Yanğın Nəzarət Xidməti Şimal regional X3 İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 110.1-ci maddəsinin tələbinə əsasən “inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır”. Bu Məcəllənin 469.1-ci maddəsinə əsasən əgər hüquqi şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdirsə, bu halda həmin işə hüquqi şəxsin qeydiyyatda olduğu ünvan üzrə məhkəmədə baxılmalıdır. Qoşmaya əlavə edilmiş “Kommersiya hüquqi şəxslərin dövlət reyestri xidməti” sistemindən çıxarışdan da göründüyü kimi hüquqi şəxs Bakı şəhəri Binəqədi rayon ərazisində qeydiyyatdadır. Həmçinin, sözügedən protokolun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Şimal Regional X3 Xidməti tərəfindən hansı səbəbdən tərtib olunduğu və Siyəzən Rayon Məhkəməsinə göndərildiyi barədə heç bir məlumatları yoxdur. Bu səbəbdən sözügedən inzibati xəta haqqında işə Siyəzən Rayon Məhkəməsi tərəfindən deyil, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Bundan əlavə, inzibati xəta haqqında protokol ümumiyyətlə əsassızdır. Çünki, işçilərlə icbari sığorta müqavilələri imzalanmışdır. Odur ki, 3(059)-11/2023 saylı iş üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Şimal Regional X3 Xidməti tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqında protokol düzgün tərtib edilmədiyi üçün sözügedən protokolun ləğv edilməsi xahiş olunmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə uyğun olaraq hüquqi şəxs tərəfindən hərəkətlə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. İnformasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xəta haqqında işlərə inzibati xətanın aşkarlandığı, yəni səlahiyyətli vəzifəli şəxsin inzibati xəta haqqında protokol tərtib etdiyi yerdə baxılmalıdır. Göründüyü kimi inzibati xəta hərəkətsizlik formasında Şəxs MMC-nin Siyəzən şəhərinin B.Səfəroğlu küçəsində yerləşən X4 Zavodunda törədildiyinə görə, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə, yəni Siyəzən Rayon Məhkəməsində baxılmalıdır. Digər tərəfdən, MMC-nin direktoru Məsmə Vəliyeva sözügedən protokolun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Şimal Regional X3 Xidməti tərəfindən hansı səbəbdən tərtib olunması və Siyəzən Rayon Məhkəməsinə göndərilməsi barədə heç bir məlumatlarının olmadığını qeyd etsə də, Siyəzən şəhərinin B.Səfəroğlu küçəsində yerləşən X4 Zavodunda “Yanğın Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin tələblərinin pozulması faktının aşkar olunması MMC-nin vəzifəli şəxslərinə məlum olmuş, habelə 26 yanvar 2023-cü tarixdə MMC-nin nümayəndəsi (sahə rəisi) X1 yol verilmiş nöqsanlarla razı olduqlarını və aradan qaldırılacağını bildirməklə, inzibati xəta haqqında iş üzrə icraatdan xəbərdar olduqlarını bir daha təsdiqləmişdir. Digər tərəfdən vəsatətə əlavə edilmiş icbari sığorta müqavilələri işçilərlə imzalanmış, lakin inzibati xətanın törədilməsinə səbəb olmuş müqavilə, yəni daşınmaz əmlakın icbari sığortasına dair müqavilə, habelə inzibati xəta haqqında protokolun nöqsanlarla tərtib edilməsi barədə mötəbər sənəd və ya sübut məhkəməyə təqdim edilməmişdir. Bütün bu hallar isə MMC-nin direktorunun hazırkı vəsatətinin əsassız olmasına dəlalət edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.1-сi maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-11/2023
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-11/2023
15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver