Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-111/2021 07.07.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, Şikayətçi – X14, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Altıağac Milli Parkının nümayəndəsi X10 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Altıağac Milli Parkının direktoru X8 09 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X22 tərəfindən verilmiş şikayətə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, X22 16 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Altıağac Milli Parkının X7 ərazisində qanunsuz ov etmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Altıağac Milli Parkının direktoru X12 tərəfindən 29 yanvar 2021-ci il tarixdə X14 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair MN seriyalı, ******* saylı protokol tərtib olunmuş və həmin protokol əsasında Anar Bağırov 09 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* saylı qərarla 1000 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X22 yuxarıda qeyd edilən qərardan Şabran Rayon Məhkəməsinə şikayət edərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 3(031)-91/2021 saylı qərarı ilə X14 şikayəti təmin edilmiş, sonuncu barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Altıağac Milli Parkının direktoru X12 tərəfindən qəbul edilmiş 09 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Altıağac Milli Parkının direktoru X12 apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 17 may 2021-ci il tarixli, 3(105)-330/2021 saylı qərarı ilə Şabran Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 3(031)-91/2021 saylı qərarı ləğv edilmiş, inzibati material yenidən araşdırılması məqsədilə Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi öz qərarında birinci instansiya məhkəməsinin (Şabran Rayon Məhkəməsinin) qərarının kifayət qədər araşdırma aparılmamaqla, qəbul edildiyini və həmin pozuntularla müşayiət edilən hərəkətlərin aradan qaldırılması ilə bağlı zəruri qeydlər etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X22 izahatında bildirdi ki, o, X7 sahə müfəttişi tərəfindən 29 yanvar 2021-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında Altıağac Milli Parkının direktoru X8 09 fevral 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə ov qaydalarını kobud şəkildə pozduğuna görə 1000 manat inzibati cərimə edilmişdir. Halbuki, bu tamamilə əsassızdır. Belə ki, o, Röyal, Yusif və Nicat 16 yanvar 2021-ci il tarixdə idarəçiliyində olan “Lada Niva 4x4” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomaşınla ailəsinə aid itmiş 2 baş camışı axtarmaq üçün Şabran rayonu ərazisində yerləşən əvvəllər dəfələrlə getməklə, əraziyə mükəmməl bələd olduğu Xanlar Xanası deyilən əraziyə getmişlər. Həmin vaxt getdikləri yer insanların yaşamadığı, vəhşi çöl heyvanların mövcud olduğu ərazi olması səbəbindən özlərini vəhşi çöl heyvanlarından qorumaq məqsədilə biri sənədli digəri isə sənədsiz olmaqla, 2 ədəd ov tüfəngi də götürmüşlər. Getdikləri ərazi onun yaşadığı Şabran rayonu, Məliklər kəndindən asfalt yol ilə 20-25 km, otlaq ərazidən isə təxminən 8-9 km məsafədə yerləşir. Həmin gün qeyd olunan ərazidə olmaqla, nəqliyyat vasitəsindən düşüb ona məxsus heyvanları axtararkən adlarını sonradan bildikləri Şaiq Fərzəliyev və Mahir Əhmədov onlara yaxınlaşıb, həmin ərazidə nə etdiklərini soruşmuş, onlar isə cavablarında itmiş heyvanları axtardıqlarını bildirmişlər. Bundan əlavə, Şaiq Fərzəliyev və Mahir Əhmədov onlara yaxınlaşarkən silahlar əllərində deyil, idarəçiliyindəki avtomaşında olmuş, onların yaxınlaşdığını görüb, həmin silahları və 1 qatar patronu qorxudan qamışlığa atmışlar. Çünki, silahlardan birinin sənədi olmamışdır. Daha sonra, onlar söhbət zamanı həmin şəxslərdən özlərini təqdim etmələrini tələb etsələr də, sonuncular onlara qanunsuz ov etdiklərini bildirib, hədə-qorxu gəlməyə və onları şantaj etməyə başlamışlar. Məhz bu zaman aralarında mübahisə yarandığından onlara yaxınlaşan X7 mühafizə yegerləri Şaiq Fərzəliyev və Mahir Əhmədov özlərini təqdim etmiş, habelə babasına məxsus, onun özü ilə gətirdiyi qoşa lülə tüfəng və 1 qatar patron ondan götürülmüşdür. Bundan sonra, Şabran rayonunun ərazisinə çatdıqda Şaiq Fərzəliyev və Mahir Əhmədov həmin silahların onlara qaytarılması üçün onlardan ümumilikdə 500 dollar pul tələb etsələr də, bu tələb qanunsuz olduğundan onlara istədikləri pulu verməmişlər. Daha sonra, Şaiq Fərzəliyev və Mahir Əhmədov 17 yanvar 2021-ci il tarixdə həmin silahları və patronları Şabran rayon Polis Şöbəsinə təhvil vermişlər. Ərazidə hər hansı bir plakat, bildiriş olmadığından onlar həmin ərazinin mühafizə olunan ərazi olduğunu bilməmiş, bu səbəbdən də ora daxil olmuşlar. Eyni zamanda, 16 yanvar 2021-ci il tarixdə onlar həmin əraziyə ov etmək məqsədi ilə getməmiş və həmin ərazidə ov etməmişlər. Bundan başqa, silahlar qamışlığa atılarkən sökülü vəziyyətdə olmaqla, babasına məxsus qoşa lülə tüfəng qabda olmuşdur. Həmçinin, onlar hər hansı bir növ heyvan ovlamış olsa idilər, həmin heyvanın ölüsü onların yanında və ya nəqliyyat vasitəsində olardı. Eyni zamanda, o, həm aktı, həm də inzibati xəta haqqında protokolu əsassız olduğu üçün imzalamaqdan imtina etmişdir. Göründüyü kimi, onun hərəkətlərində inzibati xəta tərkibi olmamış və İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi baş verməmişdir. Odur ki, barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Altıağac Milli Parkının nümayəndəsi X15 şikayəti qəbul etməyərək izahatında göstərdi ki, Altıağac Milli Parkının direktoru tərəfindən X14 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən 1000 manat inzibati cərimə edilməsi barədə 09 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* saylı qərar qəbul edilmişdir. Belə ki, 16 yanvar 2021-ci il tarixdə, saat 20:00 radələrində ərazidə xidmətdə olarkən Şabran rayon ərazisində yerləşən Xanlar Xanası deyilən ərazidə qamışlıqda “Lada Niva 4x4” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomaşının saxlandığını görmüş, habelə oradakı göl tərəfdən silah səslərinin gəldiyini eşitmişdir. Bu zaman o, həmin yeri müşahidəyə götürmüş digər mühafizə yegeri Mahir Əhmədova bu barədə məlumat verib, onu köməyə çağırmış, habelə sonuncu bu çağırış əsasında onun yanına gəlmişdir. Təxminən bir müddət sonra, adlarını sonradan bildiyi Anar Bağırov, Yusif Mustafayev, Nicat Məmmədov və Röyal Məmmədov göldən çıxaraq avtomobilə tərəf yaxınlaşmış, həmin şəxslərdən Anar Bağırovun və Yusif Mustafayevin əynində kombinizon, əllərində silah olsa da, digər 2 nəfərdə isə heç nə olmamış, habelə silahlı şəxslər onları görən kimi əllərindəki silahı qamışlığa atmışlar. Bundan sonra, onlar həmin şəxslərə yaxınlaşıb, qadağan edilmiş əraziyə hansı səbəbdən daxil olmalarını, həmçinin qanunsuz olaraq ərazidə ov etdiklərini bildirdikdə, sonuncular kəskin şəkildə onlardan kim olduqlarını soruşub, hədə-qorxu gəlməyə başlamış, habelə ərazidə ov deyil, balıq tutmaq və yeyib içmək üçün gəldiklərini qeyd etmişlər. Halbuki, həmin məqamda adları çəkilən şəxslər 2 saatlıq müşahidə zamanı silahdan istifadə etmiş, lakin, hər hansı bir heyvan ovlaya bilməmişlər. Buna baxmayaraq, “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1. maddəsində ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü kimi tərif edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibatı məsuliyyətə cəlb olunması üçün vəhşi heyvanların vurulması zəruri şərt deyildir. Eyni zamanda, ara bir qədər sakitləşdikdən sonra, onlar əraziyə qanunsuz daxil olmuş şəxslərdən silahları tələb etmiş, sonuncular əvvəlcə tüfəngləri vermək istəməsələr də, sonradan bununla razılaşıb, silahları Mahir Əhmədova təhvil vermişlər. Silahlardan biri suyun qırağında açıq vəziyyətdə, digəri isə çexolda olmuşdur. Bundan əlavə, şikayətiçi hazırda olanları etiraf etməsə də, 16 yanvar 2021-ci il tarixdə baş verənlərlə bağlı müvafiq video material və foto şəkillər toplanmışdır ki, bu materiallarda da hər şey aydın şəkildə öz təsdiqini tapmışdır. Həmçinin, Anar Bağırov, Yusif Mustafayev, Röyal Məmmədov və X28 rayonu, Məliklər kənd sakinləridir və bu kənddən hadisə baş vermiş əraziyə nəqliyyat vasitəsilə getmək üçün Xəlilli - Çölquşçu - Hacıqaraqaşlı kəndlərindən keçməklə təxminən 20-25 kilometr məsafə qət edilməlidir. Yol boyu isə bir neçə yerdə ərazinin Altıağac Milli Parkının olması və ovun qadağan edilməsi barədə müvafiq yol kənarı nişanlar quraşdırılmışdır. Bu nişanları görməmək və yerləşdiyin ərazinin qoruq olduğunu bilməmək mümkün deyildir. Bundan başqa, baş vermiş inzibati xəta hadisəsi ilə bağlı müvafiq sənədləşmənin aparılması məqsədilə Anar Bağırov tərəflərindən idarəyə dəvət edilsə də, sonuncu gəlməmişdir. Məhz bundan sonra, tərtib edilmiş inzibati xəta haqqında protokol Anar Bağırovun yaşadığı ünvana göndərilmişdir. Həmçinin, saxlanılan şəxslərlə onların arasında pul söhbəti olmamışdır. Ona görə də şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının, habelə şahidlərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, şahid Altıağac Milli Parkında mühafizə yegeri vəzifəsində işləyən X20 da X10 izahatı ilə uyğun, eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid X13 izahatında göstərdi ki, Anar Bağırov onun həm qohumu, həm də dostudur. 16 yanvar 2021-ci il tarixdə, günorta saat 15:00-dan sonra Anar Bağırovun təklifi əsasında sonuncu, o, Röyal Məmmədov və X31 məxsus həmin gün itmiş 2 baş camışın axtarılması üçün sonuncunun idarə etdiyi “Lada Niva 4x4” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomaşınla Şabran rayonu ərazisində yerləşən Xanlar Xanası deyilən əraziyə getmiş, lakin, o gün mal növbəsində olan Valeh onlarla aparılmamışdır. Çünki, heyvan itəndə ona cavabdehliyi sahibi daşıyır. Beləliklə, həmin vaxt getdikləri yer insanların yaşamadığı, vəhşi çöl heyvanların mövcud olduğu ərazi olması səbəbindən özlərini vəhşi çöl heyvanlarından qorumaq məqsədilə biri sənədli (Anar Bağırovun babası X4 məxsus), digəri isə sənədsiz olmaqla, 2 ədəd ov tüfəngi də götürmüşlər. Getdikləri ərazi onların yaşadığı Şabran rayonu, Məliklər kəndindən asfalt yol ilə 20-25 km, otlaq ərazidən isə təxminən 8-9 km məsafədə yerləşir. Ərazinin Altıağac Milli Parkının olması və ovun qadağan edilməsi barədə müvafiq nişanlar quraşdırılmadığından onlar həmin yerə daxil olmuş, həmçinin əynində kombinizon olmaqla, suya daxil olanlardan biri olmuşdur. Çünki, camışlar sulu yerlərə meylli olduğundan onlar heyvanların qamışlıqda suyun içərisində olduqlarını ehtimal etmişdir. Axtarışları nəticə vermədiyindən göldən çıxaraq gəldikləri avtomaşına yaxınlaşarkən orada adlarını sonradan bildikləri Şaiq Fərzəliyev və Mahir Əhmədov onlara yaxınlaşıb, həmin ərazidə nə etdiklərini soruşmuş, onlar isə əvvəlcədən həmin şəxsləri görüb qorxduqlarından silahları qamışlığa atmış, özləri isə balıqçılığa gəldiklərini bildirmişlər. O, həmin əraziyə ilk dəfə getmiş, habelə orada ov etməmişlər. Məhkəmə iclasında şahid X16 izahatında göstərdi ki, Anar Bağırov onun həm qohumu, həm də dostudur. 16 yanvar 2021-ci il tarixdə, axşam saat 20-21:00-dan sonra Anar Bağırovun təklifi əsasında sonuncu, o, Yusif Mustafayev və X31 məxsus itmiş 2 baş camışın axtarılması üçün sonuncunun idarə etdiyi “Lada Niva 4x4” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomaşınla Şabran rayonu ərazisində yerləşən Xanlar Xanası deyilən əraziyə getmiş, lakin, o gün mal növbəsində olan adını bilmədiyi həmkəndlisi onlarla aparılmamışdır. Həmin vaxt getdikləri yer insanların yaşamadığı, vəhşi çöl heyvanların mövcud olduğu ərazi olması səbəbindən özlərini vəhşi çöl heyvanlarından qorumaq məqsədilə Anar və Yusif biri sənədli (Anar Bağırovun babası X4 məxsus), digəri isə sənədsiz olmaqla, 2 ədəd ov tüfəngi də götürmüşlər. Getdikləri ərazi otlaq ərazidən təxminən 8-9 km məsafədə yerləşir. Ərazinin Altıağac Milli Parkının olması və ovun qadağan edilməsi barədə müvafiq nişanlar quraşdırılmadığından onlar həmin yerə daxil olmuş, həmçinin Yusifin və Anarın əynində kombinizon olmaqla, suya daxil olanlar sonuncular olmuş, onda isə nə silah, nə də kombinizon olmuşdur. Çünki, camışlar sulu yerlərə meylli olduğundan onlar heyvanların qamışlıqda suyun içərisində olduqlarını ehtimal etmişlər. Axtarışları nəticə vermədiyindən göldən çıxaraq gəldikləri avtomaşına yaxınlaşarkən orada adlarını sonradan bildikləri Şaiq Fərzəliyev və Mahir Əhmədov onlara yaxınlaşıb, həmin ərazidə nə etdiklərini soruşmuş, onlar isə əvvəlcədən həmin şəxsləri görüb, silahlardan biri sənədsiz olduğu üçün onları qamışlığa atmış, özləri isə balıqçılığa gəldiklərini bildirmişlər. Onlar orada ov etməmiş, əllərində ov tutulmamışdır. Həmin yerdə isə həmin gün silah səsləri çox olmuşdur. Məhkəmə iclasında şahid X19 izahatında göstərdi ki, Anar Bağırov onun bibisi oğludur. 16 yanvar 2021-ci il tarixdə, günortadan sonra Anar Bağırovun təklifi əsasında sonuncu, o, Röyal Məmmədov və X25 məxsus olmaqla, 15 yanvar 2021-ci il tarixdə itmiş 2 baş camışın axtarılması üçün sonuncunun idarə etdiyi “Lada Niva 4x4” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomaşınla Şabran rayonu ərazisində yerləşən Xanlar Xanası deyilən əraziyə getmiş, lakin, o gün mal növbəsində olan Valeh onlarla aparılmamışdır. Çünki, heyvan itəndə ona cavabdehliyi sahibi daşıyır. Beləliklə, həmin vaxt getdikləri yer insanların yaşamadığı, vəhşi çöl heyvanların mövcud olduğu ərazi olması səbəbindən özlərini vəhşi çöl heyvanlarından qorumaq məqsədilə biri sənədli (Anar Bağırovun babası X4 məxsus), digəri isə sənədsiz olmaqla, 2 ədəd ov tüfəngi də götürmüşlər. Getdikləri ərazi onların yaşadığı Şabran rayonu, Məliklər kəndindən asfalt yol ilə 20-25 km, otlaq ərazidən, yəni Şabran, rayonu Xəlilli kəndindən isə təxminən 8-9 km məsafədə yerləşir. Ərazinin Altıağac Milli Parkının olması və ovun qadağan edilməsi barədə müvafiq nişanlar quraşdırılmadığından onlar həmin yerə daxil olmuş, həmçinin Yusifin və Anarın əynində kombinizon olmaqla, suya daxil olanlar sonuncular olmuş, onda isə nə silah, nə də kombinizon olmuşdur. Çünki, camışlar sulu yerlərə meylli olduğundan onlar heyvanların qamışlıqda suyun içərisində olduqlarını ehtimal etmişlər. Gölün o biri tərəfində 2-3 ədəd kiçik həcmli evlər olmuşdur. Axtarışları nəticə vermədiyindən göldən çıxaraq gəldikləri avtomaşına yaxınlaşarkən orada adlarını sonradan bildikləri Şaiq Fərzəliyev və Mahir Əhmədov onlara yaxınlaşıb, həmin ərazidə nə etdiklərini soruşmuş, onlar isə əvvəlcədən həmin şəxsləri görüb qorxduqlarından silahları qamışlığa atmış, özləri isə balıqçılığa gəldiklərini bildirmişlər. O, həmin əraziyə ilk dəfə getmiş, habelə orada ov etməmişlər. İnzibati materiala əlavə edilmiş 17 yanvar 2021-ci il tarixli, 65491 nömrəli Aktdan görünür ki, Altıağac Milli Parkının əməkdaşları 16 yanvar 2021-ci il tarixdə, saat 20:00 radələrində Altıağac Milli Parkının X7 ərazisində yerləşən su gölünə yaxın qamışlıq ərazidə **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşının dayanmasını görüb həmin avtomaşına yaxınlaşmışlar və həmin avtomaşında olan Şabran rayon Uzunboyad kənd sakini X9 və Şabran rayon Məliklər kənd sakini X14 orada qanunsuz ov silahları ilə ov etmələrini müəyyən etdikləri üçün onlarda olan ov silahlarını müsadirə etmişdirlər. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Altıağac Milli Parkının sahə müfəttişi X5 29 yanvar 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolunun və bu parkın direktorunun 09 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətlərindən görünür ki, X22 16 yanvar 2021-ci il tarixdə Altıağac Milli Parkının X7 ərazisində qanunsuz ov etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Altıağac Milli Parkının X7 ərazisində, ərazi boyu müvafiq qadağanedici işarələr qoyulmuşdur. İş materiallarında olan 1 ədəd CD diskin yaddaşına köçürülmüş video görüntülərdən görünür ki, X22 16 yanvar 2021-ci il tarixdə Altıağac Milli Parkının X7 ərazisində, o cümlədən qadağan edilmiş yerdə ov qaydalarını kobud şəkildə pozmuş, habelə hadisə yerində xidməti geyimdə olan mühafizə yegerləri ilə kəskin şəkildə mübahisə etməklə, göldə balıq ovu üçün tor qurduqlarını bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinin İ, İİİ, Vİ və Vİİ bəndlərinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Qeyd olunan Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə şahidlər Yusif Mustafayevin, Röyal və Nicat Məmmədovların izahatlarına qiymət verərək qeyd edir ki, bu şahidlər şikayətçinin qohumu olmaqla, sonuncunun inzibati xəta haqqında qərara münasibətini bildiklərindən, iş üzrə onun tərəfindən izahat vermələri baxımından və beləliklə də, şahid dəvət edildikləri tərəf baxımından işin nəticəsi ilə bağlı maraqlı olduqlarından, eyni zamanda verilmiş şahid izahatları baş vermiş hadisənin müqəddaratına təfərrüatlı şəkildə aydınlıq gətirmədiyindən əsaslı hesab edilməməli və mötəbər sübut kimi qəbul edilməməlidir. Həmçinin, şahid izahatlarının əsaslı və mötəbər olmamasına dəlalət edən hallardan biri də onların izahat verən zaman əraziyə getmə vaxtını düzgün göstərə bilməmələri bu zaman ziddiyyətə yol verməlidir. Belə ki, şahidlər izahatlarında Anar Bağırova məxsus camışların itmə, eləcə də heyvanları axtarmaq üçün Altıağac Milli Parkının X7 ərazisinə getmə vaxtını dəqiq göstərə bilməmiş, bu zaman hər biri izahatlarında müxtəlif vaxtlar göstərmişlər. Digər tərəfdən şikayətçi və şahidlər itmiş camışların axtarışını təşkil etmişdilərsə belə, onlar bu zaman mal növbəsində olmaqla, otarılan heyvanlar hərəkət istiqamətini bilən həmkəndliləri Valeh adlı şəxsi də bələdçi kimi özləri ilə aparmalı idilər. Eyni zamanda, şahid Nicat Məmmədov izahatında olduqları yerdəki gölün o biri tərəfində tikililərin olduğunu qeyd etməsi də qadağan olunmuş əraziyə daxil olmuş bu şəxslərin harada olduqlarını dərk etdiklərinə dəlalət etməklə, bunun əksinin düşünülməsinə yüksək dərəcədə mane olur. Həmçinin, şahidlərdən Röyal Məmmədovun qadağan olunmuş ərazidə silah səslərinin olduğunu bildirməsi də, onların, eləcə də şikayətçinin orada silahlı və kombinizonda olmaq məqsədini dolayısı ilə təsdiq və büruzə edir. Digər tərəfdən, heyvanların axtarışını təşkil etdiklərini bildirən şikayətçi və şahidlər öz hərəkətlərində səmimi olmuş olsa idilər, bu zaman, onlar Altıağac Milli Parkının X7 ərazisinin mühafizə yegerləri ilə kəskin şəkildə mübahisə etməz, hadisəni səmimi bildirməklə, heyvanları axtardıqlarını qeyd edib, qaranlıq havada sonunculardan kömək istəyərdilər. Amma, qeyd edilənlər baş verməməklə, yanaşı video görüntüdə şikayətçi və şahidlərin qadağan olunmuş əraziyə daxil olmalarının əsl məqsədləri məlum olmuş, bununla da, bütün ziddiyyətli məqamlar aradan qalxmışdır ki, bu da sonda adları çəkilən şahidlərin izahatlarına daxili inamın yaranmaması ilə nəticələnmişdir. Belə olan təqdirdə isə verilən şahid izahatlarının əsaslı və mötəbər sübut kimi qəbul edilməsi istisna edilir. Beləliklə, Anar Bağrova məxsus camışların Şabran rayonunun Məliklər kəndindən hadisə baş verən yerə qədər təxminən 20-25 kilometr məsafə qət etməsi ağlabatan olmadığı üçün, Anar Bağırov və digər üç nəfər şəxsin itmiş camışların axtarılması məqsədi ilə həmin əraziyə getməsi inandırıcı deyildir. Çünki, iş materiallarına əlavə olunmuş mötəbər sənəd və sübutlardan, həmçinin işin faktiki hallarından da göründüyü kimi X22, X13, X17 və X1 sakinləridir və bu kənddən hadisə baş vermiş əraziyə nəqliyyat vasitəsilə getmək üçün Xəlilli - Çölquşçu Hacıqaraqaşlı kəndlərindən keçməklə təxminən 20-25 kilometr məsafə qət edilməlidir. Yol boyu isə bir neçə yerdə ərazinin Altıağac Milli Parkının olması və ovun qadağan edilməsi barədə müvafiq yol kənarı nişanlar quraşdırılmışdır. “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1. maddəsində ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü kimi tərif edilir. “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin İ və İİ hissələrinə əsasən ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində ov qaydalarının kobud şəkildə pozulmasına, yəni lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə, habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, “Ovçuluq haqqında” Qanunun tələblərinə əsasən şəxsin Azərbaycan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibatı məsuliyyətə cəlb olunması üçün onun tərəfindən hər hansı heyvanın vurulması və ya ovlanması zəruri şərt deyil. Həmin heyvanların izlənilməsi belə qanunsuz ov etmək kimi qiymətləndirilə bilər. Beləliklə, məhkəmə iclasında inzibati xəta haqqında protokola, bu protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərara, eləcə də inzibati xəta ilə bağlı təqdim edilmiş videogörüntüyə əsasən Anar Bağırovun 16 yanvar 2021-ci il tarixdə, saat 20:00 radələrində Altıağac Milli Parkının X7 ərazisində heyvanları təqib etməklə, ov qaydaların kobud şəkildə pozması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Bu Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Sözügedən Məcəllənin 134-cü maddəsinin İ hissəsinin İ bəndinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Altıağac Milli Parkının direktoru X8 09 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Altıağac Milli Parkının direktoru X8 09 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №3(059)-111/2021
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-111/2021
07.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver