Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-114/2020 24.07.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs1, protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X4 iştirakları ilə xx xxxx 1971-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X6 icra sənədləri üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(059)-411/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli, 2(059)-1049/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli, 2(059)-667/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli, 2(059)-1053/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli, 2(059)-1052/2016 saylı, xx xxxxxx 2017-ci il tarixli, 2(059)-68/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli, 2(059)-77/2017 saylı, xx xxxxx 2017-ci il tarixli, 2(059)-139/2017 saylı icra sənədlərinin icrasını təmin etməkdən boyun qaçırır. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X6 tərəfindən xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X6 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, bildirdi ki, Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(059)- 411/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli, 2(059)-1049/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli, 2(059)-667/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli, 2(059)-1053/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli, 2(059)-1052/2016 saylı, xx xxxxxx 2017-ci il tarixli, 2(059)-68/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli, 2(059)-77/2017 saylı, xx xxxxx 2017-ci il tarixli, 2(059)- 139/2017 saylı icra sənədləri rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra müvafiq qərarlarla icraata başlanılmış, borcluya icra sənədləri üzrə tələbi könüllü icra etməsi üçün dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, yuxarıda qeyd olunan icra sənədləri üzrsüz səbəbdən tam olaraq icra edilməmiş, habelə borclu borclarını tam ödəməkdən yayınmışdır. Belə ki, borclu Şəxs şöbəyə dəvət olunaraq tələbkarlara olan borcu qısa müddət ərzində ödəməsi barədə xəbərdarlıq olunmuş, əks təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı ona bildirilmişdir. Bunun nəticəsində borclu tələbkarlardan Zərərçəkmiş şəxs6 xx xxxxxx 2016-cı il tarixli icra sənədi üzrə ümumi borcdan cəmi 250 manat, Zərərçəkmiş şəxs1 xx xxxxxx 2017-ci il tarixli icra sənədi üzrə ümumi borcdan cəmi 400 manat, Zərərçəkmiş şəxs2 xx xxxxxx 2016-cı il tarixli icra sənədi üzrə ümumi borcdan cəmi 790 manat şəxsən, habelə anası Sara Qüvvətovanın pensiyasına tutulma da yönəldilməklə, mövcud borcların təxminən cəmi 10 000 manat hissəsinin icrasının təmin edilməsinə baxmayaraq, qalıq borclar hazıra kimi ödənilməmiş, o cümlədən icra sənədləri tam olaraq icra edilməmiş qalmışdır. Bundan başqa, qeyd edilən icra sənədləri xx xxxx 2020-ci il tarixli qərarla bir icraatda birləşdirilmişdir. Beləliklə, məhz göstərilənlərə əsasən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokolu tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, qeyd edilən icra sənədləri üzrə borcunun olduğunu, həmin borc məbləğlərindən Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı tarixli, xx xxxxxx 2017-ci il tarixli, eləcə də xx xxxxxx 2016-cı il tarixli icra sənədlərində göstərilən məbləğlərdən bir qismini ödəsə də, digər icra sənədləri üzrə ümumiyyətlə ödənişlər etməmişdir. Belə ki, xx xxxxxx 2016-cı tarixli icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs6 xeyrinə ödəməli olduğu 5000 manat məbləğində borcdan cəmi 250 manat, xx xxxxxx 2017-ci il tarixli icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə ödəməli olduğu 6031 manat məbləğində borcdan cəmi 400 manat, xx xxxxxx 2016-cı il tarixli icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə ödəməli olduğu 12200 manat məbləğində borcdan cəmi 790 manat olmaqla qismən ödənişlər etmişdir. Son zamanlar müflis olduğuna görə yuxarıda qeyd olunan icra sənədləri üzrə öhdəliklərini lazımınca icra edə bilməmişdir. Hazırda fərdi qaydada əmək fəaliyyəti ilə, yəni Şabran şəhərində əczaçılıq fəaliyyəti ilə məşğul olmaqla, aylıq 400-500 manat qazanc əldə edir. Bundan əlavə, 1 il 6 ay həbsdə olmuş, azadlığa çıxdıqdan sonra isə maddi imkanı yaxşılığa doğru hələ tam olaraq bərpa olunmamışdır. Bu səbəbdən də, icra sənədləri üzrə borclarını tam şəkildə icra edə bilmir. Həmçinin, himayəsində 2 yetkinlik yaşına çatmayan uşaqları və yaşlı anası vardır. Odur ki, törətdiyi əməli məqsədyönlü şəkildə etmədiyindən, həmçinin etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, ümumi borcdan qismən ödəniş etməsinin nəzərə alınaraq, barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs6 izahatında göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı tarixli icra sənədi Şəxs tərəfindən tam olaraq icra edilməmişdir. Belə ki, borclu ona olan 5000 manat borcundan təxminən 3-4 ay bundan əvvəl 250 manat ödəniş etmiş, qalan 4750 manat borcunu isə icra etməmişdir. Həmçinin, o, 250 manatı da borclu üçün güzəştə gedir, lakin, 4500 manat pulun icra edilməsini tələb edir. Eyni zamanda bildirir ki, o, borclunun həmin borcu birdəfəyə ödəyə bilməyəcəyi təqdirdə, onun hissə-hissə icra edilməsinə də razıdır. Bununla belə, o, borclu barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini tələb etməməklə yanaşı ondan pulunu tələb edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli icra sənədi Şəxs tərəfindən tam olaraq icra edilməmişdir. Belə ki, borclu ona olan 6031 manat borcundan bu günə kimi 400 manat ödəniş etmiş, qalan 5631 manat borcunu isə icra etməmişdir. Həmçinin, o, 1400 manatı da borclu üçün güzəştə gedir, lakin, 4231 manat pulun icra edilməsini tələb edir. Eyni zamanda bildirir ki, o, borclunun həmin borcu birdəfəyə ödəyə bilməyəcəyi təqdirdə, onun hissə-hissə icra edilməsinə də razıdır. Bununla belə, o, borclu barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini tələb etməməklə yanaşı ondan pulunu tələb edir. İnzibati xəta haqqında iş üzrə digər zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, X1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməsələr də, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 Siyəzən rayon icra və probasiya şöbəsinə ünvanladığı ərizəsində Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli icra sənədi üzrə borcun ümumi borcdan borclu Şəxs tərəfindən cəmi 790 manatın şəxsən ödənilməklə, habelə anası Sara Qüvvətovanın pensiyasına tutulma da yönəldilərək icra edildiyini göstərmiş, həmçinin Şəxs həbslə bağlı olmayan inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında materiala digər zərər çəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(059)-411/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli, 2(059)-1049/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli, 2(059)-667/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli, 2(059)- 1053/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli, 2(059)-1052/2016 saylı, xx xxxxxx 2017-ci il tarixli, 2(059)-68/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli, 2(059)-77/2017 saylı, xx xxxxx 2017-ci il tarixli, 2(059)-139/2017 saylı icra sənədləri icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və bu barədə borclu Şəxs tələblərin könüllü icrası haqqında bildirişlər ünvanlanmışdır. Qeyd edilən icra sənədləri xx xxxx 2020-ci il tarixli qərarla bir icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, eləcə də zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs1 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi onun səmimi peşmançılığı, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olması, eləcə də ümumi borcdan qismən ödəniş etməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə səmimi peşmançılıq çəkməsi və ümumi borcdan qismən ödəniş etməsi kimi məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 110-111-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ona 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-114/2020
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-114/2020
24.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver