Məhkəmə qərarları › İş №3(059)-115/2022

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-115/2022

03.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-115/2022 03.08.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Naibov Nurlan Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxx 1975-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, deməsinə görə ali təhsilli, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 329.1 və 333.1-ci maddələri ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Siyəzən Rayon Polis Şöbəsindən daxil olmuş 06 iyul 2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 06 iyul 2022-ci il tarixdə, saat 12:30 radələrində Siyəzən şəhərinin H.Əliyev küçəsində “HYUNDAİ GETZ” markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan, həmçinin narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 06 iyul 2022-ci il tarixdə, saat 12:30 radələrində “HYUNDAİ GETZ” markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtomaşınla Siyəzən şəhərinin H. Əliyev küçəsi ilə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Siyəzən RPŞnin DYPB-nin YPX-nin əməkdaşları tərəfindən saxlanılmış, bu zaman özünü şübhəli apardığı üçün əvvəlcə Siyəzən RPŞ-yə, daha sonra, sərxoş olub-olmamasının yoxlanılması məqsədilə Sumqayıt Şəhər Narkoloji Dispanserinə aparılmış, habelə orada onun narkotik vasitənin təsiri altında avtomaşını sərxoş vəziyyətdə idarə etməsi aşkar edilmişdir. Oğlu universitetə qəbul olduğu üçün 05 iyul 2022-ci il tarixdə, axşam saatlarında Siyəzən rayonunun Qalaaltı kəndindəki qohumunun evində təşkil edilmiş məclisdə spirtli içki qəbul etmiş, eyni zamanda tərkibini dəqiq bilmədiyi, siqaret bükülüsü formasında olan narkotik vasitədən istifadə etmişdir. Həmçinin, özü şəkər xəstəsi olduğundan nadir hallarda spirtli içki qəbul edir. O, birinci dəfə idi ki, narkotik vasitədən istifadə etmiş, habelə istifadə etsə də, narkotik vasitə olduğunu anlamamışdır. Qızı Sacidə hazırda ikinci kurs tələbəsi olmaqla, universitetdə təhsil alır, digər övladı Nəsibulla isə universitetə yeni qəbul olmuşdur. Hazırda, qanuni olaraq taksi fəaliyyəti ilə məşğul olur. Bundan əlavə, o, 07 iyul 2022-ci il tarixdə avtomobilini cərimə meydançasından təhvil almışdır. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Çünki, Şəxs 06 iyul 2022-ci il tarixdə “HYUNDAİ GETZ” markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtomaşınla Siyəzən şəhərinin H.Əliyev küçəsində hərəkətdə olarkən nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan, həmçinin narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bundan əlavə inzibati xəta materialına əlavə edilmiş 06 iyul 2022-ci il tarixli, 3215 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan görünür ki, Şəxs sidiyindən opoid qrupundan istifadə etməsi faktı aşkar edilmişdir. İşdə olan Siyəzən RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Abuzər Sultanov tərəfindən tərtib olunmuş 06 iyul 2022-ci il tarixli aktdan görünür ki, “HYUNDAİ GETZ” markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtomaşın həmin gün duracağa yerləşdirilmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 11 iyul 2005-ci il təvəllüdlü Nəsibulla adında bir yetkinlik yaşına çatmayan uşağı olan Şəxs taksi fəaliyyəti ilə məşğul olan vergi ödəyicisidir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363- 2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602- 1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin yuxarıda qeyd edilən maddələrinin tələblərindən də göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinə aiddir. Belə olan halda, İXM-nin 329.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi, eləcə də himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, habelə onun dolanacaq mənbəyinin taksi fəaliyyəti ilə bağlı olmasını nəzərə alaraq, Şəxs İXM-nin 333.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 35, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, ona 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Şəxs Azərbaycan Respublikasının İXM-nin 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Siyəzən RPŞ-yə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar