Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-119/2021 14.07.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakı ilə xx xxxxxx 1983-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Şabran peşə məktəbində bədən tərbiyəsi müəllimi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayından daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, 24 fevral 2021-ci il tarixdə, gecə saat 01:20 radələrində Bakı- Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 102-ci kilometrliyində Şəxs idarə etdiyi "Nissan X Trail” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobillə X2 idarə etdiyi “Scania” markalı, ** MN *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin “Hangler” markalı, ** ZG *** dövlət qeydiyyat nişanlı yarımqoşqusu yolun Quba rayonu istiqamətindəki hərəkət hissəsi üzərində toqquşmuş, nəticədə "Nissan X Trail” markalı avtomobilin sərnişini X5 bədən xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, onun nəqliyyat vasitəsini idarə etmək üçün BC kateqoriyalı sürücülük hüququ verən sənədi vardır. O, "xxxx" MMC-nin mülkiyyətində olan “Nissan X Trail” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili 19 iyun 2020-ci il tarixdən etibarnamə əsasında idarə edir. 24 fevral 2021-ci il tarixdə, saat 01:20-də idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Nissan X Trail” markalı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Quba istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı ilə 60 km/saat sürətlə hərəkət etmiş, bu zaman avtomobilin qabaq sərnişin oturacağında atası X3, sonuncunun arxasında anası X7, arxa oturacağın sol tərəfində arvadı, zərərçəkmiş şəxs X5, anası ilə arvadının ortasında isə oğlu Hüseyinbala Hacıyev əyləşmişdir. Bundan əlavə, hadisə baş verən gün hava qaranlıq, küləkli, qarlı olmuş, yolun hərəkət hissəsi buz bağlamışdır. Yolun Siyəzən şəhəri ərazisindən keçən 102-ci kilometrinə çatanda qarşıda eyni istiqamətə hərəkətdə olmuş “Scania” markalı, ** MN *** dövlət qeydiyyat nişanlı, “Hangler” markalı, ** ZG *** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobilinin geriyə Bakı istiqamətinə doğru hərəkət etməkdən ötrü yolun Bakı və Quba istiqamətlərindəki hərəkət hissələrini ayıran metal konstruksiyalı təhlükəsizlik sədlərinin arasındakı keçidə daxil olmaq üçün manevr etdiyini və hərəkətini davam etdirməklə təhlükəsizlik sədləri arasındakı keçidə daxil olduğunu görüb toqquşmadan yayınmaq məqsədilə əyləcdən istifadə edərək avtomobilini sağ tərəfə doğru manevr etdirsə də, yolun hərəkət hissəsi buzlu olduğu üçün avtomobili sürüşüb yoldan çıxaraq yolun Quba istiqamətində sağ kənarına düşmək üzrə olanda, o, yenidən sükanı sol tərəfə burmaqla, idarə etdiyi avtomobili sol tərəfə manevr etdirmişdir. Beləliklə idarə etdiyi “Nissan X Trail” markalı avtomobilin qabaq sol tərəfi ilə “Scania” markalı, ** MN *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin “Hangler” markalı, ** ZG *** dövlət qeydiyyat nişanlı yarımqoşqusunun arxa sağ hissəsi arasında yolun Quba istiqamətindəki sol hərəkət zolağı üzərində toqquşma baş vermişdir. Hadisə nəticəsində yalnız arvadı X5 xəsarət almış, sonuncuya ilkin tibbi yardım göstərilməsi üçün 24 fevral 2021-ci il tarixdə, səhər saat 10:00 radələrində Şabran rayon mərkəzi xəstəxanasına aparmış, habelə ona lazımi tibbi yardım göstərilmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 əri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatına uyğun, eyni məzmunlu izahat verməklə, yanaşı 24 fevral 2021-ci il tarixdə, saat 01:20 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 102-ci kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yalnız özünün yüngül bədən xəsarətləri aldığını bildirib, Şəxs qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayına məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Alay nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 məhkəmə-tibb ekspertizasının 15 mart 2021-ci il tarixli, 38 saylı rəyinin surətindən görünür ki, X1 bədəni üzərində başın alın nahiyəsinin əzilmiş yarası, baş beyin silkələnməsi və sağ dizin yumşaq toxumalarının əzilməsi aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarıda göstərilən şəraitdə baş vermiş avtomobil qəzası zamanı yarana bilər, yaranma müddəti 24 fevral 2021-ci il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 11 mart 2021-ci il tarixli, 016-28300-1221 nömrəli məktubunun surətindən görünür ki, Şəxs 29 avqust 2015-ci il tarixdə (29 avqust 2025-ci il tarixədək müddətə etibarlı olan) AC seriyalı, 250786 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş, yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, Şəxs idarə etdiyi "Nissan X Trail” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı- Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 102-ci kilometrliyində yol nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan 25 mart 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə ptorokol tərtib edilməsi üçün materiallar Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayına göndərilmişdir. Həmçinin, qərardan görünür ki, Şəxs öz hərəkəti ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, təqdim olunmuş sübutlar əsasında, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yol hərəkətinin iştirakçısı Şəxs yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, təqsirli hərəkətləri nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gəlirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi onun təqsirini etiraf etməsi, ali təhsilli olmaqla, müəllim işləməsi, həmçinin zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: 1) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ona 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. 2) Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-119/2021
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-119/2021
14.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver