Məhkəmə qərarları › İş №3(059)-111/2022

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-111/2022

30.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-111/2022 30.06.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X2 iştirakları ilə xx xxxx 1985-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, deməsinə görə "xxxx" ASC-də elektrik mühəndisi işləyən, Siyəzən şəhəri, Fəyyaz Əlməmmədov küçəsindəki 50 saylı evdə qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs 18 iyun 2022-ci il tarixdə, saat 10:00 radələrində Siyəzən şəhərinin Babək küçəsindəki 42 saylı evin qarşısında ucadan səs-küy salmış, habelə həmin evə daxil olub, Zərərçəkmiş şəxs ilə əlbəyaxa olaraq, sonuncunun və ailə üzvlərinin ünvanına nalayiq sözlər işlətməklə, ictimai qaydanı pozmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən 30 iyun 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Şəxs 18 iyun 2022-ci il tarixdə, saat 10:00 radələrində X1 üzr istəyib, evinə aparmaq məqsədilə Siyəzən şəhərinin Babək küçəsindəki 42 saylı evə yaxınlaşsa da, sonuncu və Zərərçəkmiş şəxs bununla razılaşmamış, Rasimin oradan çıxıb getməsini tələb etmişlər. Bu zaman Şəxs həmin ünvanda nalayiq ifadələr işlətməyə başlamış, habelə Zərərçəkmiş şəxs ilə əlbəyaxa olmuşdur. Bundan sonra, Ülkər Əliyevanın özü də həyətə çıxaraq, Şəxs istəmədiyini bildirib, ondan ünvanı tərk etməsini tələb etmişdir. Elə bu məqamda Rəfiqə xanımın qaynı arvadı da səs-küyə gəlmiş, Şəxs da öz hərəkətlərini davam etdirməklə, orada olanları ölümlə hədələyib, Ülkər Əliyevanı aparmaq üçün ona verilməsini təkidlə istəmişdir. Bu vəziyyət bir neçə dəqiqə davam edəndən sonra Zərərçəkmiş şəxs qaynı Füzuli hadisə olan yerə yaxınlaşmış, bunu görən Şəxs isə qaçaraq, oranı tərk etmişdir. Bundan sonra 19 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs əri Yusif Hacıyev ərizə ilə Siyəzən RPŞ-yə müraciət edib, hadisə barədə məlumat vermişdir. Bununla da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu maddəsi ilə təqsirli bilməyərək izahatında bildirdi ki, o, bir müddət X4 ilə qeyri-rəsmi bir yerdə yaşasa da, Ülkər ata evinə qayıtmışdır. Hadisədən 3-4 gün əvvəl Ülkərin atası Yusif Hacıyevlə telefon vasitəsilə danışaraq, oğlu kimi onlara gəlib, üzr istəyəcəyini bildirmişdir. Qızı Ülkərlə olan münasibətlərinə görə atası Yusif Hacıyev ona qarşı əsəbi olduğundan ondan üzr istəmək niyyətində olmuş, Ülkərlə isə hər hansı bir formada problemi olmamışdır. Beləliklə, 18 iyun 2022-ci il tarixdə, saat 11-12:00 radələrində Siyəzən şəhərinin Babək küçəsindəki 42 saylı evə getmiş, evin darvazası açıq olduğundan içəri daxil olub, Yusif Hacıyevi səsləmiş, habelə bu zaman Zərərçəkmiş şəxs kimin soruşması ilə maraqlandıqda, o, özünü təqdim etmiş, habelə Rəfiqə ərinin evdə olmadığını bildirdiyindən geri qayıdarkən Ülkər evdən çıxıb, onunla getmək istəsə də, o, Ülkərə atasının evdə olmadığını, ondan üzr istəməyə gəldiyini bildirmişdir. Bundan sonra, o, avtomobilə əyləşib, getmək istəyərkən Rəfiqə xanımla Ruxsara xanım hansı səbəbdən gəldiyini ondan soruşduqda, o, “bibi Yusif əmidən üzr istəməyə gəlmişdim, daha evdə yoxdur” deyə bildirmiş, çıxıb getmişdir. O, həmin vaxt kiməsə qarşı nalayiq ifadə işlətməmiş, həmçinin qeyri-qanuni hərəkətlərə yol verməmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, 18 iyun 2022-ci il tarixdə, saat 10:00 radələrində yaşadığı Siyəzən şəhərinin Babək küçəsindəki 42 saylı evdə yemək bişirərkən mətbəxin pəncərəsi əllə möhkəm döyüldüyündən, nə baş verdiyini aydınlaşdırmaq üçün bayıra çıxdıqda, əvvəllər tanımadığı Şəxs dayandığını görmüşdür. Rasimdən kim olduğunu soruşduqda, sonuncu özünü təqdim etmiş, həmçinin Ülkəri aparmağa gəldiyini bildirmiş, Ülkər isə həmin vaxt evdə içəridə olmuşdur. Bu zaman o, Rasimə Ülkərin ailəsinin dağılmasına səbəb olduğunu bildirib, hansı məqsədlə qızı Ülkəri özü ilə aparmaq istədiyini soruşmuş, Rasim isə aparmağa gəldiyini təkidlə bir daha bildirməklə, onun üzərinə doğru gəlmişdir. O, Rasimlə əlbəyaxa olan vaxt səsə Ülkər də çıxmış, sonuncu ilə Rasimi ünvanın həyətindən çıxarmaq üçün köməkləşərkən yaranmış səs-küyə qaynı Ruxsara xanım da gəlib, nə baş verdiyi ilə maraqlanmış, habelə qaynı Füzuli də səs-küyə çıxıb, Rasimə “ayə sən kimsən” dedikdə, sonuncu qaçıb, çıxıb getmişdir. Rasimin özü də evli ola-ola qızı Ülkərdən sakitliyindən istifadə edib, ailəsinin dağılmasına səbəb olmuşdur. Şəxs qızı Ülkəri hədə-qorxu ilə özünə tərəf çəkmiş, habelə Ülkərin işdən çıxmasına, həm sonuncunun, həm də onların həyatının puç olmasına səbəb olmuşdur. Hadisə təxminən 5-10 dəqiqə davam etməklə, Şəxs onlara qarşı nalayiq ifadələr işlətmiş, hətta, onları ölümlə hədələməkdən belə çəkinməmişdir. Odur ki, Şəxs şikayətçi olmaqla, sonuncu barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X4 izahatında göstərdi ki, Şəxsla təxminən 1 olar münasibətləri yaransa da, sonuncu dəfə birlikdə 1 ay yaşamış, daha sonra Rasim vədinə əməl etmədiyinə görə 24 may 2022-ci il tarixdə atası evinə qayıtmağa məcbur olmuşdur. O, 18 iyun 2022-ci il tarixdə, saat 10:00 radələrində Siyəzən şəhərinin Babək küçəsindəki 42 saylı evdə içəridə, anası Rəfiqə isə həyətdə olmuş, habelə anasının qorxduğu üçün bərkdən qışqırdığını eşidib, onun səsinə həyətə çıxmış, bu zaman Şəxsla anası Zərərçəkmiş şəxs itələşdiklərini görmüşdür. Bundan əlavə Şəxs anası Zərərçəkmiş şəxs hədələyərək, onu apara bilməyəcəyi təqdirdə, hamını öldürəcəyini bildirmişdir. Bu zaman o, da Rasimi itələyərək, çıxıb getməsini, onlardan əl çəkməsini istəsə də, Rasim getməmiş, əksinə mətbəxə tərəf hücum çəkmişdir. Daha sonra onların səsinə qonşuluqda yaşayan əmisi arvadı Ruxsara, əmisi Füzuli gəlmiş, Rasim isə əmisinin səsini eşidən kimi qorxaraq çıxıb getmişdir. Rasim də onu hədələmək üçün gəlmişdir. Mübahisə təxminən 30 dəqiqə çəkmişdir. İşdə olan sənədlərdən, o cümlədən cinayət işinin başlanmasının rədd olunması barədə 27 iyun 2022-ci il tarixli qərardan görünür ki, Şəxs 18 iyun 2022-ci il tarixdə, saat 10:00 radələrində Siyəzən şəhərinin Babək küçəsindəki 42 saylı evin qarşısında ucadan səs-küy salmış, habelə həmin evə daxil olub, Zərərçəkmiş şəxs ilə əlbəyaxa olaraq, sonuncunun və ailə üzvlərinin ünvanına nalayiq sözlər işlətməklə, ictimai qaydanı pozmuşdur. Bununla bağlı, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və qəbul edilmiş qərar Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatına tənqidi yanaşaraq hesab edirəm ki, onun təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun törətdiyi xəta əməlində bilavasitə ümumilikdə cəmiyyətin mənəvi-əxlaqi, ictimai dəyərlərinə, o cümlədən heysiyyətinə toxunulduğunu, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, əməlinə münasibətdə qeyri-səmimilik nümayiş etdirməsini, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, Şəxs İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli 30 iyun 2022-ci il tarixdən saat 14:30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar