Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-12/2022 21.01.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə xx xxxxx 1987-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" QSC-də atıcı vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 01 sentyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində övladlarını götürmək üçün yaşadığı Siyəzən şəhərinin S.Vurğun küçəsindəki 2 saylı evə gələn arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs qolundan tutaraq yerə yıxmaqla, sonuncuya qəsdən fiziki ağrı yetirmişdir. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7 oğlu tərəfindən 21 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs 01 sentyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində övladlarını götürmək üçün yaşadığı Siyəzən şəhərinin S.Vurğun küçəsindəki 2 saylı evə gələn arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs qolundan tutaraq yerə yıxmaqla, sonuncuya qəsdən fiziki ağrı yetirdiyini bildirdi. Eyni zamanda, 01 noyabr 2021-ci il tarixli qərarda Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edildiyini, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadı olmaqla, sonuncu ilə 2010-cu ildə evlənmiş, habelə, bu nikahdan Fərid və Fikrət adında 2 oğlan övladları doğulmuşdur. 01 sentyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində evdə yatarkən kiçik oğlu Fikrət yatdığı otağa gələrək anası Gülbikənin onları aparmağa gəldiyini, onun buna icazə verməməsini bildirmiş, bu zaman o, cəld yerindən durub küçəyə baxarkən Gülbikənin böyük oğlu Fəridlə söhbət etdiyini görmüşdür. Söhbət zamanı Gülbikənin Fəridə onunla birlikdə getməsini istədiyini eşitmiş, bundan sonra əvvəlcə evin həyətinə daha sonra isə küçəyə çıxmışdır. O, küçəyə çıxarkən anası Nərminə ondan tez küçəyə çıxaraq Gülbikəyə “Xoş günlərdə belə evinizə gedən zaman uşaqlar evinizə getmək istəməyib, indi gedəcəklər?” demiş, arvadı da anasına uşaqlarla söhbət etməsinə icazə verməsini xahiş etmiş, övladları isə Gülbikəyə getmək istəmədiklərini qeyd etmişlər. Həmin vaxt Gülbikə uşaqların əlindən tutaraq, gəldikləri taksiyə tərəf aparmağa başlamış, bu zaman uşaqlar getmək istəmədiklərindən ona və anası Nərminəyə Gülbikənin onları aparmasına icazə verməmələrini istəmişlər. O, da Gülbikəyə bu tərzdə uşaq aparılmadığını bildirib, onların əlini buraxmasını tələb etmiş, Gülbikə isə balaca oğlu Fikrətin əlini buraxsa da, digər oğlu Fərid özü Gülbikənin əlindən çıxaraq, yaşadıqları evin həyətinə daxil olmuşlar. O, da uşaqların ardınca həyətə daxil olaraq qapını arxadan bağlamışdır. Lakin, həmin vaxt anası Nərminə küçədə qaldığından sonuncunu içəri buraxmaq üçün qapını açmış, bu zaman anasının ardınca Gülbikə və qaynanası Lətifə həyətə daxil olmuşlar. Gülbikə həyətə daxil olduqdan sonra səs-küy salmağa başlamış, Lətifə isə Gülbikənin əlindən tutub dartarkən o, da Lətifəyə Gülbikəni küçəyə çıxarmağa kömək etmək üçün sonuncunun digər əlindən tutub dartıb, itələmişdir. Həmin vaxt anası Nərminə ona Gülbikənin əlini buraxmasını dediyindən o, sonuncunun əlini buraxmış, Lətifə Gülbikəni cox güclü dartdığından arvadı yerə yıxılmışdır. Həmin vaxt qardaşı Vasif də Gülbikəyə uşaqların onunla getmək istəmədiyini və belə tərzdə uşaq aparılmadığını deyərkən Gülbikə qardaşı Vasifə barəsində polisə müraciət edəcəyini deyərək onların işinə qarışmamasını tələb etmişdir. Daha sonra, Gülbikə anası ilə birlikdə gəldikləri taksiyə əyləşərək çıxıb getmişlər. O, hadisə zamanı Gülbikəni vurmamış, ona hər hansı bir formada fiziki ağrı yetirməmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, valideynləri ilə birlikdə Siyəzən şəhərinin Vidadi küçəsindəki 4 saylı evdə yaşamaqla, heç yerdə işləmir. 01 sentyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində anası Lətifə ilə birlikdə əri Hikmətin yanında olan övladları Fərid və Fikrəti götürmək üçün ərinin yaşadığı Siyəzən şəhərinin S.Vurğun küçəsindəki 2 saylı evə getmişlər. O, avtomobildən düşüb Hikmətin yaşadığı fərdi yaşayış evinin həyət qapısını açıb həyətə baxmış və uşaqlarının həyətdə olduqlarını, qayınanası Nərminənin də həyətdə əyləşdiyini görmüşdür. O, qapını açıb uşaqları küçəyə çağırmış, uşaqlar küçəyə çıxdıqdan sonra əri Hikmət və qaynı Vasif evdən həyətə çıxmışlar. Onlar onun uşaqlarla küçədə dayandığını görüb, “uşaqları hara aparırsan ?” deyə soruşaraq onun yanına gəlmişlər. Hikmət uşaqları həyətə salaraq qapını bağlamaq istəyərkən o, əlləri ilə qapını itələyib, həyətə daxil olmuş, bundan sonra əri Hikmətə yalvararaq uşaqları 2-3 günlük ona verməsini, daha sonra gətirəcəyini bildirmişdir. Mübahisə zamanı əri Hikmət uşaqları verməyəcəyini deyib sağ qolundan bərk şəkildə tutaraq itələyib yerə yıxmış, bu zaman anası Lətifə Hikmətgilin həyətinə daxil olmuş, habelə onu yerdən qaldırmışdır. Bundan sonra, əri Hikmət və qaynı Vasif onun qolundan bərk tutaraq təkrarən çıxıb getməsini tələb etmişlər. Hikmət və Vasif onun qollarından tutduqları üçün o, onlara heç bir müqavimət göstərə bilməmiş, o cümlədən anası Lətifənin köməkliyi ilə Hikmətgilin həyətindən küçəyə çıxmışdır. O, gəldikləri taksiyə əyləşib DİN-nin 102 xidmətinə zəng vuraraq, baş vermiş hadisə barədə məlumat vermişdir. Hazırda, o, Şəxs şikayətçi olmaqla, sonuncunun barəsində ciddi inzibati tənbeh tədbirinin görülməsini istəyir. Məhkəmə iclasında iştirak edən şahid X5 oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatına, digər şahid X3 isə qızı, Zərərçəkmiş şəxs izahatına uyğun, eyni məzmunlu izahatlar vermişlər. Siyəzən RPŞ-nin İB-nin müstəntiqi Şamil Rzayev tərəfindən qəbul edilmiş 01 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 03 sentyabr 2021-ci il tarixli, 214 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər iki bazu nahiyəsinin çoxlu sayda qançırları aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi şəraitdə əl ilə yetirilə bilər, öz boyu hündürlükdən yıxılma və özü tərəfindən özünə yetirilmə zamanı yaranan xəsarətlərə xarakterik deyil, yaranma müddəti bir-iki günə qədər olub, müayinə olunanın göstərdiyi 01 sentyabr 2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduqlarına görə dərəcələri təyin edilmir. İşdə olan zərərçəkmiş şəxs tərəfindən 21 yanvar 2022-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, Şəxs şikayətçi olmaqla, sonuncu barəsində ciddi inzibati tənbeh tədbiri görülməsini xahiş edir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 07 avqust 2011-ci il təvəllüdlü Fərid və 26 avqust 2013-cü il təvəllüdlü Fikrət adında iki yetkinlik yaşına çatmayan övladı olan Şəxs "xxxx" QSC-də atıcı işləməklə, aylıq 300 manat əmək haqqı alır. Beləliklə, işdə olan sənədlərlə müəyyən olundu ki, Şəxs 01 sentyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində övladlarını götürmək üçün yaşadığı Siyəzən şəhərinin S.Vurğun küçəsindəki 2 saylı evə gələn arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs qolundan tutaraq yerə yıxmaqla, sonuncuya qəsdən fiziki ağrı yetirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatına tənqidi yanaşaraq hesab edir ki, onun təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə şahid X2 məhkəmə iclasında verdiyi izahatına tənqidi yanaşaraq belə hesab edir ki, şahidin bu cür izahat verməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs olan oğlu Şəxs gələcəkdə inzibati məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olmaqla, faydalı əmək fəaliyyəti ilə məşğul olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən öz əməlinə münasibətdə qeyri-səmimilik nümayiş etdirməsini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın isə olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 400 (dörd yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-12/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-12/2022
21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver