Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-112/2022 19.07.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə 11 avqust 1982-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən rayonu, Qalaşıxı kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 329.1 və 333.1-ci maddələri ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Siyəzən Rayon Polis Şöbəsindən daxil olmuş 25 iyun 2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 25 iyun 2022-ci tarixdə, saat 10:30 radələrində VAZ 210740 markalı, H533XX05 dövlət qeydiyyat nişanlı avtomaşınla Siyəzən şəhərinin B.Bayramov küçəsi ilə hərəkətdə olarkən sözügedən avtomaşının üzərində olan həbslə əlaqədar saxlanılan zaman, nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilərək izahatında bildirdi ki, o, 25 iyun 2022-ci tarixdə, saat 10:30 radələrində X1 X2 şəxsindən həkim müayinəsindən çıxıb, etibarnaməli idarəçiliyində olan VAZ 210740 markalı, H533XX05 dövlət qeydiyyat nişanlı avtomaşına əyləşərək, Siyəzən şəhərinin B.Bayramov küçəsi ilə hərəkətə başlayarkən orada yerləşən aptekin qarşısında təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Siyəzən RPŞ-nin DYPB-nin YPX-nin əməkdaşları tərəfindən saxlanılmış, bu zaman özünü şübhəli apardığı üçün əvvəlcə Siyəzən RPŞ-yə, daha sonra, sərxoş olub-olmamasının yoxlanılması məqsədilə Sumqayıt Şəhər Narkoloji Dispanserinə aparılmış, habelə orada onun narkotik vasitənin təsiri altında avtomaşını sərxoş vəziyyətdə idarə etməsi aşkar edilmişdir. Belə ki, o, hadisədən 4-5 gün əvvəl Siyəzən rayonunun Qalaşıxı kəndində toy məclisində psixotrop maddə “şüşə” kimi tanınan metamfetamindən istifadə etmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, habelə himayəsində dörd yetkinlik yaşına çatmayan uşağının olmasının nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Çünki, Şəxs 25 iyun 2022-ci tarixdə, saat 10:30 radələrində VAZ 210740 markalı, H533XX05 dövlət qeydiyyat nişanlı avtomaşınla Siyəzən şəhərinin B.Bayramov küçəsi ilə hərəkətdə olarkən sözügedən avtomaşının üzərində olan həbslə əlaqədar saxlanılan zaman, nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bundan əlavə inzibati xəta materialına əlavə edilmiş 25 iyun 2022-ci il tarixli, A/907 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən görünür ki, Şəxs sidiyindən onun marixuana və amfetamindən istifadə etməsi faktı aşkar edilmişdir. İşdə olan Siyəzən RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Abuzər Sultanov tərəfindən tərtib olunmuş 25 iyun 2022-ci il tarixli aktdan görünür ki, VAZ 210740 markalı, H533XX05 dövlət qeydiyyat nişanlı avtomaşın həmin gün cərimə meydançasına yerləşdirilmişdir. İşdə olan 25 iyun 2022-ci il tarixli qəbzlərdən görünür ki, Şəxs əvvəllər müxtəlif tarixlərdə törətdiyi yol hərəkəti qaydaları əleyhinə inzibati xəta əməllərinə görə müxtəlif məbləğlərdə olan inzibati cərimələri qeyd olunan tarixdə ödəmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 03 dekabr 2008-ci il təvəllüdlü Fatimə, Zəhra, 23 noyabr 2011-ci il təvəllüdlü Məhəmmədəli və 11 fevral 2016-cı il təvəllüdlü Qaim adında uşaqları vardır. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363- 2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602- 1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin yuxarıda qeyd edilən maddələrinin tələblərindən də göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinə aiddir. Belə olan halda, İXM-nin 329.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq hissi keçirərək, himayəsində 4 yetkinlik yaşına çatmayan uşağı olmaqla, müxtəlif tarixlərdə törətdiyi yol hərəkəti qaydaları əleyhinə inzibati xəta əməllərinə görə müxtəlif məbləğlərdə olan inzibati cərimələri ödəməsi, bununla da tərbiyələnmək niyyətini büruzə verməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini, əmlak vəziyyətini, habelə əməlindən səmimi peşmançılıq hissi keçirərək, himayəsində 4 yetkinlik yaşına çatmayan uşağı olmaqla, müxtəlif tarixlərdə törətdiyi yol hərəkəti qaydaları əleyhinə inzibati xəta əməllərinə görə müxtəlif məbləğlərdə olan inzibati cərimələri ödəməsi kimi məsuliyyətini yüngülləşdirən halların olmasını, bununla da tərbiyələnmək niyyətini büruzə verməsini, məsuliyyətini ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 35, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, ona 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Şəxs Azərbaycan Respublikasının İXM-nin 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Siyəzən RPŞ-yə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-112/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-112/2022
19.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver