Məhkəmə qərarları › İş №3(059)-122/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-122/2021

28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-122/2021 28.07.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1980-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" ASC-də elektromontyor işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 590.2-ci maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Siyəzən Rayon Polis Şöbəsindən daxil olmuş 26 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta protokoldan və inzibati xəta haqqında iş materialından görünür ki, Şəxs 21 aprel 2021-ci il tarixdən 23 iyun 2021-ci il tarixədək olan müddət ərzində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki ov silahını ünvan 1 ünvanında saxlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilməyərək izahatında bildirdi ki, atası Sabir Ağayev 01 yanvar 1940-cı il tarixdə doğulmuş, 21 aprel 2021-ci il tarixdə isə ölmüş, habelə 1 ədəd 16 kalibrli, “İJ-58” markalı qoşalülə ov tüfəngi sağlığında onun istifadəsində olmuşdur. Atası öldükdən sonra, o, həmin silahı 23 iyun 2021-ci il tarixədək yaşadıqları Siyəzən şəhərinin, H.Əliyev küçəsindəki 11 A saylı evin İ mənzilində qutusunda olmaqla, əl dəyməyən yerdə sandığın içərisində saxlamış, lakin, həmin silahı öz adına sənədləşdirməmişdir. Məhz Siyəzən RPŞ-nin əməkdaşlarının ona xəbərdarlığı nəticəsində o, atasından qalmış silahı aparıb, RPŞ-yə təhvil vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXMnin 590.2-ci maddəsi ilə özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əmələ, yəni İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllərlə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. İnzibati xəta haqqında protokolu tərtib edən şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Şəxs 21 aprel 2021-ci il tarixdən 23 iyun 2021-ci il tarixədək olan müddət ərzində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki ov silahını ünvan 1 ünvanında saxlamışdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, Şəxs atası Sabir Ağayev 21 aprel 2021-ci il tarixdə ölmüş, lakin sonuncunun istifadəsində olmuş 1 ədəd 16 kalibrli, “İJ-58” markalı qoşalülə ov tüfəngi o, öldükdən sonra aidiyyəti üzrə Siyəzən RPŞ-yə təhvil verilməmişdir. İşdə olan Siyəzən RPŞ tərəfindən tərtib edilmiş arayışdan görünür ki, Sabir Ağayevə məxsus olmuş 1 ədəd 16 kalibrli, “İJ-58” markalı qoşalülə ov silahı 26 iyun 2021ci il tarixdə oğlu Şəxs götürülmüşdür. Həmin silah Siyəzən RPŞ-nin növbətçi hissəsində saxlanılır. Bu Məcəllənin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, inzibati xətanın törədilməsində alət olmuş predmet, yəni 1 ədəd 16 kalibrli, “İJ-58” markalı qoşalülə ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib ona inzibati xətanın törədilməsində alət olmuş predmet, yəni 1 ədəd 16 kalibrli, “İJ-58” markalı qoşalülə ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar