Məhkəmə qərarları › İş №3(059)-110/2022

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-110/2022

30.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-110/2022 30.06.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə xx xxxxxx 1995-ci il tarixdə Siyəzən rayonu, Yuxarıələz kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X4 Təsərrüfatı Mərkəzində meşə gözətçisi vəzifəsində işləyən, Siyəzən rayonu, Yuxarıələz kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 24 aprel 2022-ci il tarixdə, saat 16:00 radələrində Siyəzən rayonunun Yuxarıələz kəndində Zərərçəkmiş şəxs yaxasından və əllərindən tutaraq onu yıxıb, fiziki ağrı yetirərək, başın alın nahiyəsinin bir ədəd sıyrığı, boyunun arxa səthinin, döş qəfəsinin sağ yarısının və sağ əlin yumşaq toxumalarının əzilməsi xəsarəti yetirmişdir. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən 30 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, onun icraatına Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi məqsədilə RPŞ-nin təhqiqat qrupundan cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərar daxil olmuşdur. Bununla bağlı zərərçəkmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsləri RPŞ-yə dəvət edib, qərarla tanış etdikdən sonra Şəxs barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib etmişdir. Belə ki, Siyəzən rayonunun Yuxarıələz kəndində Şəxsla Zərərçəkmiş şəxs su ilə bağlı aralarında yaranmış mübahisə nəticəsində əlbəyaxa olmaqla, dartışıb-çəkişmiş, həmçinin Xalıq Şərafətdinin boğazından tutub dartaraq sonuncuya dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Belə ki, Zərərçəkmiş şəxs boyun hissəsində qançırlar olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Siyəzən rayonunun Yuxarıələz kəndində kənd camaatı kəndin içinə su çəkmiş, su onların da çəninin kənarından getmişdir. Onun bu sudan istifadə etməsindən həm kənd icra nümayəndəliyinin, həm də kənd camaatının xəbəri olmuşdur. Belə ki, o, evlərinə aid su çənini doldurduqdan sonra daim suyu camaatın təsərrüfatına buraxmışdır. Suda sululuq çox olduğundan o, bunu çənin doldurulması üçün istifadə etmiş, habelə su onun çəninin kənarından getdiyinə görə o, suyu rezin boru ilə çənə birləşdirmişdir. 24 aprel 2022-ci il tarixdə, saat 16:00 radələrində Zərərçəkmiş şəxs onun yaşadığı ünvana gələrək su kranını sındırmaqla, suyu ayırmış, bunu görən anası Firəngiz Əsədova isə Şərafətdinlə sözlü mübahisə etməyə başlamışdır. Bu zaman o, evdən bayıra çıxanda Şərafətdinin anası ilə sözlü mübahisə edərək, onların sudan istifadəsinə imkan verməyəcəyini bildirdiyini eşitmiş, habelə anasına qarşı olan bu hərəkət onun xoşuna gəlmədiyinə görə dərhal onların yanına gedib, iki əli ilə Şərafətdinin yaxasından tutub, möhkəm şəkildə boğazından sıxıb, itələmiş, habelə dartışmışlar. Şərafətdin ondan aralandıqdan sonra polisə zəng vurub, onu tutduracağını qeyd etmişdir. Hazırda törətdiyi əməldən peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Siyəzən rayonunun Yuxarıələz kəndində yaşmaqla, 62 yaşı vardır. Şəxs bu səhvi etməsindən 2 ay müddət keçsə də, nə özü, nə anası, nə də qardaşı və ya bacısı, heç kim ondan üzr istəməmişdir. Bu səbəbdən də, hazırda Şəxs şikayətçidir. Çünki, Şəxs şərəf və ləyaqətini alçaldaraq, onu kənd camaatının içində əzmişdir. Dünən də uşaqları ondan Xalıqı bağışlamasını istəsə də, o, hazırkı vaxtda da bu fikirdə deyildir. Hadisə baş versə də, Xalıq səhv etdiyini qəbul edib, ondan bağışlanmasını istəməmişdir. Belə ki, o, 24 aprel 2022-ci il tarixdə, təxminən saat 15-16:00 radələrində kənd sakinlərinin suyunun gəlməməsini görmüş, habelə Xalıqın suyu öz həyətinə çəkdiyini müəyyən etmişdir. Bundan sonra, Xalıqın yaşadığı ünvana gedərək, sonuncuya bununla əlaqədar iradını bildirsə də, Xalıq onun haqlı iradına əhəmiyyət verməmiş, əksinə boğazından tutub, belindən sıxmış, onu yumruqla vurmuşdur. Daha sonra, o, dərhal bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermiş, növbəti gün isə Siyəzən RPŞ-yə gedib, ərizə ilə müraciət etmişdir. Bundan əlavə, o, əlinin üstündə şiş, burnu isə qanlı halda 24 aprel 2022-ci il tarixdə ekspertizadan keçmək üçün Nizami müəllimin yanına getmiş, nəticədə ona hadisə ilə əlaqədar boynundan, belindən və qolundan yüngül xəsarət aldığı məlum olmuşdur. Şəxs onun yanına gəlib səhv etdiyini etiraf edərək, bağışlanmasını istəsə idi, o, bağışlayardı, lakin indi belə bir niyyəti yoxdur. Çünki, hadisədən sonra, o, Siyəzən RPŞ-yə gedib-gəlmək üçün yol xərci çəkmiş, bununla əlaqədar ona 300 manat miqdarda maddi ziyan dəymiş, həmçinin şərəf və ləyaqətim alçalmışdır ki, həmin zərərin qarşılanmasını da, Şəxs tələb edir. Bu səbəbdən də, o, hazırda Şəxs şikayətçi olmaqla, sonuncunun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Siyəzən RPŞ-nin TQ-nun təhqiqatçısı Eldar Şükürov tərəfindən qəbul edilmiş 24 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 157ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün bu qərar RPŞ-nin İTB-yə göndərilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 30 aprel 2022-ci il tarixli, 78 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın alın nahiyəsinin bir ədəd sıyrığı, boynun arxa səthinin, döş qəfəsinin sağ yarısının və sağ əlin yumşaq toxumalarının əzilməsi aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərildiyi şəraitdə yarana bilər, yaranma müddəti iki-üç günə qədərdir və 24 aprel 2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduqlarına görə dərəcələri təyin edilmir. İşdə olan zərərçəkmiş şəxs tərəfindən 30 iyun 2022-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, Şəxs şikayətçi olmaqla, sonuncu barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan, eləcə də AA seriyalı, 110 nömrəli vəsiqənin surətindən görünür ki, himayəsində 13 dekabr 2018-ci il təvəllüdlü Xəlfə və 30 iyul 2020-ci il təvəllüdlü Nəzrin adında iki yetkinlik yaşına çatmayan övladı olan Şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X4 Təsərrüfatı Mərkəzində meşə gözətçisi işləyir. Beləliklə, işdə olan sənədlərlə müəyyən olundu ki, Şəxs 24 aprel 2022-ci il tarixdə, saat 16:00 radələrində Siyəzən rayonunun Yuxarıələz kəndində Zərərçəkmiş şəxs yaxasından və əllərindən tutaraq onu yıxıb, fiziki ağrı yetirərək, başın alın nahiyəsinin bir ədəd sıyrığı, boyunun arxa səthinin, döş qəfəsinin sağ yarısının və sağ əlin yumşaq toxumalarının əzilməsi xəsarəti yetirmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əməli etiraf edərək, səmimi peşmançılıq hissi keçirməsi, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olmaqla, faydalı əmək fəaliyyəti ilə məşğul olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, törətdiyi əməli etiraf edərək, səmimi peşmançılıq hissi keçirməsi, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olmaqla, faydalı əmək fəaliyyəti ilə məşğul olması kimi məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq, Şəxs İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 400 (dörd yüz) manat inzibati cərimə tətbiq edilsin. Zərərçəkmiş şəxs Şəxs inzibati xətanı törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar