Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-121/2021 09.07.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə xx xxxxxx 1977-ci ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X2 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(005)-1322/2019 saylı icra vərəqəsinə əsasən cəmi 11800 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməkdən yayınır. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən 09 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(005)-1322/2019 saylı icra vərəqəsi rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra müvafiq qərarla icraata başlanılmış, borcluya icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, yuxarıda qeyd olunan icra sənədi, borclu tərəfindən üzrsüz səbəbdən tam şəkildə icra edilməmiş, o cümlədən zərərçəkmiş şəxsə cüzi ödənişlər edilməklə, aliment borcunun böyük qismi ödənilməmiş qalmışdır. Hazırkı vaxta sözügedən icra sənədi üzrə Şəxs 11800 manat məbləğində aliment borcu vardır və hazırda sonuncu həmin borcu ödəməkdən imtina edərək, bunu maddi imkanının olmaması, eləcə də daimi işləməməsi ilə izah edir. Bundan başqa, Şəxs zərərçəkmişin xeyrinə aliment ödənişləri etdiyini bildirməsinə baxmayaraq, bununla bağlı icra və probasiya şöbəsinə mötəbər sənəd və ya sübutlar təqdim olunmamışdır. Eyni zamanda, Şəxs borcunun ödənilməsi istiqamətində hər hansı bir əməli tədbir görmədən, uzun müddət icradan yayındığından barəsində bir çox məcburi icra tədbirləri görülməklə, axtarış elan edilmiş, habelə, sonuncu axtarışda olan şəxs kimi gətirilib icra və probasiya şöbəsinə təhvil verilmişdir. Bundan əlavə, tələbkar hazırda şikayətçi olmaqla, aliment borcunun ödənilməsini kəskin şəkildə tələb edir. Odur ki, icra sənədləri üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli icra vərəqəsi üzrə olan 6000-7000 manat məbləğində aliment borcunu ödəməmişdir. Belə ki, o, əvvəllər Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Şəki” restoranında ofisiant kimi işləməklə, aylıq 300 manat əmək haqqı alsa da, 31 may 2020-ci il tarixdə oradan işdən çıxmışdır. Bundan sonra, bir müddət işsiz qalmış, lakin sonradan fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmaqla, aylıq 300-360 manat qazanc əldə edərək, işlədiyi dövrdə hər ay aliment ödənişlərini icra etmişdir. Lakin, o, bu ödənişləri Siyəzən rayon icra və probasiya şöbəsi vasitəsilə deyil, birbaşa olaraq zərərçəkmiş şəxsə vermişdir. Hazırda daimi işləmədiyinə görə maddi imkanı ilə bağlı aliment borcunu bir dəfəyə ödəyə bilmir. Gələcəkdə imkanı olarsa, aliment borcunu ödəyəcəkdir. Bundan əlavə, keçmiş arvadının ondan şikayətçi olmasından xəbərdardır. Odur ki, törətdiyi əməli məqsədyönlü şəkildə etmədiyindən, həmçinin etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınaraq, barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərin surətlərindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(005)-1322/2019 saylı icra vərəqəsi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, həmçinin bir çox məcburi icra tədbirləri görülsə də, nəticəsiz qaldığından borclu barəsində 09 fevral 2021-ci il tarixdən axtarış elan edilmişdir. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən 22 iyun 2021-ci il tarixdə tərtib edilməklə, müxtəlif instansiyalara ünvanlanmış şikayət ərizəsinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(005)-1322/2019 saylı icra sənədi üzrə borclu Şəxs ona olan aliment borcunu ödəmir və o, bu barədə ciddi tədbir görülməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, barəsində icra olunmayan məcburi gətirmə qərarı olmaqla, uzun müddət axtarışda olmasını, təqsirinin dərəcəsini, o cümlədən aliment borcunun miqdarının kifayət qədər çox olmasını, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 18 (on səkkiz) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli 09 iyul 2021-ci il tarixdən saat 17:30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-121/2021
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-121/2021
09.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver