Məhkəmə qərarları › İş №3(059)-114/2023

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-114/2023

22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-114/2023 22.06.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1978-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs 21 iyun 2023-cü il tarixdə, saat 18:30 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində, sosial şəbəkədə DİN-nin əməkdaşlarının ünvanına yazdığı nalayiq ifadələrlə əlaqədar izahatının alınması üçün ictimai qaydanı mühafizə edən polis əməkdaşları tərəfindən Siyəzən RPŞ-yə dəvət olunan zaman onların qanuni tələbinə qəsdən tabe olmayaraq, sonuncularla mübahisəyə etməyə başlamış, həmçinin RPŞ-nin əməkdaşlarının nizam-intizama riayət etməsi barədə qanuni tələblərinə də məhəl qoymayıb, onların yanında öz hüquqazidd hərəkətlərini davam etdirərək, oradan uzaqlaşmağa cəhd göstərmişdir. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən 21 iyun 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən 21 iyun 2023-cü il tarixdə, saat 18:30 radələrində saxlanılmışdır. Belə ki, həmin tarixdə, saat 11:00 radələrində “facebook” sosial şəbəkəsində DİN-nin əməkdaşlarına qarşı kəskin nalayiq məzmunlu şərh yazmışdır. Bundan sonra, 21 iyun 2023-cü il tarixdə, saat 18:30 radələrində Siyəzən şəhəri Heydər Əliyev küçəsində gəzərkən polis əməkdaşları ona yaxınlaşaraq, sosial şəbəkədə ünvanlarına nalayiq məzmunlu şərh yazdığını bildirib, həmin şərhi göstərmiş, o, isə şərhin onun tərəfindən yazıldığını bildirməklə, əsəbi olduğundan polis əmədaşları ilə Siyəzən RPŞ-yə getməmək üçün sözlü mübahisə etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq çəkməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin PPXT-nın komandiri X2 izahatında göstərdi ki, o, Şəxs Siyəzən rayonunda idman müəllimi kimi tanımış, sonuncuya sosial şəbəkədə DİN-nin əməkdaşlarının ünvanına nalayiq məzmunlu şərh yazmasını bildirilmiş, habelə onun Siyəzən RPŞ-yə dəvət edilməsi zəruri olmuşdur. Daha sonra, məlum vaxtda Şəxs Siyəzən şəhərinin Heydər Əliyev küçəsində “Nar mobile” dükanının qarşısında vətəndaşlarla söhbət etdiyini görüb, ona yaxınlaşaraq, özlərini təqdim edib, onlarla birlikdə RPŞ-yə getməli olduğunu bildirdiklərində, sonuncu onların qanuni tələblərinə tabe olmamış, habelə müxtəlif bəhanələrlə onlarla RPŞ-yə getməkdən yayınmışdır. Bundan sonra, Vurğun Haciyevi məcburi qaydada RPŞ-yə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Bundan başqa, Şəxs Siyəzən şəhəri Heydər Əliyev küçəsində olarkən ictimai qaydanı pozmamış, həmçinin avtomobildə səs-küy salmamaışdır. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin PPXT-nın polis nəfəri X4 izahatında göstərdi ki, sosial şəbəkədə polis əməkdaşlarına qarşı nalayiq məzmunlu şərh yazmış Şəxs RPŞ-yə gətirilməsi zəruri olduğundan, 21 iyun 2023-cü il tarixdə, saat 18:30 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində sonuncuya yaxınlaşmışlar. Bu zaman, Şəxs sosial şəbəkədəki şərhinə görə RPŞ-yə getməli olduğu bildirilmiş, lakin sonuncu onların qanuni tələblərinə tabe olmayaq, əl-qol hərəkətləri ilə RPŞ-yə getməkdən kəskin şəkildə imtina etmişdir. Daha sonra, Şəxs məcburi avtomobilə əyləşdirilərək, RPŞyə aparılmışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərdən, o cümlədən raportdan görünür ki, Şəxs 21 iyun 2023-cü il tarixdə, saat 18:30 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində, sosial şəbəkədə DİN-nin əməkdaşlarının ünvanına yazdığı nalayiq ifadələrlə əlaqədar izahatının alınması üçün ictimai qaydanı mühafizə edən polis əməkdaşları tərəfindən Siyəzən RPŞyə dəvət olunan zaman onların qanuni tələbinə qəsdən tabe olmayaraq, sonuncularla mübahisəyə etməyə başlamış, həmçinin RPŞ-nin əməkdaşlarının nizam-intizama riayət etməsi barədə qanuni tələblərinə də məhəl qoymayıb, onların yanında öz hüquqazidd hərəkətlərini davam etdirərək, oradan uzaqlaşmağa cəhd göstərmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məsuliyyəti ağırlaşdıran və yüngülləşirən halların olmamasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eləcə də Siyəzən RPŞ-nin əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, sosial şəbəkədə DİN-nin əməkdaşlarının ünvanına yazdığı nalayiq ifadələrlə əlaqədar izahatının alınması üçün onlarla birlikdə RPŞ-yə getməklə bağlı qanuni tələblərinə əməl etməməsini, habelə hüquqazidd hərəkətlərini davam etdirərək, hadisə yerindən yayınmağa cəhd etməsini, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddi həcmində cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 21 iyun 2023-cü il tarixdə, saat 18.30 radələrindən faktiki olaraq saxlanılması və və bundan sonra elə həmin tarixdə saat 19:40dan inzibati qaydada tutulmaqla, buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 20 (iyirmi) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 21 iyun 2023-cü il tarixdən saat 18.30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar